Bakcell şəbəkəsi ən son texnologiyaların tətbiqi sayəsində Azərbaycan bazarının ən qabaqcıl şəbəkəsi

Bakcell şəbəkəsi ən son texnologiyaların tətbiqi sayəsində Azərbaycan bazarının ən qabaqcıl şəbəkəsiAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz müştərilərini yüksək keyfiyyətli xidmət və öz sinfində ən yaxşı şəbəkə ilə təmin etmək üçün ən son texnologiyalardan istifadə edir. Bakcell, Nokia Siemens Networks şirkəti ilə birgə PCRF (policy charging and rules function) texnologiyası üzərində qurulmuş internet trafik və xidmətin idarə edilməsi sistemini tətbiq edib ki, bu da öz növbəsində Bakcell şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirib.
PCRF texnologiyası Bakcell şirkətinə son istifadəçilərin ehtiyaclarına cavab verən xidmət planlarının istifadəsi ilə yanaşı, xidmət keyfiyyətinin real zamanda təmin edilməsində kömək edəcək. İndi Bakcell müştəriləri "bandwidth-on-demand" və ötürmə qabiliyyəti siyasətləri, data sıxlığının azaldılması ilə şəbəkə resurlarının dürüst və mütənasib şəkildə bölüşdürülməsi, vaxt, yer, istifadə, tətbiqetmə və s. üzərində qurulmuş daha dənəli və dinamik xidmət planları, xüsusiləşdirilmiş və maraqlı xidmətlər, dəyişən həyat tərzi və tendensiyalara uyğunlaşa bilən fərdiləşdirilmiş müştəri təcrübəsi, sürətdən asılı olan tətbiqetmələrin (video streaming, YouTube və s.) istifadəsi zamanı son istifadəçilər üçün müvafiq sürətin təmin edilməsi kimi qabaqcıl funksiya və imkanlardan yararlana biləcəklər.
"Abuniçilərimiz Facebook, vKontakte, video streaming, Skype mesajlaşması, ani mesajlaşma, fayl ötürməsi, musiqi yüklənməsi və s. kimi müxtəlif onlayn xidmətlərdən istifadə edirlər. Tətbiqetmə və xidmətlərin müxtəlifliyi səbəbindən, smart trafik və xidmət keyfiyyətinin idarə edilməsi Bakcell şirkətinin başlıca vəzifələrindən birinə çevrilib. Bu etibarlı və peşəkar sistem şəbəkə resurlarının son istifadəçilər arasında dürüst şəkildə bölüşdürülməsi, istifadəçiləri müxtəlif xidmət seçimləri və optimal sürət, və yüksəksürətli internet ilə təmin edilməsi məqsədi ilə Bakcell şirkətinin texniki şöbəsinin səyləri nəticəsində tətbiq edilib", deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.
2013-cü ildə Bakcell şirkəti Nokia Siemens Network şirkəti ilə birgə internet və xidmət trafikin idarə edilməsi ekosistemini daha da qabaqcıl funksiyaların tətbiqi vasitəsilə tam yeni bir səviyyəyə qədər inkişaf etdirəcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1405   Tarix: 05 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568