Rəqsanə: Alfons həyatı yaşayırlar

Rəqsanə: Alfons həyatı yaşayırlarHazırda Türkiyədə yaradıcılığını davam etdirən müğənni Rəqsanə yaxın günlərdə yeni musiqi sinqlı və televiziya layihəsi ilə tamaşaçı qarşısına çıxacaq. Sənətçi adı ilə bağlı şayiələrə, məhkəmə çəkişmələrinə dair bir çox suallara münasibət bildirib.

Müğənni Rəqsanə İsmayılovanın müsahibəsini təqdim edirik:

- Gec də olsa, doğum günün mübarək. Təntənəli doğum günü gözləyirdik.
- Açığı, doğum günümü təntənəli qeyd etmədim, çünki əməliyyatdan təzəcə ayağa qalxmışam. Çox ağır bir əməliyyat keçirmişəm. İlk hədiyyəm Aysundan gəldi. Çox gözəl bir qolbaq hədiyyə etdi. Həyatımda olan insan da almaz üzük bağışladı, sağ olsun. Üstəlik, doğum günümün səhəri işə başladım. Axşam saat 11-də yatmalı idim ki, səhər erkəndən fotosessiyalarımı etdirim. Görülən işlər barədə artıq mətbuata məlumat verilib.

- Əməliyyatın da birmənalı qarşılanmadı. Sən bel əməliyyatı etdirəcəyini bildirmişdin, lakin mətbuatda estetik əməliyyat etdirdiyin yazıldı.
- Yalan xəbərlərdir. Bu günədək etdirdiyim bütün plastik əməliyyatları özüm açıqladım. Bu gün niyə gizlədim? Belimdə "qrıja" vardı. Mənə çox əziyyət verirdi. O ağrıdan azad olmaq üçün əməliyyat etdirdim.

- Sən Azərbaycandan gedəndə iki toy məclisi vəd eləmişdin. Səni sevənlər də, sevməyənlər də mərasimi səbirsizliklə gözləyirdi. Pulu olmayanlar belə borc axtarırdı ki, bircə gəlib nə var, nə yox gözü ilə görsün.
- Bu sözü deyəndən sonra mətbuatda elə şeylər yazıldı, pozuldu ki... Bütün maqazin proqramları çək-çevir etdi. Bundan sonra toyum olsa belə, nə isə açıqlamaram. Mən beləyəm. İnsanlar, məni sevən xalqın nümayəndələri də elə bu cür də tanıyırlar. Burdan sənin vasitənlə üzümü tutub deyirəm: bundan sonra heç kim mənim və balalarımın ünvanına şər-böhtan deyə bilməyəcək. Hər kəs getsin öz həyət-bacasını süpürsün! Mənim uşağımın, ailəmin söz-söhbətinin onlara aidiyyəti yoxdur! Əcəb eləmişəm! Uşağım kimdəndir, kimdən dünyaya gətirmişəm, onu özüm bilərəm! Elə etməsinlər ki, onlarla məhkəmə vasitəsilə danışım! Ailəmə,uşaqlarıma toxunmasınlar! Sizin arxiviniz Allah bilir hansı vəziyyətdədir. Məndən yazmayın! Siz sənət adamı olsanız, işinizə bu qədər qarışdıranları bəyənərdiz?

- Bunun üçün sən özün də o nəzərdə tutduğun jurnalistlərə kömək etməlisən, "Facebook" şəkillər, özünlə bağlı yazılar paylaşmamalısan.
- "Facebook"da yazdıqlarımı yazsınlar. Lakin mənim 4 aylıq övladıma toxunmasınlar.

- Səncə o dediyin jurnalistlər diktə ilə hərəkət edir? Belələri də var, çünki...
- Edə bilərlər. Lakin nə vaxta qədər? Düşünmürlər ki, bunun da bir sonu gələcək? Bir məqalə oxudum. Bir çox müğənninin adı yazılıb, cinayət işində adımız hallanıb. Bizim başımıza hadisə gələ bilməz? Elə adamlar var ki, efirə çıxıb yalan danışır, insanlar onu doğru kimi qəbul edir.

- Yeri gəlmişkən, haqqında qaldırılan üç cinayət işi necə nəticələndi?
- Bu barədə dəfələrlə demişəm. Bu gün də təkrar edirəm. Mənim haqqımda heç bir cinayət işi yoxdur. Bir ildən çoxdur, keçmiş prodüserim və iki qardaşlar haqqında olan şikayətdir. Eyni məsələni mətbuat yenidən gündəmə gətirib. Əgər sübutları varsa, mən bəli, mən borcu ödəməyə hazıram. Keçmiş prodüserimin təqdim etdiyi üç "şahid" birdən-birə imtina etdi. Jurnalist Fuad Mədətovu basıb döydülər. Sonra şikayət etdilər ki, Fuad döyüb. Bir jurnalist var, adını çəkməyəcəm, efirə çıxıb deyib ki, o, Moskvadan çıxa bilmir. Guya ki, mənə dair əlində çoxlu faktlar var, ki, sən həqiqətən də filankəslərə borclusan. Mən də zəng vurub dedim ki, halal edirəm, nə faktların varsa, aç, mətbuata yayımla. Deyir mən eşitmişəm. Eşitmişəm yox ey, sübut etmək lazımdır!

Çox adam çox şey eşidə bilər! 24 saat telefonum açıqdır. Müstəntiqin üstünə düşdülər, sonra da müstəntiqin barəsində məlumat yaydılar ki, guya kabinetində keçmiş prodüserimə qarşı zorakılıq işlədib. Ölkə özbaşına deyil! Suraxanı rayonunda gördülər ki, işə baxılmır, axırda işi "qorotdelə" verdilər. Budur faktlar! Üç nəfər sənəd-sübutsuz insanın insanın üzünə dura bilər?! Əllərində sübut olsun. O pulu ödəməsəm, kişi qızı deyiləm. Tutduqları şahid belə imtina edir. Bəstəkar Kəmalə xanımdır deyəsən, onu belə üzümə yalançı şahid tutmaq istədilər. O da toyda mənə yaxınlaşdı ki, mənə dedilər ki, şahid ol, mənsə cavab verdim ki, görmədiyimə şahid ola bilmərəm.

Günahdı, Rəqsanənin balaları var. Heç vaxt heç nəyi danmıram. Nəyim var, ortadadır. O insanların əlində başımı götürüb Azərbaycandan çıxdım. Qorxmadım ey, bezdim. Nə qədər insan 102-yə müraciət edə bilər? Şəhərdə maşın sürə bilmirdim. Rahat yaşamağıma icazə vermirdilər. Mənim uşağımın Moskvada belə nömrəsini tapmışdılar, dinc qoymurdular. Mən də anayam. Öz qanunlarımı bilirəm, istəyirəm hüquqlarım qorunsun. Mənə maraqlıdır ki, o qadın iddia edir ki, övladının doğum günündə 27 min pul yığılıb. Bu doğru ola bilər?! Əlimdə faktlar var. Məqamı gələndə açıqlayaram. 7 ilə görə həbsxanada yatmağa necə razı olum? Əgər dedikləri həqiqətdisə, sübutdan qorxub o dəqiqə gedib borcumu bağlayaram.

O oğlanların ataları vaxtilə Suraxanıda məsul vəzifədə işləyib. İndi pensiyadadır. Güclü əlaqələri olduğuna görə, bütün məhkəmə işləri Suraxanıda həyata keçirilir. Guya torpaqlar Suraxanıda alınıb. Qanun –qayda var ey! Nomrəm on ildi işləyir. Və bu nomrəni hamı bilir. O adam on ildə gəlib məni axtarıb? Getsinlər, nömrəmi yoxlasınlar.

- Bir dəfə də olsun zəng gəlməyib?
- Gəlməyib! Elə insanlar var ki, bunlara yardım ediblər. Bu oğlanlar qadına qarşı amansızdılar. Məni düşündürən odur ki, sevgiyə görə üç il çörəyini yediyin insanı tapdalamaq olar? Bir insan anasının, balasının qədrini bilmirsə, Rəqsanənin dəyərini hardan bilsin! Şükür bu günümə! Şükür yaşayışıma! 9 saatlıq əməliyyatdan sonra sağlam ayağa durdum. Onurğa sütunumda əməliyyat oldu. Bu gün çox şükür ki, övladlarımın yanındayam. Mən necə gizlənə bilərəm? Problemim yoxdu. Bütün gün internetdəyəm. Sadəcə övladlarım Moskvada təhsil alırlar. Anam şəkər xəstəsidir. Xəstəliklə bağlı ağrıları var. Mən vətənimdən qaçmaq niyyətində deyiləm. Günahım olsa, pulumu da ödəyərəm. Cəzamı da çəkərəm. Borclu olmayan adam var? Bu dəqiqə nüfuzlu şirkətlər belə borc alır. Yenə də deyirəm, o insanlara borcum yoxdur.

- Ümumiyyətlə, kiməsə borcun var?
- Borcum olsa, elə onlara borcum olardı. Çox sağ olsun, bu gün yanımda çox savadlı vəkilim var. Fanatımı belə mənə yalançı şahid etdilər. Uşağını girov götürdülər. O da uşağına qovuşan kimi gəlib hər şeyi mənə danışdı. Dedi ölmüş uşağın kimliyi ilə gəlib adıma "odnaklassniki"də profil açıblar. Bunları aşkar edən də Allahdır. Birini şahid tutdun, o imtina edən kimi getdin şər atdın ki, məni döyüblər. Nə oldu bu qədər adam səni döydü?! Məhkəmədə mənim 1000 avroluq eynəyimi oğurladılar. Allah şahiddir yanımdakı məhkəmə işçiləri! Mən bu insanların əlindən bezib getdim! Hər tərəfdən bunların barəsində şikayət bağlanır. Onların arxası var. Mənimsə yoxdur!

Mənim arxamda bir tək Allahım var! Bir də qanunlar! Haqqımı tələb edəcəm. Əziyyətlə, zülümlə toylarda qazandığımı onlara verə bilmərəm! Maşınları ilə qəza törətmişəm, aybaay ödəməyə hazıram. Bu dünyada hər şeyi eləmək asandır. O dünyada Allaha necə cavab verəcəksən, şər atdığına görə. Allah ona çörək verər? Verməz! Anası, övladı haqda indiyədək bir kəlmə belə deməmişəm. Təksən. Bir anan, bir özünsən. Həyatda Allahdan başqa heç kimə güvən yoxdur. O oğlanlar Alfons həyatı yaşayırlar. Restorana get, onlar üçün hesab ver, hesabı bağla...

- Rəqsanə, bayaq söhbət arası dedin ki, indi həyatım təmizlənib. Ətrafında ancaq təmiz insanlar var. Buna əminsən?
- Ətrafım təmizdir deyəndə, komandamı nəzərdə tuturdum. Bir qadın dostum var, vəssalam! Nəyim var, nəyim yox, o bilir. Mətbuat katibim və vaxtilə mənə prodüserlik edən Səbinədən çox razıyam. Yeganə insandır ki, o ailə qurub gedəndə mən ağladım. Allah onu xoşbəxt eləsin. Burda isə komanda ilə çalışıram. Şirkətə bağlı deyiləm. Menecerim, prodüserim, televiziya işlərimi görən insanlar ayrıdır. Bir də mənə Türkiyədə Ülvi Hadıyev kömək edəcək, köməkçim olacaq.

- Belə başa düşdüm ki, əvvəllər sənə yuxarıdan aşağı baxan, indi güclü görüb yanına qaçan "dost"ları nəzərdə tutmursan.
- O qədər, o qədər şeylər gördüm ki! Həyatda görməyəcəyimiz heç nə yoxdur. Allaha qurban olum! Acından da ölsəm, yenə də tək Allah!

- Səni təəccübləndirən çox oldu?
- Həddindən artıq! Bircə onu bilirəm ki, məni dost bilməyənlər, "Rəqsanədi də..." deyən insanlar indi çox fərqli görünür. "Nə lazımdı, nə istəyirsən?", " Bakıdan nə göndərək?.. " İnanırsan, heç nə gözümdə deyil. Nə var, nə dövlət. Heç nə. Bircə Allah mənə can sağlığı versin. Doğmalaım yanımda olsun. Ümrə ziyarətinə getmək istəyirəm. Demirəm başımı bağlayacam. Lakin namaz qılmağı çox istəyirəm. Allah bu günləri mənə nəsib eləsin!

- Qızın Aysunun modelyer karyerasında nə yeniliklər var?
- Moskvada təhsil alır. Mənim yeni fotosessiyamın da müəllifi odur. Qızımın 16 yaşı var. İstəyirəm özü çörək sahibi olsun. Mənə arxalanmasın. İnşallah, Bakıda geyim nümayişi edəcək. Onun dəfiləsində ilk dəfə 80 geyim nümayişi olacaq. Uşaq geyimlərindən tutmuş, gəlin paltarınadək hər şey var. Yeni fotosessiyamda da Aysunun geyimlərini geyindim, çox əziyyət çəkdi.

- Türkiyədəki işlərin necə gedir?
- Bu yaxınlarda 4 mahnıdan ibarət sinqlım çıxacaq. Mahnıların müəllifi özüməm. Daha sonra "Rəqsanə ilə bir gün İstanbulda" adlı öz verilişim olacaq. Bizim yerli telekanalların birində yayımlanacaq. Son nəticədə konsert verməyi düşünürəm.

- Deyirsən heç kim və heç nə ömürlük deyil. Hazırda maddi və mənəvi hər şeyin var. Həyatındakı insan bir gün səni tərk etsə, bu gün sənin ətrafına toplaşan o insanlar, "sevgi seli" təkrar səndən uzaqlaşsa, necə olacaqsan? Necə reaksiya verəcəksən?
- Həyatda insan ömrü belə sona çatandır. Bəli, deyə bilmərəm həyatımdakı insan yanımda ömürlük olacaq. Vaxtilə mənə pis münasibətdə olan o insanlarla öz gücümlə, öz mübarizliyimlə savaşmışam. Heç kimə yox, özümə güvənmişəm. İndi də mənə heç nə təsir etməyəcək. Həyatda hər şey boşdur. Ona görə də bəsdir qırğın, dava. Boş yerə günah qazanmayaq.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4854   Tarix: 03 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 729
.

Aysun övladının cinsiyyətini açıqladı - VİDEO

Müğənni Aysun İsmayılova övladının cinsiyyətini açıqlayıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında video yayımlayıb. Aysun qız övladının olacağını bildirib. Həmin videonu təqdim edirik:

20.04.2024 2622
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1051
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 302
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə il

21.04.2024 7248
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 690
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 516
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1258
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 900