O, heç vaxt təslim olmayacaq - Faiq Ağayev

O, heç vaxt təslim olmayacaq - Faiq AğayevÖtən həftə xalq artisti Aygün Kazımovanın vətəni tərk etməsi ilə bağlı xəbər vermişdik.

Yorulduğunu deyən müğənni intahar belə etmək istədiyini yazıb.

Aygün Kazımovaya ilk dəstək yaxın dostu xalq artisti Faiq Ağayevdən gəlib. O, "Facebook" profilində sənətçi üçün bu sözləri yazıb:

"Bu, sadəcə fəryad idi. Haqsızlıqlara, ədalətsizliklərə, paxıllıqdan doğan təhqirlərə qarşı fəryad... O, heç vaxt təslim olmayacaq. Dediyimə yüz faiz əminəm. Çünki o, Aygün Kazımovadır. Məğlubiyyətə acizanə baş əymək onluq deyil. Yeni uğurların gözü götürməyənlərin vay-şüvənini üstələyəcək. Bunu bil.
Sən lazımsan, sevimlisən, güclüsən...
Səninləyəm dost".

Aygün Kazımovaya dəstək olan sənətçilər arasında xalq artisti Nisə Qasımova da olub. O, müğənninin vətəni tərk etməyə mənəvi haqqının olmadığını deyib:

"Aygün Kazımova Azərbaycanı tərk etməməlidir. Buna onun mənəvi haqqı çatmır. Bu qədər sevənlərini atıb hara gedə bilər? Axı onun nə qədər uğurları var. Hansısa problem üzündən illərdir qazanılmış uğurlardan, sevgilərdən əl çəkib getmək olarmı? Ona görə də Aygünümüzə səslənirəm: yaşadığın səni üzən hər nə olsa da, əsla ruhdan düşmə. Allah həyatda hər insana bu qədər şans, uğur vermir, sənə verib. Bunların dəyərini bil. Sənin Azərbaycanı tərk etməyə ixtiyarın yoxdur. Çünki sən təkrarsız Aygün Kazımovasan. Mən Nisə Qasımova olaraq, hər an sənin yanında sənə dəstəyəm. Çünki sən dəstəyə, diqqətə, sevgiyə layiq güclü qadınlarımızdansan".

Qeyd edək ki, Aygün Kazımova sosial şəbəkədə bu sözləri yazmışdı:

"Sevənlərimə bəd xəbər... Qəlbimdə ağrı-acılarla, dərd və qəmlə... Böyük bir həsrətlə, ana yurdumu, doğma məmləkətimi... Vətənimi tərk edirəm...
Bu haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqətim, gücüm qalmadı. Dostlar qalmadı... Övladım olmasaydı, intihar belə edərdim... İnanın".

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1539   Tarix: 31 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207