Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)

Türkdilli ölkələrin estrada musiqisinin 3-cü beynəlxalq müsabiqəsi başa çatıb.

Azərbaycanlı vokalçı Aqşin Abdullayev "Sevgili canan" kompozisiyası ilə 2-ci yeri tutub.

1-ci yeri Yakutiyadan (Rusiya Federasiyası) olan Yuliyana Krivoşalkina, 3-cü yeri isə türkiyəli ifaçı Ferit Özkan tutub.

Qeyd edək ki, Azərbaycanı yarışmada gənc müğənni Ceyla Məmmədova da təmsil edib.

Beynəlxalq müsabiqənin münsiflər heyətinə populyar azərbaycanlı müğənni Roza Zərgərli, qazax ifaçı Kıdırali Bolmanov, Moldovadan olan solist Pyotr Petkoviç, türkiyəli müğənni Nurdan Torun, Krımdan İsmət Zaatov, Qırğızıstanın əməkdar artisti İrıskeldi Osmonkulov və TRT Avaz-ın baş koordinatoru daxil olub.

Qeyd edək ki, bu festival TÜRKSOY-un və Silifke şəhər bələdiyyəsinin dəstəyi ilə "Silifkedə mədəniyyət həftəsi" çərçivəsində keçirilib. Yarışmada Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstan (Rusiya), Hakasiya (Rusiya), Tatarıstan (Rusiya), Tıva (Rusiya), Krım (Ukrayna) və başqa yerlərin təmsilçiləri iştirak ediblər.

mənbə: gun.az

Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)Azərbaycanlı müğənni Türkiyədəki beynəlxalq müsabiqədə 2-ci oldu (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2248   Tarix: 29 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş