Nanə bitkisinin müalicəvi əhəmiyyəti

Nanə bitkisinin müalicəvi əhəmiyyətiİnsanların tez-tez istifadə etdiyi bitkilərdən biri də nanədir. Mətbəxdə, yeməklərimizdə mütəmadi olaraq nanədən istifadə edirik. Gözəl qoxusu ilə bərabər, xörəklərimizə də ləzzət qatır. Dadından əlavə şəfa mənbəyidir. Subtropik və mülayim iqlimdə yetişən nanə payız quraqlığına və soyuğa qarşı davamlıdır. Ona görə də soyuq yerlərdə bitə bilir. Nanəni istifadə edərkən ağızda təravət yaranır. Bu bir hiss deyil, həqiqətdir. Nanənin tərkibində olan mentol bu hissi bizə bəxş edir. Saqqızda da nə qədər çox mentol olsa, bir o qədər ağızda təravət olacaq. Çiçək açmamışdan qabaq nanə yığılır, kölgə olan yerdə qurudulur. Nanə çayı pəhriz zamanı çox gözəl təsirə malikdir.

Nanənin dünyada 25-30-a yaxın növü var. Gəlin onun müalicəvi xüsusiyyələrinə birlikdə nəzər salaq.
Nanə ağrı kəsici kimi: Dəriyə tətbiq edilmə üsuluyla ağrı kəsici xüsusiyyəti vardır. Baş ağrılarında suyla qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayyətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur. Nanənin qoxusu çox ətirli olur. Nanə və Kəklikotu ilə edilən çay çox faydalı və qripə təsirlidir. (içinə qabıqlı limon dilimlənməlidir)

Həzm yollarına təsiri: Mədə və öd ifrazatını artırır, beləcə həzmi asanlaşdırır. Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizlik çəkənlərin pis ağız qoxularını önləyir. Mədə spazmasını aradan qaldırır.

Qaraciyərin dostudur: Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrısını aradan qaldırı,r öd ifrazatını artırır. Öd daşını tədricən tökür.

Mədə və bağırsaqda qaz qovucu xüsusiyyətə malikdir, rahatlıq verir. Bağırsaqlarda qida məhv olmasını önləyir, ishal keçirir. Spazmanı aradan qaldırır.

Nanənin nəfəs yollarında faydası: Astma, qrip, öskürək zamanı nanənin çox xeyri vardır. Nəfəs almağı asanlaşdırır. Bəlğəm gətiricidir.

Nanənin sinir sistemində faydası: Sinirləri sakitləşdirir, həyəcanlı və qorxulu anlarda arxayınlıq verir. Sinir yorğunluğu, sinirdən olan qusmalar, beyin yorğunluğu, beyin soyuqdəyməsi, miqren, əl ayaq titrəməsi, iflic, həyəcandan dil tutulması, yuxusuzluq, baş gicəllənmələri hallarında çox fayda verir. Ürəyi qüvvətləndirir, döyüntüləri aradan qaldırır.

Nanə həzm sistemi üçün yaxşı bir bitkidir. Qəbizlik və ishal şikayətlərində də bu təsirini göstərər. Yaxşı bir həzm üçün yeməklərdən sonra bir fincan nanə çayı qəbul etmək məsləhətdir.

Nanə xanımlara da çox faydalıdır: Aybaşının vaxtı-vaxtında və ağrısız olmasını təmin edir. Laktasiya dövründə süd miqdarını azaldır. Süddən kəsmə zamanı sinənin südlə şişməməsi üçün ana bol-bol nanə yeməlidir. Sinəyə süd düyünlənmişdirsə sinə üzərinə təzə nanə suyu vurmaq çox fayda verir.

Nanənin mədə soyuqlamasına faydası: Ani soyuq içkilər ilə mədə soyuqlamasında ən faydalı üsul nanə çayının dəmlənməsidir. İçinə 3 stəkan su, 2 və ya 3 yemək qaşığı nanə və yarım limonu incə incə dilimləyib qabıqları ilə birlikdə qaynadıb isti-isti içildiyində 2-3 saat sonra mədə soyuqlamasından əsər qalmayacaq. Dəfələrlə sınanmış üsuldur.
Nanə yağının faydaları
Yorğunluq və halsızlıq zamanı nanə yağını iyləmək kifayətdir. Bu sayədə nanə yağı enerjinizi artıracaq.

Dil üzərinə damızdırmaqla da ağız qoxusunu yox edər.

Çox yemək yeməkdən şikayət edirsinizsə, iştah bağlayan xüsusiyyəti də olan nanə yağını yenə qoxlaya bilərsiniz.

Mədə qisminə bir damla nanə yağı damladaraq ovalayın.

Ayaq ağrılarını sakitləşdirmək üçün ayağınıza da sürtə bilərsiniz.

Dəri qırışıqlarını da aradan qaldırar.

Mədə bulantısı zamanı mədə üzərinə nanə yağını 2 damla damladaraq masaj edin.

Baş ağrısı zamanı alın və boyun bölgəsinə nanə yağı sürtə bilərsiniz.

Yüksək temperaturu salmaq üçün ayaqların altına sürtülməlidir.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7937   Tarix: 26 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875