Fərid Məmmədov niyə ikinci oldu? (Video)

Fərid Məmmədov niyə ikinci oldu? (Video)58-ci dəfə keçirilən "Eurovision" mahnı müsabiqəsində 2-ci olmaqla Azərbaycanın Avropanın ən mötəbər yarışmasında ənənəyə çevirmiş uğurunu davam etdirmiş olduq.

Builki təmsilçimiz Fərid Məmmədovun İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013"də göstərdiyi performans o dərəcədə bəyənildi ki, hətta qalib olacağımızı gözləyirdik. Fərid Məmmədov "Hold me" mahnısını qeyri-adi səhnə performansı ilə dünyaya təqdim etdi. Onun möhtəşəm performansına 39 iştirakçı ölkədən 29-nun səsini qazandırdı. Fəridi birinci yerdən cəmi-cümlətani 47 xal ayırdı. Qalib Danimarka təmsilçisi Emili de Forest 281 xal, Azərbaycan təmsilçisi isə 234 xal topladı. Bu kiçik fərq onu göstərir ki, biz qələbədən uzaq deyildik.

10 ölkə - Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan, Litva bizə 12 xalını verdi. Ukrayna, Rumıniya, Belarus da ən yüksək səsini – 10 balını bizə göndərdi. Moldova, Fransa, Kipr 8, Albaniya, İspaniya, İslandiya, Xorvatiya 7, İsveçrə 6, Serbiya, Belçika 5, Almaniya 4, Latviya, Sloveniya 3, San Marino, Hollandiya, İrlandiya 2 xal göndərməklə ö səslərini Azərbaycana vermiş oldular.

"Eurovision" mahnı müsabiqəsinin siyasətdən uzaq olmadığı danılmazdır. Bu da faktdır ki, iştirakçılara ən çox səslər dost münasibətdə olan ölkələrdən və diasporası güclü olan müəyyən ölkələrdən göndərilir. Bizim builki performansımıza biganə qalmamaq mümkün deyildi və bu da özünü səsvermədə göstərdi. Rusiya özünün 12 xalıının kiçik qardaşı Ermənistana deyil Azərbaycana göndərdi. Erməni diasporasının güclü olduğu Fransa da Azərbaycana 8 bal verdi. Bu müqayisəni uzatmağa ehtiyac yoxdur. Sadəcə demək istədiyimiz budur ki, Azərbaycanın təqdim etdiyi nömrənin uğur qazanması qaçılmaz idi.

41 xalla 18 yerlə kifayətlənən Ermənistan uğursuzluqlarını Azərbaycanın uğurunu qaralamaqla ört-basdır etməyə cəhd edir. İki gündür erməni mətbuatı Azərbaycana göndərilən səslərin pulla aldığını yazır.

Bəs erməni qızı Melina Arzumanyanın səsini bizə verməyə kim məcbur etmişdi? Fərid Məmmədovun nömrəsindən təsirlənən erməni qızı özünün "Twitter" səhifəsində "Ermənistan məni bağışlasın. Mən səsimi Azərbaycana verirəm. Müğənni və mahnı çox gözəldir" yazaraq fikirlərini ifadə etdi. Yazıq qız bununla da vətənpərvər ermənilərin virtual terroruna məruz qalaraq akkauntunu bağladı. Bizim hələ Azərbaycana gizlicə səs verən ermənilərdən xəbərimiz yoxdur. Ermənilər bir şeyi unudurlar ki, gözəl musiqi sərhəd bilmir.

Əlbətdə ki, bir nüansı qeyd etməmək olmaz. Fərid Məmmədova göndərilən səslərin çoxluğunun bir səbəbi də Türkiynin bu il "Eurovision"a qatılmamasıdır. Azərbaycan "Eurovision 2013"də yeganə türk dövləti idi. Bu da dünya türklərinin səslərinin Fərid Məmmədova yönəlməsidir.

Cəmi 6 ildir qatıldığımız dünyanın diqqət mərkəzində olduğu musiqi yarışmasında Azərbaycan hər il yaxşı nəticə ilə adını hallandırır. Müsabiqəyə ilk dəfə 2008-ci ildə qatıldıq və buna baxmayaraq o vaxt avropalı tamaşaçıların heç də yaxşı tanımadığı Azərbaycan dueti - Samir və Elnur 8-ci yerə yüksələ bildi. Aysel və Araşın "Eurovision 2009"dakı çıxışı bizi 3-cü etdi. "Eurovision 2010"da Səfurə ilk beşliyə düşdü. Müsabiqədə 4 illik təcrübəmizə baxmayaraq Eldar və Nigar 2011-də ölkəmizə qalibiyyət sevincini yaşatdı. "Eurovision 2012"də Səbinə Babayeva 4-cü yerə sahibləndi. "Eurovision 2013"də 2-ci yerə sahiblənməklə ölkəmizin qısa müddətdə qazandığı imicimizdən xəbər verir.

Ardıcıl şəkildə qazandığımız uğurlar və davamlı olaraq ilk beşlikdə qərarlaşmamız bu yarışmaya ciddi yanaşmağımızdan xəbər verir. Qələbələrimizin təminatçısı təkcə uğurla seçilmiş təmsilçilirdə deyil. Milli "Eurovision" komandasının böyük əməyinin qeyd etməmək haqsızlıq olardı. Mahnı seçimi, səhnə performansı və ən başlıcası ölkəni təmsil edəcək iştirakçı üzərində iş cəmləşərək sonda müsbət nəticəsini göstərir.

mənbə: xeber24.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5249   Tarix: 23 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390