"Prezidentin qəbuluna düşə bilirəm, AzTV-nin yox" - Primadonna

"Prezidentin qəbuluna düşə bilirəm, AzTV-nin yox" - Primadonna"O, bir əzraildır düşüb AzTV-nin canına"

"Mən heç kəsin yanında başıaşığı deyiləm. Düz 40 ilə yaxın AzTV-nin solisti olmuşam. Lakin son illər xoşagəlməz bir vəziyyət yaranıb ki, mən bunu anlaya bilmirəm. Mən AzTV-nin solisti kimi ixtisara düşmüşəm. İndi AzTV-nin efirlərində başqa sənətkarlar cərəyan edir. Mənim kimi sənətkar AzTV-nin efirinə çıxa bilmir. Necə ola bilir ki, mən dövlət başçısının qəbuluna düşə bilirəm, AzTV-nin efirinə yox".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiyanı şərh edərkən söyləyib. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirib.

İ. Quliyeva deyib ki, onun şəxsiyyətinə və sənətinə bütün ölkədə hörmət qoyulur, hətta dövlət başçısı belə ona qarşı həmişə qayğıkeş və diqqətli davranır: "Bu yaxınlarda Heydər Əliyevin 90 illik yubileyi belə onun adını daşıyan mərkəzdə prezident İlham Əliyevin qəbulunda olmuşam. Mənə çox böyük diqqət göstərilir. AzTV-də bir neçə il əvvəl baş verən bu rəhbərlik dəyişikliklərini də müsbət nəticələri olur. Sədr Arif Alışanovun mənə, mənim də ona çox böyük hörmətim var. Yəni Arif Alışanovdan narazı deyiləm. Hələ də AzTV-nin xəbərlərinə baxıram, lakin orada pis işlərlə məşğul olan mənfi adamlar var. Söhbət televiziyanın Musiqi Departamentinin rəhbəri Nadir Axundovdan gedir. O, burada monopoliya yaradıb. Şəxsi malikanəsi kimi davranır. Nadir Axundovla heç kim bacara bilmir. İndi mənim kimi sənətkarların yeri böyük tədbirləri bağlamaqdır. Lakin onun öz favoritləri var. Mən dünyanın sülh səfiriyəm. O isə mənə vaxtı keçib deyir. Mənim adımı solist siyahısından çıxarıblar. Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Baxın AzTV-nin efirinə və görün orada kimlər oxuyur, sizə dastanlar danışarlar".

Xalq artisti deyib ki, ixtisara düşməklə həm də iş yerini itirib: "Ora mənim iş yerim idi. Mən yaşlansam da formadayam, səsim yerindədir. Xalq hələ də məni ayaq üstə alqışlayır. İndi Azərbaycanın bölgələrində və xaricdə 50 illik sənət fəaliyyətimlə bağlı hesabat konsertləri verməyə başlayacam. Yekun konsert isə Heydər Əliyev sarayında olacaq. Bu isə məni diri-diri qəbrə qoymaq istəyir. Qərara gəlmişəm ki, yaranmış bu durumla bağlı prezident İlham Əliyevə rəsmi müraciət edim. Bu qədər olmaz axı. Elə bil ki, mən yoxam. Yenə sağ olsun özəl televiziyalar məni çox əziz tuturlar. Amma nə üçün Nadir Axundov kimə arxayındır? Baxın son 5 ildə AzTV-də bir dənə konsert çəkilişim olmayıb. Bu adam əzraildir düşüb AzTV-nin canına. Bu insanı nə havalandırıb sadəcə bilmək istəyirəm. Mən hələ çox şeylər danışa bilərəm, düşünürəm ki, hələlik bu qədər kifayətdir".

mənbə: qafqazinfo.az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2283   Tarix: 23 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyları stadionda olacaq

Məşhur müğənni Taylor Svift və amerikalı futbolçu Travis Kelcen toy hazırlığına başlayıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toy mərasimini "Madison Square Garden" arenasında keçirməyi planlaşdırır. Məlumata görə, onlar iyulun əvvəlində həftəsonlarından birində Nyu-Yorkd

07.06.2026 179
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülayın xeyli çəki atması diqqət çəkib. Müğənninin fit görünüşü çox bəyənilib. Ona xoş sözlər ünvanlayıblar. Həmin fotoları təqdim edirik:

07.06.2026 408
.

"Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi" - Vüqardan cavab

Xəbər verdiyimiz kimi, aparıcı Mətanət Əliverdiyeva müğənni Vüqar Muradovu verilişinə dəvət etdiyini, lakin onun canlı yayıma qatılmadığını açıqlayıb. Axşam.az-ın məlumatına görə, aparıcı ifaçının ünvanına sərt sözlər deyib. Vüqar isə məsələyə cavabsız qalmayıb. O, videoaçıqlama yayaraq aparıcıya cava

06.06.2026 522
.

"Güller ve günahlar"ın aktrisası ərə gedir

Türkiyəli aktrisa Aleyna Solaker sevgilisi Berk Boyacıgildən Fethiye şəhərində evlilik təklifi alıb. Romantik gün batımı fonunda edilən təklifə aktrisa "Bəli" cavabını verib. Cütlüyün xoş anları sosial şəbəkələrdə də maraqla qarşılanıb. Qeyd edək ki, aktrisa hazırda "Güller ve günahlar"

07.06.2026 412
.

"Ata uşağa hər şey almamalıdır"

"O qədər çətinliklər yaşamışam ki. Amma övladıma hər şey etməyin tərəfdarı deyiləm. Fərqli düşünürəm. İnsan özü çətinlik yaşayıb, hər şeyn qədrini bilir. İstəyir uşağı çətinlik görməsin, 30 minlik maşın alır ki, universitetə onunla getsin. Belə düşünmürəm. Uşaq bundan başqa nəticə alır. Bilmir ki

06.06.2026 250
.

"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"

"Maska"da oxuduğum "Bivəfa" mənə yad idi. Qismətə inanıram. Bu mahnı illər əvvəl mənə təklif edilmişdi". xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Cümə axşamı" proqramında deyib. Müğənni "Maska" şouda oxuduğu "Bivəfa" mahnısı haqd

31.05.2026 240
.

Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu

Şotlandiyanın "Boards of Canada" elektron musiqi qrupu ABŞ Prezident Administrasiyasının onların musiqisindən icazəsiz istifadə etdiyini bəyan edib. bu barədə BBC yayım korporasiyasına istinadən xəbər verir. Məlumata görə, söhbət Ağ Evin sosial şəbəkələrdə dövlət bayrağı, ABŞ liderinin rəsm

30.05.2026 240
.

Rəqsanə Tacirin gəlininə bahalı HƏDİYYƏ VERDİ - VİDEO

Xəbər verdiyimiz ki, müğənni Tacir Şahmalıoğlu övladı Şahmalıya toy edib. xəbər verir ki, onun həmkarı Rəqsanə İsmayılova gəlinə bahalı üzük hədiyyə edib. Sözügedən görüntü izləyicilərin marağın səbəb olub. Qeyd edək ki, Tacir Şahmalıoğlunun övladı Şahmalı Aytac adlı xanımla ailə qurub

07.06.2026 328
.

Aygün Kazımovanın yeni paylaşımı MÜZAKİRƏ YARATDI - VİDEO

Xalq artisti, Azərbaycan estradasının pop divası Aygün Kazımova yeni görüntüləri ilə yenidən gündəmə gəlib. xəbər verir ki, sənətçinin dəri geyimdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Özünəməxsus üslubu, cazibədar görünüşü və səhnə enerjisi ilə seçilən Aygün Kazımova pərəstişkarlarında

06.06.2026 540
.

TOP MP3