"Mənə görə atamın başını ağrıtdılar" (Video)

"Mənə görə atamın başını ağrıtdılar" (Video)Lalə Məmmədovanın uşaqlıq dünyasına baş vuranda rəngarəng bir dünyanın sehrinə düşəcəyimi düşünürdüm. Nədənsə mənə elə gəlirdi ki, Lalənin uşaqlıq illəri olduqca maraqlı, sevincli və xoşbəxt keçib. Amma düşündüyümün tam əksi oldu. Sən demə, Lalə Məmmədovanın məktəb illəri o qədər də ürək açan olmayıb. Məlum hadisələr, Qarabağın işğalı, şəhid olan məktəb məzunları-bütün bunlar Lalənin uşaqlıq dünyasını alt-üst edibmiş. Hətta o dövrdə oxuduğu və hitə çevrilən məktəb illəri mahnısı da elə bu yanğıdan yaranıbmış.

Məhəllə uşaqları qarşısında verilən ilk konsert

"1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Xalamın istəyi ilə adımı Lalə qoyublar. Ailədə məni digər 4 uşaqdan fərqləndirən cəhət erkən yaşlarımdan oxumağa meyl göstərməyim olub. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında vermişəm. Buna qarşıda məni gözləyən böyük yolun başlanğıcı da demək olar".

Musiqili məktəb illəri

"1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoymuşam. 8 yaşım olanda Bülbül adına musiqi məktəbi daxil oldum. Xalq artisti Şövkət Ələkbərova mənim yumşaq səsə malik olduğumu dedi və məni öz sinfində görmək istədi. Beləcə muğam sinfinə daxil odum. Müəllimin xəstəliyi üzündən daha sonra təhsilimi Xalq artisti İslam Rzayevin sinfində davam etdirdim. Təəssüf ki, musiqili məktəb illəri çox tez bitdi".

Uşaqlıq xobbisi

"Orta məktəbdə oxuyanda ağıllı və fəal şagird olmağımla başqalarından seçilmişəm. Lap erkən siniflərdə oxuyanda müxtəlif sahələrə-astronomiya və arxeologiyaya maraq göstərmişəm. Tarix fənnini həddən artıq sevdiyim üçün tarixi araşdırmalar mənə çox maraqlı gəlirdi. Uşaqlıqda kitab oxumağı xüsusilə çox sevirdim. Ən çox sevdiyim kitablar bunlar idi; "Bilməzin macəraları","Uzuncorab Peppi". Dunya xalqlarının nağıllarını dəfələrlə oxumağıma baxmayaraq yenə də oxuyurdum. İndi də o kitabları öz qızıma oxuyuram".

"Valideynlərimin arzusu arzularımı üstələdi"

"Hər ikisinə Allah can sağlığı versin versin, valideynlərim müəllim idilər. O zamanlar bizim təhsilimiz və tərbiyəmiz valideynlərimiz üçün çox böyük əhəmiyyət daşıyırdı. Elə ali məktəbə də onların seçimi ilə daxil oldum. Valideynlərimin təkidi ilə sənədlərimi Xarici Dillər Universitetinə verdim və qəbul olundum. Amma heç də peşman deyiləm".

Acı xatirələr

"Uşaqlığımın yalnız bir hissəsi -1988-ci ilədək- yaddaşımda xoş xatirələr buraxıb. Təəssüf ki, sonradan elan olunmamış müharibə başladı, bununla da rahatlığımıza son qoyuldu. Oxuduğum Nizami rayonu 272 nömrəli məktəbin məzunlarından bir neçəsi Qarabağda gedən döyüşlərdə şəhid oldu. Sonradan o şəhid oğullardan biri olan Etibar Cəlilovun adı məktəbimizə qoyuldu. Daha sonra martın 19-u metroda terror aktları zamanı məktəbimizin bir şagirdi həlak oldu".

Pioner qalstukunu tonqalda yandıran qızcığaz

"Orta məktəbi cəbhədən gələn xəbərləri izləməklə, şəhidlər Xiyabanını hər həftə ziyarət etməklə və Vətən uğrunda canından keçənlərin qanını yerdə qoymayacağımıza and içməklə bitirdik. İçimizdə təəssüf hissi vardı. Vaxtından tez ayıldıq bəlkə də. Əlimizdən tutub indiki uşaqlar kimi bizi bulvara, digər əyləncə məkanlarına aparan olmadı. Daha doğrusu buna şərait olmadı. Çünki insanların üzü gülmürdü. Sinfimizdə ilk pioner qalstukunu boynundan çıxarıb tonqalda yandıranlardan biri mən olmuşam. Buna görə başımı çox ağrıtdılar o zaman".

İçimi göynədən yanğı

"Yadımdadır ki, valideynlərimizi məktəbə çağırıb danlayırdılar, amma atam çox qürurlu adam idi. Nə yaxşı ki, sözünü onlara şax deyib mənim tərəfimdə oldu.

Bəlkə də "Məktəb illəri" mahnısını oxuyan o qızcığazın səsində olan o yanğıdan çoxlarının xəbəri olmadı. Əslində məktəb illərində itirdiyimiz o şəhidlərlə birgə həm də uşaqlıq illərimizi itirmişdik. İçimi göynədən, səsimi nisgilli edən də bu idi. Amma bu yanğını məndən başqa heç kim bilmədi".

"Bacım mənə görə əlcəklərini satdı"

"Sənət dünyasına baş vurarkən çətinliklərlə də çox qarşılaşdım. Hər kəs bilir ki, müəllim ailəsində anadan olmuşam və müəllimlərin məvacibləri də bəllidir. Musiqilər yazdırmaq, aranjeman etdirmək çoxlu pul tələb edirdi. Buna da mənim imkanım yox idi. Sağ olsun bacımı. Həmin vaxtlarda mənə böyük bir yaxşılıq etdi. Bir mahnımın aranjemanı üçün mənə pul lazım idi, amma o pul bizdə yox idi. Bacımın onda gözəl, bahalı əlcəkləri vardı. O məndən xəbərsiz həmin əlcəkləri aparıb satdı və pulu gətirib mənə verdi ki, mahnını aranjeman etdir. O anda gözlərim yaşardı, bacıma olan sonsuz minnətdarlığımı həyatım boyu unuda bilmərəm. Həmin vaxt bu addım mənim üçün çox önəmli idi və bunu da bacım atdı".

"Mənim üstümdən xətt çəkdilər"

"İlk vaxtlar sənət yollarında qarşımı kəsmək, yolumu bağlamaq istəyənlər də oldu. Yadımdadır ki, o illərdə Tofiq Quliyevin yaradıcılıq gecəsi keçirilirdi və mən də o tədbirdə iştirak etməli idim. Çox böyük həvəslə mərasimə hazırlaşırdım, hətta xüsusi geyim də tikdirmişdim. Lakin yaradıcılıq gecəsi başlandı və məni səhnəyə dəvət etmədilər.Çox pərt bir vəziyyətdə evə qayıtdım. Sonradan mənə dedilər ki, konsertin təşkilatçısı mənim adımın üstündən xətt çəkib. Səbəb də bu olub ki, Lalə Məmmədova tanınmayan müğənnidir, onun məşhur sənətçilərlə bir səhnəni paylaşması düzgün deyil. O adamı mən indi də tanıyıram, amma adını çəkmək istəmirəm".

"İlk sevgim"

"İlk sevgim nəğmələrim oldu. Nə yaxşı ki, bunu bacara bildim. Çünki sevməyi hər kəs bacarmır. Sevmək bütövlükdə özünü təslim etmək deməkdir. Qarşılığını gözləmədən sevmək ən fədakar sevgidir. Amma düzünü deyim ki, mən bu sevginin qarşılığını gözləyirdim. Özümə söz verdim ki, əgər gördüyüm işlərin müqabilində tamaşaçıların sevgisini qazana bilməsəydim, çəkilib kənarda duracağam. Məncə qalanını söyləməyə heç ehtiyac da yoxdur, çünki hər şeydən hamınız xəbərdarsınız".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3483   Tarix: 21 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 952
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 800
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1312
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 359
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 572
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 783
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 327
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 884
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 988