• Sübh namazı 04:49
  • Gün çıxma vaxtı 06:39
  • Zöhr namazı 13:47
  • Əsr namazı 17:41
  • Axşam namazı 20:55
  • İşa namazı 22:36
 Bakı
  • Gündüz +35
  • Gecə +23
AZN məzənnəsi
USD
0.7843
EUR
1.6506
RUR
0.0219

Evdə quraşdırılan dekorativ kaminlər

Bu aralar havaların soyuq keçməsi ilə əlaqədar növbəti məqaləni buxarıya (və ya dildə daha çox istifadə etdiyimiz “kamin”-ə) həsr edəcəyəm. Kaminlərin evdə hansı üstün və mənfi cəhətləri var onlar haqda söz açacağam.

Kaminin əsas funksiyası hamıya aydın olduğu kimi qızdırıcı xarakterlidir. Lakin müasir dövrdə ən son texnologiyaların bizə verdiyi üstünlüklər sayəsində kaminlər öz əvəzolunmaz qızdırıcı funksiyasından çıxaraq nisbətən dekorativ əhəmiyyət kəsb etməyə başlayıb.

Necə ki, klassik dövr memarlığındakı memarlıq elementləri öz dövründə funksional idi, lakin müasir memarlıq konstruksiyaları ilə onların konstruktiv mahiyyəti əhəmiyyətsiz oldu və onlar bizim dövrümüzdə sadəcə dekorativ əhəmiyyət kəsb edir, eləcə də kaminlər evin dominant qızdırıcı elementi sayılırdısa, indi müasir istilik və havalandırma sistemlərinin olduğu evlərdə çox hallarda dekorativ əhəmiyyət daşıyır (bununla yanaşı, bir çox kənd və rayon evlərində buxarıdan əsas qızdırıcı element kimi hələ də istifadə edilir).

Daxili məkanla yanaşı həm də açıq havalarda da kamin tipli ocaq guşəsi yaradılır. Bəs kaminləri dekorativ edən nədir? Niyə bu cür texnologiyalarla yanaşı hələ də kaminlər evlərdə, hətta açıq məkanlarda istifadə olunur? İsanla bağlı maraqlı bir fakt var; insan gözü bütün varlıqlara baxmaqdan yorula bilir, lakin oda baxmaqdan heç kim heç vaxt yorulmur, əksinə ondan enerji alır. Bunun sirri çox güman ki, genetik kodlarımızdadır. Əcdadlarımızın oda olan bağlılığının bizə mirasıdır.

Bu səbəbdən kaminlər villaların, qış evlərinin, ofislərin və s. obyektlərin istirahət guşəsində olur. Bununla da istirahət edən insanlar həm təbii istilik enerjisi alır, həm də göz oxşayan obyektə baxır.

Fikir verin, təbii istilik enerjisi. Bu nəyə lazımdır? Bir şeyi yadda saxlamaq lazımdır ki, insan təbiətin bir parçasıdır və təbii olan hər şeydən müsbət enerji alır, eyni zamanda süni yaradılmışlardan da bir o qədər mənfi enerji, radiasiya və s. alır. Ona görə də çalışın memarlıq həlli verərkən, interyer dizayn edərkən (xüsusilə içərisində 24 saat insan yaşayan yaşayış evlərində) təbii materiallardan istifadə edin. Bundan əvvəlki mövzular təbii qaya, təbii taxta elementlərinə həsr olunmuşdu, onlarla birlikdə kaminin istifadə edilməsi interyerə xüsusi istilik, rahatlıq qatacaqdır.

Kiçik məsləhət, kamini birinci mərtəbədə qonaq otağında istifadə etsəniz ikinci mərtəbəyə əsas yataq otağını salmaqla bir buxarıdan hər iki otaq üçün istifadə imkanı əldə edərsiniz. Bir kamindən bir neçə məkan üçün istifadə etməyin başqa yolu, salonun mərkəzində yer alan və iki (bəzən üç, dörd) tərəfə baxan kaminlərdir. Amma mütləq buxarını quraşdırarkən mütəxəsislərə müraciət edin. Yoxsa həyati təhlükələr yarana bilər.

İnsana xas başqa bir maraqlı xüsusiyyət; təhlükəli görünən elementlərlə eyni məkanda olanda həyəcan, zövqverici hisslər yaranır. Aşağıdakı şəkildə sanki ev yanır və kamin öz ehtiraslı dizaynı ilə müasir interyerdə yüksək zövq yaradır.

Daha təhlükəsiz kamin istəsəniz elektron kaminlər də vardır ki, onlar proqramlaşdırma ilə yanıb sönür.

Qeyd olunduğu kimi açıq havada da alovdan dekorativ element kimi istifadə olunur. Onları buxarı adlandırmaq əlbəttə düzgün olmaz, amma müasir dövr buxarıları ilə faktiki eyni dekorativ əhəmiyyəti kəsb edir. Onlarda daha çox ultra müasir evlərin, binaların həyətlərində istifadə edirlər. Bir çox hallarda su ilə birlikdə dizayn etməklə iki bir-birinə zidd elementi birləşdirərək bədii kontras yaradırlar.

Bəzən isə kamin hətta yanmaq funksiyasını daşımır. Adətən minimalist dizaynda həll edilmiş interyerin bir guşəsində kamin tipli guşə yaradıb təbii oduncaqlardan istifadə etməklə, təmiz və səliqəli minimalizmdə kobudluq kontrası yaratmaq mümkündür.

Buxarının memara verdiyi başqa bir üstünlük isə onun fasadda görünməsidir ki, memar onu xüsusi fasad elementi kimi işləməklə, binaya “duz” qatmağa nail olur. İstər qış evləri olsun, istər adi yaşayış evi, ofis və s. olsun, üslubundan və xarakterindən asılı olmayaraq, buxarını binada diqqət cəlb edən tərzdə dizayn etmək mümkündür.


mənbə: faktxeber.com

Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Evdə quraşdırılan dekorativ kaminlər
Paylaş:
Bölmə: Maraqlı Müəllif: ELISS Oxunub: 1734 Tarix: 20.05.2013
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti