Toya 130 minə gedən xalq artisti - Siyahı

Toya 130 minə gedən xalq artisti - SiyahıAzərbaycanlı müğənnilərin toy qiymətlərini onların öz dilindən öyrənək.

May ayında el şənlikləri az olur. Ya da heç olmur. Şou əhlinin də başı qarışır elə şou proqramlara. Bir azdan yenə toy mövsümü başlayacaq. İstədik öyrənək görək, şou əhlinin toy qiymətlərində yenilik yoxdu ki?
Əvvəlcədən onu qeyd edək ki, bir çoxları toy qiymətlərini açıqlamaqdan boyun qaçırdı. Bir qismi isə şişirdilmiş məbləğ söylədi. Amma real qiymət deyənlər də oldu.

"Faytonçu" ləqəbi ilə tanınan Nazim Pişyari toy qiymətinin stabil olduğunu bildirdi. Toyu əvvəldən axıracan idarə etmək 5000 manat, yarım saatlıq çıxış isə 2000 manata.

"Elit Star" ləqəbi ilə tanınan Cəmilə İsgəndərova isə el şənliklərinə daim eyni qiymətlərə getmədiyini söyləyib. "Bilirsiniz, bəzən tanış adamlar çıxır ki, onların toylarını pulsuz idarə edirəm. Amma normalda mənim toy qiymətim 4-5 mindir. Yarım saatlıq çıxışım 500-800 manat arasında dəyişir. Bəzi müğənnilər kimi yalandan qiymət demirəm. Daim neçəyə gedirəmsə, onu da söylədim".

Müğənni Nura Suri bütöv toy idarə etmir. Ancaq yarım saatlıq: 1500 manata.

Müğənni Zarina Məmmədova da onun kimi, 1500 manata.

Müğənni Ayan Bababkişiyeva da eləcə. Amma bir az baha, 2 min, 2 min 500 manata.

Meyxanaçı Namiq Qaraçuxurlunun isə toy qiyməti Bakıda ayrı, bölgələrdə ayrıdır. Prodüseri Ataş Hüseynin bildirdiyinə görə, Namiqin paytaxtda 30 dəqiqəlik çıxışı 3000 manat, respublikamızın rayonlarında isə 60 dəqiqəsi 6000, bəzən 8000-10000 manat arası dəyişir.

Müğənni Natavan Həbibinin yarım saatlıq çıxışı toy sahiblərinə 3000 manata başa gəlir.

Müğənni Rəqsanə İsmayılovanın yarım saatı 3500 manatdır. Bütöv toyu isə ansamblla 9000 manata idarə edir. Rusiyada isə qiymət bir qədər də yuxarıdır: ansamblsız bütöv toy 15000,. ansamblla 20000 manata.

Müğənni Elvin Abdullayev bütöv toyu 4000 manata aparır. Yarım saatlıq çıxışı isə 700 manatdır.

"Eurovision" təmsilçimiz Səbinə Babayevanın toyda öz musiqiçiləri ilə birgə 1 saatlıq çıxışı 10000 manatadır.

Müğənni Günay İbrahimli bütöv toya 5 minə gedir, yarım saatlıq isə 1000 manata.

Müğənni Zamiq Hüseynovun yarım saatlıq çıxışı 2500 manatadır.

Xalq artisti Zülfiyyə Xanbabayevanın prodüseri Nigarla isə əvvəlcə toyun harada keçiriləcəyin soruşdu. "Toy harda olacaq? Kimdir danışan?".
Jurnalist olduğumuzu bilib, "Zülfiyyə xanım toylara pulla getmir. Ancaq qohum, dost-tanış toyuna gedir. Sağ olun, mən xaricdəyəm. Başqa bir söz deyə bilmirəm. Bir sözlə toylara getmir", - deyə bildirdi.

"Toylar kralı" Manaf Ağayev isə yarım saatlıq toy idarə etmir: "Mən çox vaxt bütöv toy idarə edirəm. El şənliyində məni görmək istəyən insan 4-5 min manatından keçməlidir".

Müğənni Nadir Qafarzadəni toyunda görmək istəyənlər 11 min.

Xalq artisti Səməd Səmədovu dəvət etmək istəyənlər isə 4 min manatından keçməlidirlər. Səməd bəyin yarım saatlıq çıxışı isə 1000 manatadır.

Müğənni Ramal İsrafilov bütöv toyu 10-12 min manata idarə edir. Yarım saatlıq çıxışı isə 3000-3500 manat arasında dəyişir.

Xalq artisti Brilliant Dadaşovanın prodüseri Nigar isə toy qiymətini söyləməkdən imtina etdi: "Mən hələ baxmalıyam toy haradadır? Həmin günə yer boş olandan sonra, qiyməti deyə bilərəm. Belə qiyməti demirik". Amma məlumata görə xalq artisti bütöv toyu 10.000 - 12.000 arası qiymətə idarə edir. Yarım saatlıq çıxışı isə 4000 manatadır.

Digər müğənnilərin toy qiymətləri isə aşağıdakı kimidir:

Xumar Qədimova – 8000 Azn

Xatirə İslam - 7000-8000 Azn

Ruhəngiz Allahverdiyeva - 4000 Azn

Nazənin – 4000 Azn

Baloğlan Əşrəfov - 3500-4000 Azn

Elton Hüseynəliyev- 7000 Azn

Abbas Bağırov - 12 000 Azn

İradə İbrahimova - 10 000 Azn

Elnarə Abdullayeva – 6000-7000 Azn

Xalq artisti Bilal Əliyev toy qiymətin qalxdığını söyləyib: "Əvvəllər mənim toy qiymətim 100 min avro idisə, indi bu rəqəm artıq bir neçə gündür ki, qalxıb. 130 min avro olub. Bu qiymətə həm Azərbaycanda, həm də xaricdəki həmvətənlərimizin toyunda iştirak edirəm".

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10762   Tarix: 19 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 790
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 981
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 700
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 990
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1074
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 447
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 914
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə il

21.04.2024 7440
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1297