Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)

Biləsuvar sakini həmin quşu tutu bilib

Biləsuvar rayonun Günəşli kənd sakini Abdul Səfərov bir müddət əvvəl əkin sahəsini suvararkən onun tarlasının yaxınlığında ölmüş heyvan cəsədini yeyən qəribə quşla qarşılaşıb. Nəhəng quş ölmüş heyvan cəsədini parçalamaq istəyən itlərlə vuruşarkən Abdulun diqqəniti cəlb edib və axşam saatlarında öz dostu ilə quşu elə həmin yerdə tutmağa nail olub.

Artıq 15 gündən yuxarıdır ki, quşu saxlayan Abdul onun hər gün 3 kq–a yaxın ət yediyini və bu ətləri ov etməklə əldə etdiyini deyir. Quş ona yaxınlaşanlara hüçm etdiyi üçün daima həyətdə bağlı saxlanılır. Görənlərin marağına səbəb olan nəhəng quşa 120 manat pul təklif edənlər də olub. Lakin Abdul Səfərov onu zooparka təhvil verməkdə israrlıdır. Mütəxəssislər isə bu quşun əsasən soyuq iqlimə malik olan dağlıq ərazidə yaşayan qırğılar fəsiləsinə aid olduğunu deyirlər.

"Burada tapılan bu quşun boynunda tükün olmaması caynaqlarının forması, o cümlədən, dimdiyinin forması yırtıcılar dəstəsinə mənsub olduğunu sübüt edir. Amma boynunda tükünün olmaması leşyeyənlər qurupuna aid olduğunu göstərir", - deyə bioloq Haqverdi Məmmədov bildirib.

Qeyd edək ki, bu tip quşlar əsasən Cənubi Avropa və Cəsubi Asiyada yaşasa da, ölkəmizdə də bunların bir neçə növünə rast gəlinir.

mənbə: anspress.com

Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)Azərbaycanda qeyri-adi yırtıcı quş tutuldu (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 13004   Tarix: 16 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş