Başın ağrısı: səbəbləri, nəticələri, mübarizə yolları

Başın ağrısı: səbəbləri, nəticələri, mübarizə yollarıHər bir insan həyatında heç olmasa bir dəfə də olsa, baş ağrısından əziyyət çəkib. Baş ağrısı çox vaxt stress və gərginlik nəticəsində yaransa da, ağır xəstəliyin simptomu da ola bilər. Statistikaya görə, insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Terapevt Gülnarə Osmanovanın sözlərinə görə, baş ağrısı tez-tez rast gəlinən ağrıdır. Sadəcə, baş ağrıları bəzi adamlarda nadir hallarda, bəzilərində isə tez-tez baş verir. Baş ağrıları səbəbindən asılı olaraq müxtəlif olur və şiddətinə görə də fərqlənir. Bu ağrılar xroniki hal da ala bilər. Ona görə də ağrıya dözmək yox, onunla mübarizə aparmaq məsləhətdir. Baş ağrıları zamanı istifadə olunan dərmanlar müəyyən dərəcədə kömək edir. Lakin dərmandan uzunmüddətli istifadə böyrək və qaraciyər zədələnmələrinə gətirib çıxara bilər.

Baş ağrılarının yaranmasının səbəblərinin çox olduğunu deyən G.Osmanova səbəblər arasında stress, yorğunluq və gərginliyi xüsusilə qeyd edib. Bu zaman ağrı başın yuxarı hissəsində yaranır. Baş ağrısından əlavə sifət və boyun əzələlərində də gərginlik hiss olunur: "Lakin bu tip ağrılar qısa müddətlidir və xroniki hal almır. Ağrıkəsicilər çox asanlıqla belə ağrıların öhdəsindən gəlir. Baş ağrıları spirtli içkilərin qəbulundan sonra, xüsusilə ertəsi gün baş verir. Bundan başqa, təzyiq, rejimsiz həyat tərzi, müxtəlif xəstəliklər də baş ağrısını qıcıqlandıra bilər".

Terapevtin sözlərinə görə, ümumiyyətlə, baş ağrıları müxtəlifdir və onlardan ən şiddətlisi miqrendir: "Miqren başın bir hissəsini əhatə edən baş ağrılarıdır. Miqren insanda möhkəm narahatlıq yaradır və ürəkbulanma, qusma, səs-küyə qarşı dözümsüzlük, işıqdan qorxma kimi əlamətlərlə müşahidə olunur. Ağrılar bir neçə dəqiqədən bir neçə günə kimi davam edə bilər. Bəzi hallarda isə miqren görmə qabiliyyətinin zəifləməsinə, hətta iflicə də səbəb olur".

Bu xəstəlik kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Belə ki, kişilərdə hormonal fon stabildir, qadınlarda isə daim dəyişir. Həm də qadınlar genetik olaraq miqrenə daha meyllidirlər.

Həmsöhbətimiz deyir ki, miqrenin qidalanma ilə bağlı olması da məlumdur. Dediyinə görə, müəyyən qidalar var ki, onlar miqrenin yaranmasına şərait yaradır. Misal üçün, şokolad, pendirin bərk növləri, qırmızı şərab qəbul edəndə miqrenli insanın başının bir tərəfi ağrıyır: "Ağrılar çox güclü olur, 4 saat və daha çox davam edir. Ağrılar bəzən qusma, baş gicəllənməsi, görmə qabiliyyəti ilə bağlı anomaliyalar və ya işıqdan qıcıqlanma kimi əlamətlərlə müşayiət olunur".

Miqrendən yaxa qurtarmaq üçün stresdən uzaq olmaq, yaxşı istirahət etmək və yatmaq vacibdir.

Terapevt onu da əlavə edib ki, baş ağrıları müxtəlif xəstəliklər, məsələn, qaymorit, meningit, beyində şişlərə görə də ola bilər. Bu səbəbdən də baş ağrısına qarşı səhlənkar yanaşmaq olmaz: "Yaxşı olar ki, baş ağrılarından əziyyət çəkən adam həkimə gedib müayinədən keçsin. Həm də xəstəliklər üzündən yaranan baş ağrıları yalnız həmin xəstəliklər müalicə olunduqdan sonra keçir və ya azalır".

Həkimin dediyinə görə, xərçənglə bağlı baş ağrıları əsasən səhərlər başlayır və tədricən daha da şiddətlənir. Belə ağrılar əsasən qusma ilə müşayiət olunur. Bununla yanaşı çəkinin kəskin azalması, şəxsiyyətin dəyişməsi, qıcolmalar da müşahidə oluna bilər. Lakin əksər hallarda başda olan güclü ağrılar miqrenə görə baş verir. Miqren isə elə də qorxulu xəstəlik deyil.

Ümumiyyətlə, baş ağrılarından qorunmaq üçün bəzi məhsulların qəbulundan imtina etmək lazımdır. Ağrılara hisə verilmiş ət, şokolad, spirtli içki, cəld yeməklər də səbəb ola bilər. Mayenin az miqdarda qəbulu da baş ağrılarını qıcıqlandıra bilər. Bu səbəbdən də maye çox qəbul etmək, xüsusilə də yayda hər saat su içmək lazımdır. Kimyəvi qarışıqları olan sulardan isə yan keçmək, təbii şirələrə, mineral sulara üstünlük vermək lazımdır. Bundan başqa, yeməklər arasında uzun fasilələr və ya səhər yeməyini yeməmək də baş ağrısını yarada bilər: "Əgər miqrenə meyllilik varsa, hər gün eyni vaxtda yeməyə çalışın. Həm də gündəlik düzgün rejimin gözlənilməsi nəinki baş ağrısı hallarını minimuma endirər, eləcə də sağlamlığa müsbət təsir göstərər və immun sistemini möhkəmləndirər. Rejimin, şəraitin dəyişməsi, əsəbilik, gərginlik, hətta havanın dəyişməsi də baş ağrılarını yarada bilər".

Baş ağrılarının geniş yayılan səbəblərindən biri də yuxusuzluqdur. Vaxtında yatmamaq, yuxusuz qalmaq həm insanın əsəblərini korlayır, həm də başda ağrılar yaradır. Hesab olunur ki, insan gecələr səkkiz saat yatmalıdır. Belə ki, yuxusuzluq, az yatmaq və ya həddindən artıq çox yatmaq insanın səhhətində mənfi iz buraxır: "Əgər fikir vermisinizsə, çox yatanda da adamın başı ağrayır, gün ərzində özünü əzgin hiss edir və əhvalı pisləşir. Çox vaxt rejimə riayət etməmək, az və ya çox yatmaq miqrenə meyilliliyi artırır".

Miqrenin yaranmasında stress də böyük rol oynayır. Belə ki, stress bir çox xəstəliklərin səbəbi olduğu kimi, baş ağrılarının da yaranmasına və şiddətlənməsinə gətirib çıxarır.

Terapevt məsləhət görür ki, baş ağrılarının müntəzəm və ya hər gün baş verdiyi, nevroloji sipmtomlarla, əl və ayaqların taqətdən düşməsi ilə müşayiət olunduğu, sosial və işgüzar fəaliyyətin icrasına maneəçilik törətdiyi hallarda həkimə müraciət etmək lazımdır. Eləcə də ağrının qəfil və çox şiddətli olması, adi baş ağrısına bənzəməməsi də yaxşı əlamət deyil. Belə ağrı olduqda dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Ona görə ki, bu, insulta və s. işarə ola bilər. Kəskin və müəyyən müddət beynin bir yarımkürəsində davam edən ağrının müalicə olunaması isə görmə qabiliyyətinin itirilməsi ilə də nəticələnə bilər. Viruslu və ya bakteriyalı meningit zamanı ağrılar isə bədənin hərarətinin qalxması və boyun nahiyyəsində gərginliyin artması ilə nəticələnir. Ümumiyyətlə, ilk baxışdan baş ağrıları təhlükəli görünməsə də, fəsadları ağır ola bilər. Bu səbəbdən də daha diqqətli olmalı və həkimə vaxtında müraciət etmək vacibdir.

mənbə: puklika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4189   Tarix: 13 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 488
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 336
.

Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub. Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera"

16.03.2024 354
.

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb. Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı süni intellekt texnologiyası xəstələrin psixoloj

23.03.2024 299
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 499
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 311
.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir? - GÖZLƏNİLMƏZ FƏRQ

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsinə baxmayaraq onları sağ əllə yazmağa məcbur edirlər. Solaxay insanlarda unikal ola

23.03.2024 448