Azərbaycanda dollar alanların sayı çoxalıb (Video)

Azərbaycanda dollar alanların sayı çoxalıb (Video)Ekspert: "Tələbat artsa belə, bu, ölkədə dollar qıtlığına səbəb olmayacaq".Qarşıdan gələn yay mövsümü ilə əlaqədar xaricə üz tutanlar və ya planlaşdıranlar milli valyutanı daha çox dollara dəyişməyə üstünlük verirlər. Manatı avroya dəyişənlər isə nisbətən azdır. Bunun da əsas səbəblərindən biri Azərbaycandan avrozona ölkələrinə turist kimi gedənlərin sayının azalmasıdır. Digər amil əsas turizm məqsədilə üz tutulan Türkiyə, Gürcüstan və Rusiyanın, eləcə də Cənub-Şərqi Asiya ölkələrinin turizm məkanlarında daha çox dollardan istifadə edilməsidir. Bu da özünü Amerika valyutasının alışının artmasında göstərir.

Bəs dollara tələbatın artması onun məzənnəsinə necə təsir edə bilər? Mərkəzi Bank manatın məzənnəsinin sabit saxlanılması kursunu davam etdirir. Bu prosesi daxili bazarda dövriyyədə olan dolları almaqla həyata keçirir. Mərkəzi Bankın valyuta sterilizasiyası, yəni başqa sözlə bazarda olan əlavə pul kütləsinin götürülməsi hazırda təqribən 1,6 milyard manat təşkil edir. İqtisadçı Samir Əliyevin sözlərinə, görə tələbat artsa belə, bu, ölkədə dollar qıtlığına səbəb olmayacaq: "Bunun əsas səbəbləri Azərbaycan iqtisadiyyatındakı xüsusiyyətlə bağlıdır. Ölkəyə kifayət qədər neft pulları gəlir. Dollara tələbatın artması əslində bir qədər Mərkəzi Bankın işini yüngülləşdirir. Bazar özü-özünü tənzimləyir".

Ümumilikdə isə proseslərin gedişi dolları manata nəzərən ucuzlaşmaya doğru aparır. Lakin dünyada neftin qiyməti uzun müddət ərzində bir bareli üçün 60-70 dollara həddinə düşməsə və ya hər hansı fors-major hadisə baş verməsə, dollar üçün kəskin məzənnə dəyişikliyi gözlənilmir .

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 979   Tarix: 11 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390