ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdıBu barədə sənəd Azərbaycan səfirliyinə təqdim edilib.ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları Assosiasiyası Şurası (Council of Turkic American Associations) və Konnektikutda Türk Mədəniyyət Mərkəzi (Turkish Cultural Center Connecticut) tərəfindən təşkil olunmuş Ştat Kapitoliyində (yerli qanunverici orqanın yerləşdiyi bina) 3-cü illik Türk Gününün (3rd Annual Turkic Day at the State Capitol) keçirilməsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard (Andrew Maynard) və Nümayəndələr Palatası spikeri müavini Kevin Rayan (Kevin Ryan) Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbova təqdim etdilər.

Bundan sonra çıxış edən M.Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan xalqı tarixinin bu ağrı dolu səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycan Respublikasının 20% ərazisinin 21 ildir ki, Ermənistan Respublikası hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd etdi. Bu kontekstdə, M.Talıbov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirdi.

Tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi xanım Denis Meril (Denise Merrill), Konnektikut ştatı Nümayəndələr Palatasının spikeri Brendan Şarki (Brendan Sharkey), Nümayəndələr Palatasında çoxluğun lideri Co Aresimoviç (Joe Aresimowicz), Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Burak Karartı, bir sıra digər yerli Senat və Nümayəndələr palatası üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 09 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 372
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 392
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 233
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 640
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 970
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 324
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 336
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 413
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 431