Dövlət qulluğu vəzifələrində işləmək istəyənlərə şad xəbər

Dövlət qulluğu vəzifələrində işləmək istəyənlərə şad xəbərPrezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən başlayaraq 5 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 125 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 124 mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1.dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı- 15 test tapşırığı;
2.qanunvericilik sahəsində - 40 test tapşırığı;
3.informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4.məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Mərkəzi icra hakimiyyəti orqanlarından - Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 107 vakant vəzifə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 10 vakant vəzifə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifə, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2 vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarında - Hacıqabul Rayon Məhkəməsi üzrə 1 vakant vəzifə müsabiqəyə çıxarılmşdır.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3934   Tarix: 07 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

"Başıma bu cür faciə gəldi, reytinq yığdılar" - Mətanət İsgəndərli

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amm

15.04.2024 440
.

"Şagird bir sualın cavabını səhv köçürübsə, bu, heç bir halda bağışlanmamalıdır" - Kamran Əsədov

İmtahan prosesinin ən vacib hissəsi düzgün cavabların cavab kartına köçürülməsidir. Abituriyentlər bəzi sualları səhv köçürmək nəticəsində bal itirirlər. Cavab kartları hər şagirdin adına bir dəfə çıxarılır. Bəs alternativ cavab kartlarına ehtiyac varmı?. Mövzu ilə bağlı -a danışan təhsil eksperti Kamra

15.04.2024 1803
.

İcra başçısının birinci müavini və müavini vəzifəsindən getdi (FOTO)

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və müavini işdən çıxıb. -ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və qurumun digər müavini Gülnaz İsrafilova xidmətdə olmağın son yaş həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərə

15.04.2024 405
.

Əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15.04.2024 268
.

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsu

15.04.2024 463
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15.04.2024 221
.

Xəzərin Azərbaycan hissəsində süni torpaq sahələri yaradılacaq

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında"

15.04.2024 218