Məktəbli ailə: iki uşaq anasının 15 yaşı var (Foto)

Aleyşa Qreqson ana olanda, böyük oğlu Lüisi dünyaya gətirəndə vur-tut 12 yaşı vardı.10 ay sonra o, yenidən hamilə qaldı və ikinci oğlunu doğdu.
İki oğul anasının indi 15 yaşı var.
O, Britaniyanın ən azyaşlı anasıdır.

Aleyşa Qreqson 12 yaşında hamilə qalanda hamiləliyini hamıdan gizlətməyə çalışırdı.
Qızın anası Çerill və Aleyşanın bətnindəki uşağın atası, yeniyetmə də bundan uzun müddət xəbərsiz qaldılar.

Çerril qızının hamilə olduğunu Aleyşa oğlunu doğmazdan 22 dəqiqə əvvəl öyrəndi.
Vanna otağındakı Aleyşa qışqırır, zarıyırdı.
"Ana, hamiləyəm, doğuram", - Aleyşa deyirdi.

Evin qonaq otağında doğulmuş Lüisin indi 3 yaşı var.
10 ay sonra, 2011-ci ilin mayında Aleyşa yenidən hamilə qaldı və ikinci oğlu Breydeni dünyaya gətirdi.

Aleyşanın həyatı çağdaş cəmiyyətin yaşamının əyri güzgüsü yox, dəqiq aynasıdır. Uşaqlıq və yeniyetməlik dövründən çıxmamış şəxslərin valideyn olmaları bütün hallarda anormallıqdır.
Aleyşanın övladlarının atası, 19 yaşlı gənc evlənmək niyyətində deyil.
Çünki onun başqa iki qızdan 2 övladı var.

"Uşaqlarımın atası mənimlə evlənmək istəmir. Deyirlər ki, artıq 4-cü qız ondan hamilədir. Əclafdır o... Lüis dünyaya gələndə 14 yaşı vardı. İndi evlənə bilər, amma evlənməyəcək mənimlə", - Aleyşa deyib.
Aleyşanın oğullarının atasının 4 anadan 6 övladı var və bu gəncin həmin xanımlardan hər hansı biri ilə ailə qurmaq niyyəti yoxdur.

İngiltərənin Şərqi Yorkşir qraflığındakı Braydlinqton şəhərindəki Headlands Scholl məktəbinin şagirdi olan Aleyşa təhsili başa vurmaq niyyətindədir.
"Abort edə bilərdim, amma etmədim. Bətnimdəki övladımı öldürmək fikri mənə yad idi. Günaha batmaq, balamın qatili olmaq istəmədim", - Aleyşa deyib.

Aleyşa və ailəsi əvvəllər Nottingemdə yaşayıblar, 2008-ci ildə Braydlinqtona köçüblər.
Onun anası, 41 yaşlı Çerrilin üç övladı var. Aleyşanın böyük bacısı Körtsinin 22, qardaşı Rayanın isə 21 yaşı var.
İki övlad anası olan Aleyşanın valideynləri 2001-ci ildə boşanıblar.

Aleyşa və anası Çerril indi ayda 656 funt-sterlinq məbləğində müavinət hesabına yaşayırlar.

15 yaşlı ananın dediyinə görə, məktəbi başa vuran kimi işləməyə başlayacaq.

Aleyşa deyir ki, indi onun həyatında yeni kişi var.
"19 yaşlıdır və mənimlə evlənmək niyyətindədir. Bundan sonra da övlad doğacağımı istsina etmirəm. Lakin bütün qızlara məsləhətim odur ki, 20 yaşları tamam olmamış ana olmasınlar", - Aleyşa Qreqson deyib.

mənbə: mailonline.com

Məktəbli ailə: iki uşaq anasının 15 yaşı var (Foto)Məktəbli ailə: iki uşaq anasının 15 yaşı var (Foto)Məktəbli ailə: iki uşaq anasının 15 yaşı var (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7014   Tarix: 04 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505