Pullu yollar dövrü başlanır

Pullu yollar dövrü başlanırDünyanın qabaqcıl ölkələrində geniş yayılan pullu yollar təcrübəsi Azərbaycanda da mənzil başına daha tez və rahat çatılmasını təmin etmək iqtidarındadır
Son günlərin ən aktual müzakirə mövzularından biri də Azərbaycanda pullu yolların inşası ilə bağlıdır. Əslində, bu məsələ ötən ilin sonundan etibarən gündəmə gəlib. Elə həmin vaxt məlum olmuşdu ki, Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) ölkədə ödənişli yolların tətbiqi imkanlarını araşdırır.
AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan üçün avtomobil yolları sistemində həyata keçirilən layihələrin ikinci multitranş maliyyələşdirmə sazişini (Multitranche Financing Facility - MFF) təsdiqləyib. AİB rəsmisi onu da bildirib ki, MFF-II çərçivəsində müəyyən tədqiqatlar aparılacaq: «Artıq tədqiqatı aparacaq məsləhətçi şirkət seçilib və onlar yaxın gələcəkdə tədqiqatlara start verəcək. Tədqiqatlar yol-nəqliyyat kompleksinin müxtəlif sahələrini, o cümlədən ödənişli yolların salınmasını əhatə edir ki, tədqiqatlar 2013-cü ilin sonunda başa çatdırılacaq və ölkə hökumətinə təqdim olunacaq». O.Noroyono əlavə edib ki, ilk öncə ödənişli yolların salınması ideyasının kommersiya və maliyyə baxımından nə qədər əlverişli olacağı müəyyənləşdirilməlidir, həmçinin müvafiq qanunvericiliyin hazırlanması zəruridir. Qanunvericiliyin hazırlanması istiqamətində isə artıq müəyyən işlər aparılır.
Belə ki, Milli Məclisin İqtisadi siyasət Komitəsinin mayın 2-də baş tutmuş iclasında müzakirə edilən əlavə və dəyişikliklər layihəsinə əsasən, ölkədə avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Bütün bunlar isə yaxın tezlikdə pullu yollar təcrübəsinin Azərbaycanda da tətbiq olunacağını deməyə əsas verir. İstisna olunmur ki, artıq gələn ildən bununla bağlı müəyyən addımlar atılsın və bəzi yollar pullu edilsin. Qeyd edək ki, pullu yollar dünya təcrübəsində geniş istifadə olunur. Belə yollardan istifadənin əsas üstünlüyü, bu yolların daha rahat və təhlükəsiz olmasındadır. Bundan başqa nəqliyyat vasitələrinə göstərilən xidmətlər bu cür yollarda daha yüksək səviyyədə təşkil olunur. Həmçinin bu cür yollarda sürücülər mənzil başına daha tez çatırlar. Çünki bu cür yollarda sürət üçün təyin edilən maksimal hədd digər yollardan yüksək olur. Bu cür yolların özəl sektor tərəfindən çəkilməsi isə dövlətin investisiya yükünü bir qədər azaltmış olur. Eyni zamanda pullu yollardan dövlət kifayət qədər gəlir əldə etmək imkanı qazanır. Hətta pullu yollar özəl şirkətlər tərəfindən idarə olunsa belə, əldə olunan gəlirlərdən büdcəyə yüksək məbləğdə vergilər ödənilir. Məsələn, Türkiyədə 2012-ci ildə pullu yollardan 542,3 milyon dollar gəlir əldə edilib ki, bunun 386,3 milyon dolları avtomobil yollarının, 155,9 milyon dolları isə körpülərin payına düşüb. Qardaş ölkədə əldə olunan gəlirlərin 10%-i ərazisindən pullu yollar keçən bələdiyyələrə verilir.
Avropanın pullu magistral yolları "A" hərfi ilə işarələnir. Pulsuz alternativ magistralları isə "N" hərfindən tanımaq olar. İspaniyada pullu avtomagistralların uzunluğu 10 min kilometrdən artıqdır. Mütəxəssislərin fikrincə, bunlar Avropada ən keyfiyyətli yollardır. Bir qayda olaraq, yol haqqı tunellərdən, körpülərdən və estakadalardan keçidə görə alınır.
Tariflər nəqliyyat vasitəsinin növündən və məsafədən asılı olaraq dəyişir. Avtomobil pullu yola daxil olarkən sürücü avtomat vasitəsilə talon alır. Orada avtomobilin pullu yola məhz harada daxil olduğu göstərilir. Avtomobil pullu yoldan çıxarkən qət edilmiş məsafə hesablanaraq yol haqqı ödənilir. Çində isə pullu yollar təcrübəsindən geniş istifadə olunur. Avropa ölkələrindən Xorvatiya, İsveçrə, Serbiya, İtaliya və Portuqaliyada ödənişi avtomobil yolları daha çox yayılıb. Məsələn, İsveçrədə ümumi avtomobil yollarının 2,7%-i pullu yolların payına düşür. Ödənişli yollardan keçmiş sovet ölkələrində də istifadə olunur. Bu gün Rusiyada, Ukraynda, Latviyada, Estoniyada, Belarusiyada, Finlandiyada bu cür yollar geniş yayılıb. Avropada pullu yollardan istifadə edənlərin sayı isə getdikcə artmaqdadır. Fransa və Almaniyada sürücülərin yarıdan çoxu ödənişli yollardan istifadə edir. Heasab olunur ki, bu qabaqcıl təcrübənin Azərbaycanda da tətbiqi vacibdir. Hesab edilir ki, yollarda keçidin qiymətini müvafiq tarif arasında müəyyənləşdirmək olar və bu halda ödənişli yollardan istifadə edənlərin də sayı artar.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2859   Tarix: 04 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 409
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 312
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 542
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 467
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 255
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

16:49 225
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 167
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 646
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237