Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)

Artıq 3 gündür ki, "Mançester Yuneyted"in "təbəssümlü qatil" ləqəbi ilə tanınan əfsanəvi futbolçusu Duayt York Bakıda səfərdədir. O, klubunun üç titulu birdən qazandığı unudulmaz mövsümün ən aktiv oyunçularından idi.

Xatırladaq ki, York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli cütlüklərindən biri edirdi. Rud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, Arsenala 22 dəqiqə ərzində etdiyi "het-trik"-dən sonra bütün "Yunayted" azarkeşləri üçün canlı əfsanəyə çevrilmişdi.

Azərbaycanda səfərdə olan futbolçu Publika.Az-a müsahibə verib:

- Artıq bir neçə gündür ki, Azərbaycandasınız. Ölkəmizin hansı yerlərini gəzibsiniz?
- Artıq 3gündür ki, Bakıdayam. Şəhərdən kənara çıxmağa vaxtım olmadı, amma insanların münasibəti çox gözəldir. Paytaxtınızda hər kəs məni xoş qarşılayıb. Dediyim kimi qonaqpərvər bir xalqdır. Onların bu cür qonaqpərvərliyi, bizə olan sevgisi məni sevindirir. Həmçinin Bakı şəhəri çox gözəl və inkişaf etmiş bir şəhərdir. Mən çox şad oldum ki, bu ölkəyə səfər etmişəm və yeni insanlarla dostlaşdım.

- Yəqin ki, Azərbaycan mətbəxi ilə tanış olmusunuz. Ən çox bəyəndiyiniz nə oldu?
- Təbii ki, Azərbaycan yeməkləri və içkiləri çox dadlıdır. Amma xüsusi olaraq qeyd etmək lazımdırsa, bu, feyxoa şirəsidir. Bu içkini çox bəyəndim. Mən həyatımda belə bir şirə dadmamışdım. Hətta qayıdarkən özümlə bir az aparmağı düşünürəm.

- Azərbaycan futbolunu heç izləmisiniz? Burada olduğunuz vaxtlarda futbolumuza şahid oldunuzmu?
- Səmimi olmaq lazımdırsa, deyərdim ki, buraya gələnə qədər Azərbaycan futbolu ilə əlaqədar anlayışım yox idi. Amma Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla söhbətimiz oldu. Ondan Azərbaycan futbolu ilə bağlı bir dəyərləndirmə soruşdum. Foqts mənə bildirdi ki, bu gün Azərbaycanda futbolun inkişafı ilk mərhələdədir. Onunla yanaşı bir çox Alman mütəxəssisləri və digər təcrübəli idman adamları ölkədə futbolun inkişafı üçün çalışırlar. Həmçinin o, mənə bildirdi ki, istəniləni əldə etmək üçün bu sahə üzrə çox işlər görülməlidir.

- Hazırda davam edən liqalar haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Almaniya futbolunun dəyərləndirilməsini götürsək, deyə bilərəm ki, artıq 10 ildir "Bavariya" dominantdır, necə ki İngiltərədə "Mançester Yunayted"...Əsasən, bütün titulları və çempionluqları o əldə edir. Lakin belə oyunlarda, yəni final oyunlarında rəqibdən hər cür sürpriz gözləmək olar. Hazırda mənim favoritim "Bavariya"dır. Lakin məndə elə bir hiss var ki, favorit saymadığımız komanda – "Borrusiya Dortmund" bir surprizlə hər kəsi təəccübləndirə bilər.

- Türkiyənin "Fənərbaxça" klubu dünən bütün şanslarını itirdi. "Fənərbaxça"nın Avroliqada keçirdikləri oyunları necə dəyərləndirisiniz?
- Son 3-4 mövsümü dəyərləndirsək, Türk futbol klubları Avropada yaxşı nəticə göstərə bilmirdi. Bu mövsümdən başlayaraq həm "Galatasaray", həm də "Fənərbaxça" heyətlərini gücləndirə bilmək üçün investisiya yatırdı, xarici dünya ulduzlarını klublarına qatdılar. Onları liqalarında çıxış etməsi üçün yaxşı yatırımlar elədilər. Hazırda bu cür işlər davam edərsə, onlar da "top" klublar səviyyəsinə qalxa bilərlər.

- "Barselona" klubu "Bavariya"ya, "Real" isə "Borrusiya Dortmund"a qalib gələ bilmədi. İspaniya futbolu alman futboluna məğlub oldu. Sizcə bunu möcüzə adlandırmaq olarmı? Çünki hər iki ispan klubundan qələbə gözlənilirdi.
- Sürpriz ispanların məğlubiyyəti, almanların keçməsi olmadı. Təəccüblənəcək vəziyyət azarkeşlər üçün oldu. Çünki futbolun içində olanlar üçün bu sürpriz deyildi. İspanlar son 4-5 mövsüm ərzində dominant idilər. Lakin almanların çox güclü komandaları var. Mən elə çempionlar liqasının qrup mərhələsinin başlandığı vaxtdan almanları favorit kimi göstərmişəm. Onların da finala gəlib çıxması da mənim üçün heç bir sürpriz olmadı.

- Bu gün Duayt York kimi futbolçu olmaq üçün gənclərə nə tövsiyə edərdiniz?
- Gənclərə əsas məsləhətim daim öz üzərində işləmələridir. Yəni davamlı məşqlərdə olmalı, həm fiziki, həm də taktiki cəhətdən hazırlaşmalıdır. Həmçinin şüurlu addım atıb ağlını işlətməlidir. Qələbə qazanmaq üçün çalışmalıdır. Təbii ki, şans da öz rolunu göstərir. Şanslı olmaq lazımdır.

- Son dövrlərdə futbolda irqçilik problemi yaşanır. Belə davranışlar bizi üzür. Hətta Samuel Etoo da bu irqçilik düşüncələrinin qurbanlarındandır. Oyunların birində azarkeşlərin irqçi münasibəti onun meydanı tərk etməsinə səbəb olmuşdu. Lakin komanda yoldaşının və hakimin təkidi ilə matça qayıtmışdı. Siz bu barədə nə düşünürsünüz?
- Təbii ki, mən də bu cür davranışlara qarşıyam. Samuel Etoonun bu cür fikirlərə tuş gəlməsindən xəbərdaram. Hər kəs belə deyil, amma belə insanlar da var. Mən də irqçi insanları qınayıram. Futbol dostluq, qardaşlıq oyunu olmalıdır. Burada irqçilik etmək doğru deyil.

mənbə: publika.az

Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)Əfsanəvi futbolçu Azərbaycanda hansı içkini bəyəndi? (Müsahibə)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2748   Tarix: 04 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471