Azərbaycanda 18 yaşlı oğlan xəstəxanada müəmmalı şəkildə öldü (Video)

Azərbaycanda 18 yaşlı oğlan xəstəxanada müəmmalı şəkildə öldü (Video)Xəstənanın rəhbərliyi də kəskin apendisit diaqnozu qoyulan xəstənin qəfil ölümünə təəccüblənib.Daha bir həkim məsuliyyətsizliyi iddiası ortaya çıxıb. Daha doğrusu, valideynləri belə hesab edirlər ki, həddi buluğa çatmış oğullarının ölümündə həkimlər günahkardırlar. Kor bağırsağında yaranmış problemə görə əməliyyat edilməli olan 18 yaşlı Dursun Mirzəyev qəfl ölüb.

Şikayətçi Ramazan Mirzəyev: "Sizin sabah ailənizi qoruyacaq, bir aydan sonra 18 yaşında əsgərliyə gedəsi uşaqdır. Mən zülmlə boya-başa çatdırmışam. Gedib cəbhədə nəsə olsaydı mən yanmazdım ki, uşaq Vətən yolunda öldü".

Onun sözlərinə görə, 40 gün əvvəl oğlu özünü pis hiss etdiyindən onu təcili Şəki mərkəzi rayon xəstəxanasına aparıblar. Xəstəxananın cərrahiyyə şöbəsində həkim Vəlyəddin Mustafayev Dursun Mirzəyevi müayinə edərək, onda kor bağırsaq probleminin olduğunu deyib və resept yazıb atasına bildirib ki, təcili bu dərmanları ona çatdırsın. Ata dərmanların bir qismini alıb. Az sonra oğlu Dursuna sistemlər qoşulub və narahat olub, sistemin dayandırılmasını istəyib. Lakin ona bir-birinin ardınca 3 sistem qoşulub. Yeniyetmə vəziyyətinin daha da pisləşdiyini bildirəndə hər dəfə ona ağrıkəsicilər vurulub. Az keçməmiş oğlanın vəziyyəti daha da pisləşib və o keçinib. Atanın dediyinə görə, iki aydan sonra 18 yaşı tamam olacaq bir yeniyetmənin ölümünün səbəbini aydınlaşdırmalı olan ekspert öz vəzifəsini icra etmək üçün qohumlardan pul istəyib. Oğul itgisi ilə üz-üzə qalan ata bu zaman ikinci dəfə zərbə alıb. Oğlunun meyidi nə az- nə çox düz 5 saat meyitxanada qalıb.

Valideynlərin əsas narahatçılığı isə odur ki, 18 yaşlı bir yeniyetmənin müəmmalı ölümündən artıq 40 gün ötməsinə baxmayaraq, hələ də meyidin daxili müayinəsinin cavabı valideyinlərə təqdim olunmayıb.

İki aydan sonra Azərbaycan ordusunun əsgəri olacaq bir gəncin müəmmalı ölümünün açılmasını tələb edən ata, günahkarların cəzalanmasını istəyir. Ramazan Mirzəyev bununla bağlı respublikanın Səhiyyə Nazirliyi ilə bərabər hüqüq mühafizə orqanlarına da müraciətlər ünvanlayıb.

Mərkəzi rayon xəstəxanası baş həkiminin müavini Nağdalı Balaşov isə bildirdi ki, Dursun Mirzəyev xəstəxanaya daxil olan zaman cərrahiyyə şöbəsinin həkimi Vəlyəddin Mustafayev ona kəskin apendisit diaqnozu qoyub. Xəstəyə ilkin yardımlar edildikdən sonra o, cərrahi müdaxiləyə hazırlanan zaman qəfildən keçinib. Baş həkimin müavini yeniyetmə bir gəncin qəfildən dünyasını dəyişməsinin onlar üçün də təəccüblü olduğunu, məhz buna görə də ölümdən dərhal sonra daxili müayinə üçün ekspertizaya gondərildiyini dedi: "Ölümün səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Yəni hüquq mühafizə orqanlarının nəzarətinə keçib, onlar bu işlə məşğuldur. Orda müzakirə olunacaq".

Baş həkimin müavini onu da bildirdi ki, hələlik daxili müayinənin cavabı məhkəmə tibbi ekspertizasından göndərilmədiyindən, onlar Dursun Mirzəyevin ölümünün hansı səbəbdən baş verməsi barədə dəqiq bir şey deyə bilmirlər. Nağdalı Balaşov xəstəyə həkimlər tərəfindən lazımi yardımlar göstərildiyini də bildirdi.

Şəki rayon Prokurorluğundan ANS-ə bildirdilər ki, faktla bağlı cinayət işi başlanılıb, hazırda istintaq aparılır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4958   Tarix: 03 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826