Nura Suri: Ailəli olsam da, uşaq olmuşam (Video)

Nura Suri: Ailəli olsam da, uşaq olmuşam (Video)Məşhurlar oğurluğa məruz qalmalarından danışıblar.Müğənnilər Nura Suri, Namiq Qaraçuxurlu, Ruhəngiz Musəvi, Elçin və aktrisa Nigar Bahadurqızı oğurluğa məruz qalmalarından danışıblar. Onlar ANS TV-nin "Şoumən" verilişində başına gələn oğurluqlardan söz açıblar.

Nura Suri nə az, nə çox, düz 10 il ərzində oğurluğa məruz qaldığını açıqlayıb: "Başıma gəlib. Amma bunun müğənniliklə heç bir aidiyyatı olmayıb. Mən o zaman ailəli idim və evimdə işləyən xidmətçi bunu etmişdi. Bu uzun illər davam etsə də mən anlamamışam. Ailəli olsam da, uşaq olmuşam, nə baş verdiyini anlamırdım. Baxmayaraq ki, ana, həyat yoldaşı idim, özüm əziyyət çəkmirdim, özüm qazanmırdım deyə evə gələn pulun qədərini bilmirdim. Maşallah olsun, o qədər qızıllarım, brilliantlarım var idi ki... Hamısı bir-bir gedirdi, heç xəbərim də olmurdu. Xəbər tutanda artıq gec idi. 10 ildən sonra, iri bir əşya oğurlandıqdan sonra anladıq. Sən demə elə bu 10 il ərzində xırda-xırda oğurluqlar olurmuş".

Aktrisa Nigar Bahadurqızı isə tez-tez nə isə itirdiyini deyib.

Meyxanaçı Namiq Qaraçuxurlu da oğurluğun qurbanı olduğunu etiraf edib: "5-6 il bundan əvvəl maşınımın şüşəsini sındırıb iki telefonumu oğurlayıblar. Bu hadisədən heç kim sıqortalanmayıb. İnsanlar müğənniləri milyoner bilirlər. Kimsə çıxıb desə ki, pulum yoxdur, inanmayacaqlar. Deyəcəklər ki, yalandan ağlayır".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2502   Tarix: 03 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390