Pirsinqlər xərçəng xəstəliyi yaradır

Pirsinqlər xərçəng xəstəliyi yaradırPirsinq bədənin müxtəlif nahiyələrinə salınan kiçik, bəzəkli dəmir parçalarıdır.

Bu gün insanların dəblə ayaqlaşması, daha gözəl görünməsi üçün istifadə etdikləri pirsinqlər bəzən cəmiyyət tərəfindən qəbul olunmur və birmənalı şəkildə rədd edilir. Buna baxmayaraq, gənclər bu bəzəkdən istifadə etməkdən imtina etmir. Əksinə, gün keçdikcə pirsinqə meyl edənlərin sayı da artmaqdadır.

Yəqin ki, qulağında, yanağında, dilində, qarnında dəmir parçalarını gəzdirən insanları siz də görmüsünüz. Dəhşətlisi budur ki, bütün bu parçalar insanın dərisini və ətini deşərək sırğa kimi bədənə keçirilir. Əzabına baxmayaraq pirsinq əksər gənclərin vazkeçilməz, ən dəyərli aksessuarıdır. Lakin "gözəllik"lə yanaşı pirsinq əslində böyük təhlükə mənbəyidir.

İnsanlarda pirsinq hər zaman mövcud olub. Qədim toplum və qəbilələrdə pirsinq müəyyən bir məqsəd üçün istifadə olunub. Əksər insanlar dini inanclarına görə, bir qismi isə hansı qəbilədən olduğunu bildirmək üçün müxtəlif pirsinqlərdən istifadə edib. Pirsinq vurmaq bir neçə min il öncə qədim Misirdə yaranıb. Belə ki, firona məxsus olan qadınlar pirsinq vuraraq, digər qadınlardan fərqlənirdi. Kişilərin qulaq deşdirib sırğa taxmağı isə bir qədər müasir dövrlərə təsadüf edir. İllər ötdükcə pirsinq öz mahiyyətini dəyişsə də, insanlar ondan bəzək üsulu kimi istifadə etməkdən çəkinməyib. Günümüzdə də pirsinqə olan meyllilik göz qabağındadır. Təhlükəli xəstəliklərin yayılması isə real təhlükədir.

Qulaq deşilməsi qədər təbii qəbul edilən pirsinq zamanı səhvə yol verdikdə çox ağır fəsadlar yarada bilir.

Epidemioloq Yasər Qarazadənin sözlərinə görə, pirsinq virusun yayılması üçün çox rahat bir yoldur. Nədənsə tatuajdan çəkinən insanlar pirsinqdən o qədər də çəkinmir. Səbəbi isə insanların bu sahədə bilgisiz olmasıdır: "Pirsinq prosedurasını bu sahəni bilən həkimə, mütəxəssisə etibar etmək daha yaxşı olar. Ən yaxşısı isə bədənin heç bir yerinə xəsarət yetirməməkdir. Pirsinq zamanı gigiyenik qaydalara əməl etmək vacibdir. Çünki bu gün müxtəlif xəstəliklər, o cümlədən Hepatit virusu tüğyan edir. Hepatit virusu əsasən qanla yoluxan bir xəstəlikdir. Buna görə pirsinqlərin virus keçirmə təhlükəsi inanılmaz qədər çoxdur".

Alimlər son illərdə gənclər arasında dəb halına gələn pirsinqlərin dilə yerləşdirilməsi halında, ön dişlərin arasında məsafələr (diastemalar) yarandığını müəyyənləşdiriblər. Sözügedən sırğaların dişlərə sürtməsindən müxtəlif çətinliklərin və ayrıca olaraq infeksiyanın yarandığını söyləyən alimlərə görə, pirsinq istənilən halda dilə edilirsə nəticəsi ölümə qədər gedib çıxa bilər. "Clinical Orthodontics" tibb jurnalında nəşr olunan araşdırmada, mütəxəssislər bu bəzəklərdən imtina edilməsini təklif edirlər. Araşdırmaçılar, dilində pirsinq olan insanlarda, dilin sırğanı dişlərə doğru itələdiyini və bu səbəblə dişlər arasında məsafə yarandığını açıqlayıblar. Bunların yalnız dişlərə zərər vermədiyini söyləyən elm adamları, həddindən artıq qan itkisi, infeksiya, diş ətlərində zədə ilə, ən ağır hallarda isə beyində xərçəng kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxardığına diqqət çəkiblər.

Y.Qarazadə bildirir ki, pirsinqin insan orqanizminə ziyanı olmadığını deyənlər tamamilə yanılırlar. Bədənin istənilən nahiyəsində damarlar, sinir ucları mövcuddur və onlardan birinin zədələnməsi insan üçün böyük problem yaradar: "Cəmiyyətin psixologiyasına görə, çox şey qadağandır. Qadağalar isə çox yaxşı şeydir, əgər onlara riayət edən olsa. Pirsinqdən əvvəl alətlər sterilizasiya olunmalıdır. Normalda pirsinqdən sonra qızartılar, şişkinliklər olursa, yaraya infeksiya düşdükdə vəziyyət daha da ağırlaşır. Qaş, qulaq kimi həssas nahiyələrdə sinirlər bölünə bilər və bunun nəticəsində həmin nahiyədə hərəkətsizlik, keyləşmə yarana bilər. Üz nahiyəsində, xüsusən dilə edilən pirsinqlər daha təhlükəlidir və iltihablanmağa daha meyllidir".

Klinika şəraitində lazer pirsinqinin üstünlükləri adi salon pirsinqlərindən qat-qat üstündür. Lazerlə edilən pirsinqlər qeyri-travmatikdir. Adi yolla edilən pirsinqlərin sağalma müddəti 3-4 ay çəkirsə, lazerlə edilən pirsinqlər 2 həftəyə qədər sağalır. Lazerli pirsinqlər damarların və sinir uclarının topoqrafiyasının həkim tərəfindən bilməsi qanaxma, ağrılar və ya hissiyatın itirilməsi kimi pirsinqin belə xoşagəlməz nəticələrin qarşısını almağa imkan verir.

Müsahibimizin sözlərinə görə, çənədən yuxarı olan nahiyələrə, xüsusən ağız içi və göz ətrafı yerlərə çox müdaxilə etməmək, xüsusən, pirsinq etdirmək üçün deşmək yolverilməzdir: "Dilə edilən pirsinqlərin iltihablanma ehtimalı daha çoxdur. Mühit yaşdır, daim qida qalıqları olur və təmizlədikdə quru nahiyələr qədər effektli olmur. Göz ətrafı, qaş üstünə edilən pirsinqlər sinirləri zədələdiyi halda görmə problemlərinə qədər gətirib çıxara bilər. Deşildikdən sonra bəzək adı ilə salınan metalların özü dəriyə olduqca ziyandır və illər sonra fəsadları müxtəlif dəri xəstəlikləri kimi ortaya çıxır. Əslində bədənin hər hissəsinin özünə görə təhlükəsi var. Amma istənilən halda pirsinq sağalmaz virusların yayılmasına risk, əzələlərin zəifləməsinə bir səbəbdir".

Pirsinqlərin düzgün seçilməsi də vacibdir. Müxtəlif metallara allergiyası olan insanlar pirsinq seçərkən diqqətli olmalı, gözəlliyi və qiymətinin ucuzluğuna aldanmamalıdır. Əks halda keyfiyyətsiz dəmir parçaları insanları sağlamlığından edə bilər.

mənbə: ekspress.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4459   Tarix: 02 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038