Yumoristik "SHUMBULİ" layihəsi başladı (Video)

Yumoristik "SHUMBULİ" layihəsi başladı (Video)İnternet məkana tamamilə yeni layihə gəlir.

Bu barədə Gün.Az-a layihənin rəhbəri Emil Nəsirov məlumat verib.

Onun sözlərinə görə, məqsəd insanlara pozitiv və təbəssüm bəxş etməkdir.

"SHUMBULİ - yumoristik layihədir. Biz bu layihənin yaradıcıları kimi, daha çox aktual olan mövzular üzərində işləyirik. Bu mövzular adətən gündəlik həyatımızda qarşılaşdığımız hadisələrdən ibarətdir" – deyə, E.Nəsirov deyib.

Layihə rəhbəri onu da bildirib ki, "SHUMBULİ-də hamı özünə xas olan nəyisə tapır və özünü tanıyır.

"Təqdim etdiyimiz "Azərbaycansayağı FAQ - avtobus" videosu "MTV Russia" kanalında yayımlanan "FAQ" proqramının Azərbaycan versiyasıdır. Video az qala hər gün istifadə etdiyimiz nəqliyyat vasitəsi, daha doğrusu, avtobus barəsindədir" - o, qeyd edib.

Layihənin rəhbəri (rejissoru və ssenaristi) Emil Nəsirovdur. Əsas rollarda Emil Nəsirov, Ağa Əbilov və Eldar Nəbiyev çəkiliblər.

"Biz gələcəkdə də insanlara təbəssüm və xoş ovqat bəxş etmək üçün daha maraqlı proqramlar təqdim edəcəyik" - E.Nəsirov bildirib.

Layihənin bütün videolarının bu linkdən izləyə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1651   Tarix: 01 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390