Dünyanın ən güclü superkompüteri işə salındı

Dünyanın ən güclü superkompüteri işə salındı

ABŞ-ın İndiana Universiteti Cray şirkəti tərəfindən yaradılmış Big Red II adlanan superkompüterin istifadəyə verilməsini elan edib.Sözügedən hesablama sisteminin pik məhsuldarlığı 1 petaflops (saniyədə üzən vergüllə kvadrillion əməliyyat) təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Top-500 superkompüterlər reytinqində birinci yerdə qərarlaşmış Titan kompleksinin sürəti 17,6 petaflopsdur. Big Red II superkompüterində hibrid konfiqurasiyadan istifadə edilib: AMD-nin çoxnüvəli prosessorları və nVidia Tesla K20 sürətləndiricisi tətbiq edilib.

Hesablama nüvələrinin ümumi sayı 21824-dür, əməli yaddaşın ümumi həcmi isə 43648 QB təşkil edir. Verilənlərin saxlanılması sisteminin həcmi 180 TB-dır. Big Red II superkompüterinin dünyada 1 petaflops məhsuldarlığa malik ilk universitet superkompüteri olduğu iddia edilir.

Onu tibb, fizika, iqlim dəyişiklikləri və s. ilə bağlı tədqiqatlarda istifadə etmək planlaşdırılır.


mənbə: itcnews.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1636 Tarix: 01.05.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
R788
R788 02.07.2013
maraqli xebr ucun tesekkur
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər