Telekanallardan Nazpərinin efir qadağasına münasibət

Telekanallardan Nazpərinin efir qadağasına münasibətXəbər verdiyimiz kimi, bir sıra telekanallar Nazpəri Dostəliyevaya efir qadağası qoyublar.

"Space" kanalının icraçı direktoru Kamil Şahvderdiyev yayılan məlumatların çəfəngiyat olduğunu bildirib. "Bunlar hamısı boş sözdür və heç bir qadağa yoxdur".

"Lider" televiziyasından da eyni cavab verilib. Kanaldan bildiriblər ki, hələlik Nazpəri Dostəliyeva haqqında qadağanın olduğu bilinmir. "Bu haqda heç bir məlumat yoxdur. Nazpəri xanımın özü də bu yaxın vaxtlarda bizə gəlmir. Əgər o dəvət olunmursa, demək qadağa var".

AzTV QSC-dən isə məsələ ilə bağlı heç bir şərh vermədilər.

Nazpəri Dostəliyevaya efir qadağasının tətbiq olunması isə onun xalq artisti İlhamə Quliyeva ilə konfliktə girməsi və bu günlərdə Müsavat Partiyasının sədri İsa Qəmbərin oğlunun toyunda iştirak etməsi göstərilir.
Yeri gəlmişkən, bu gün İlhamə Quliyeva Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldılmasını və işgüzar nüfuzuna xələl gətirməsini əsas gətirərək qaldırdığı iddia üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən müraciət edib.
İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında müştərisinin imzaladığı ərizənin məhkəməyə bu gün təqdim olunduğunu açıqlayıb : "Bir neçə gün öncə mətbuatda ərizə ilə bağlı yanlış məlumat gedib. Mən onlara ərizənin İlhamə xanım tərəfindən imzalandığını söylədiyim halda onlar ərizənin məhkəməyə təqdim olunduğu haqda məlumat yayıblar. Ərizə məhkəməyə bu gün təqdim olunub".

Qeyd edək ki, İ. Quliyevanın Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göndərdiyi şikayət ərizəsi Yasamal Rayon Məhkəməsində tutarlı yazılmaması əsas gətirilərək qəbul edilməmişdi.

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3774   Tarix: 30 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24.04.2024 216
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 126