11 sentyabr terror aktının yerində qalıq tapıldı

11 sentyabr terror aktının yerində qalıq tapıldıQalıq ÜTM qüllələrinə çırpılmış təyyarələrdən birinin şassisinin parçasıdır.Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 2001-ci il 11 sentyabrında terrorçular tərəfindən Ümumdünya Ticarət Mərkəzinə çırpılmış təyyarələrdən birinə aid qalıq tapılıb. Qalıq Manhetten rayonunda, terror aktının baş verdiyi yerdən bir neçə məhəllə aralıda tikintidə işləyən fəhlələr tərəfindən tapılıb. Polis qalığın tapıldığı yeri mühasirəyə alıb və digər qalıqların olub-olmadığını araşdırır.

Dəmir parçası tapıldıqdan sonra 2 gün ərzində mütəxəssislər onun nə olduğunu müəyyən ediblər. Polis komissarı Rey Kelli jurnalistlərə açıqlamasında bu qalığın təyyarə şassisinə aid olduğunu deyib. "1 metr 52 santimetr uzunluğunda olan dəmir parçası "əkiz-qüllələr"ə istiqamətlənmiş təyyarələrdən birinə məxsus şassinin hissəsidir. Yaxından baxanda görürük ki, onun üzərində "Boeing" şirkətinin nişanı və seriya nömrəsi var. Mütəxəssislərimiz tapıntı yerində insan qalıqlarının da olub-olmadığını araşdıracaq. Bundan sonra təyyarə parçasının həmin yerdən necə götürüləcəyinə qərar veriləcək." - Rey Kelli belə deyib.

Qeyd edək ki, şassi parçası tapılarkən iki yaşayış binasının arasındakı 45 santimetr eni olan bir yerdə olub və onun binalardan birinin damından yerə düşdüyü, məhz bu səbəbdən də uzun müddətdir tapılmadığı ehtimal edilir.

Xatırladaq ki, 2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terrorçuları tərəfindən qaçırılmış sərnişin təyyarələrinin Nyu-Yorkda "Ümumdünya Ticarət Mərkəzi"nin əkiz qüllələrinə və Pentaqona çırpılması, daha birinin isə Pensilvaniya ştatında yerə düşməsi nəticəsində 2976 nəfər həyatını itirmişdi. ABŞ tarixinin ən dəhşətli terror aktını təşkil etməkdə şübhəli bilinən 5 nəfər hələ də Quantanamo həbsxanasında hökm gözləyir. Təşkilatçı Xalid Şeyx Məhəmməd və ona təyyarələrin qaçırılmasında kömək edən digər 4 nəfərə ölüm hökmünün veriləcəyi gözlənilir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2047   Tarix: 27 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22.04.2024 414
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 272
.

Daşqına məruz olan İranda timsah xəbərdarlığı - VİDEO

BƏƏ və Omandan sonra İranda da fırtına olub. BİG.AZ xəbər verir ki, sel zamanı timsahların hücumlarına qarşı əhalini xəbərdar edilib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, sel Sistan-Bəluçistan əyalətinə və Hörmüzgan əyalətinə təsir edib. Rəsmi xəbər agentliyi İrNA-y

22.04.2024 246
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 224
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 682
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 446
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 743
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22.04.2024 281
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 292