Mənə bunu desə, əşyalarımı yığıb gedərəm

Mənə bunu desə, əşyalarımı yığıb gedərəmBerti Foqts: "Futbolçular mətbuatda belə şeyləri oxuyanda, milliyə gəlmək istəmirlər".Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts apasport.az saytına müsahibə verib.

- Aprelin 30-da Madrid "Atletiko"su ilə Bakıda yoldaşlıq görüşündə Azərbaycanın bütün ulduz futbolçulardan ibarət komandası oynayacaq. Ona sizin baş məşqçisi olacağınızla da bağlı müzakirələr oldu. Sizə belə təklif gəlib?
- Yox. Mən bildiyimə görə, həmin matçda "Atletiko"ya qarşı "Bakı" oynayacaq.

- "Bakı" əvvəl belə planlaşdırsa da, sonradan ən yaxşı yerli futbolçulardan ibarət yığma komandanın meydana çıxmağını daha məqsədəuyğun saydı...
- Bu, klublar arasında oyundur, yığmalar səviyyəsində matç deyil. Klubun yığma ilə yoldaşlıq görüşünü düzgün saymıram. Niyə Azərbaycan milli komandası "Atletiko"ya qarşı oynamalıdır?

- Hər halda, millimizdə işlədiyiniz müddətdə klubla oynamaq praktikanız olub. Çexiya "Slaviya"sı, Ukrayna ilə "Metallist" ilə matçları misal göstərmək olar...
- Fikrimcə, "Atletiko"ya qarşı "Bakı" oynamalıdır və sonda bu komandanın meydana çıxacağını düşünürəm. Hər halda, ispanlar bu klubun dəvəti ilə Bakıya gəlir.

- Millimiz növbəti rəsmi oyununu iyunun 7-də Lüksemburq yığması ilə Bakıda keçirəcək. Qalib gəlməli olduğumuz həmin matçda 2 hücumçunun – Rauf Əliyevlə Vüqar Nadirovun cəzalı olmağı ön xətdə probleminin olmağı sizi qayğılandırmır?
- Xeyr. Hazırda milli komandamızda hücumçu sarıdan problem yoxdur. Sadəcə, Rauf Portuqaliya ilə oyunda 4 dəqiqəyə 2 sarı vərəqə almaqla, millimizi pis vəziyyətdə qoydu. Nəticədə 10 nəfərlə qalaraq, həmin vaxt hesab açılmadığı matçda 0:2 hesabı ilə uduzduq. Ancaq Raufun bu hərəkətinə görə mətbuatda tənqidlə rastlaşmadım. Halbuki bunu xaricdən gələn oyunçular – Rüfət Dadaşov, Cihan Özkara etsəydi, tənqid olunacaqdılar.

- Yəni mətbuatın milliləşdirilən oyunçulara daha çox tənqidi yanaşdığınızı düşünürsünüz?
- Rüfətlə Cihan özlərini azərbaycanlı sayaraq, bu ölkənin millisində oynayırlar. Ancaq Portuqaliya ilə matçdan öncə keçirilən mətbuat konfransında mənə sual verirlər ki, Cihanın meneceri ilə tanış olduğunuza görə onu milliyə çağırırsınız. Hərçənd mən onu heç tanımıram. Futbolçular mətbuatda belə şeyləri oxuyanda, milliyə gəlmək istəmirlər. Olmayan şeyləri yazıb, səhv fikir formalaşdırmaq olmaz.

- Azarkeşlər millidən Lüksemburqla oyunda yalnız qələbə gözləyir. Hətta nəticə məğlubiyyətə bərabər sayılacaq və sizə tənqidlər daha da çoxalacaq. Bundan çəkinmirsiniz?
- Biz Lüksemburqa orda da qalib gəlmək istəyirdik. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik. Bakıda oyunda da qələbə qazanmaq istəyirik. Biz Lüksemburqa qalib gəlməliyik. Ancaq şanslar 50-nin 50-dir.

- Azarkeşlər millinin son ev oyunları zamanı futbolçuların adları çəkiləndə onları alqışlayır, ancaq sizin adınız səslənəndə fitə basırlar. Buna necə reaksiya verirsiniz?
- Mənim bu haqda məlumatım var. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri mənə bu haqda deyiblər. Mənim işimə qiyməti AFFA rəhbərliyi verir. Mənin federasiya ilə müqaviləm var və buna əsasən işləyirəm. AFFA mənə bunu desin ki, səndən narazıyıq, onda əşyalarımı yığıb gedərəm.

- Millimiz qarşısına məqsəd kimi 2016-cı il Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmağı qoyub. Həmin vaxt 70 yaşı olacaq Berti Foqts qalıb, millidə işini bitirib, tarix yazmağı düşünürmü?
- Mən özümdə belə istəyin olub-olmayacağı haqda deyə bilmərəm. Hər şey Allahın əlindədir. Onu deyə bilərəm ki, məni hansısa nəticə qazanıb, buna görə adımın qızıl hərflərlə kitaba düşmək maraqlandırmır.

- Bəs cari seçmə mərhələdə neçə xal toplamağı düşünürsünüz, bunu real sayırsınız?
- Məni belə şeyləri də düşünmürəm.

- Hər halda, 7-dən çox xal yığmaqla, öz şəxsi rekordunuzu yeniləyə bilərsiniz?
- Mən işimi xala görə qurmuram. Məqsədim yaxşı bir komanda yaradıb, Azərbaycan futbolunun inkişafına öz töhfəmi verməkdir.

- Özünüz gedəndən sonra postunuza hansı azərbaycanlı məşqçini daha layiqli namizəd sayırsınız?
- Mən bu suala dəqiq cavab verə bilmərəm. Fikrimcə, konkret ad çəkmək düzgün olmazdı. Azərbaycanda yaxşı məşqçilər, milliyə bir neçə namizədlər var. Əgər AFFA prezidenti məndən bunu soruşsa, konkret ad çəkərəm.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1460   Tarix: 30 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580