Meymun ofisiantlar (Fotolar)

Yaponiyanın paytaxtı Tokioda Kayabuki restoranı fəaliyyət göstərir. Restoran müştəriləri yalnız yeməklə deyil həm də qəribə işçiləri ilə cəlb edib. Belə ki, restoranın ofisiantları 16 yaşlı Yat-çan adlı və Fuku-çan adlı meymunlardır. Onlar həm müştərilərə yemək aparır, həm də əllərini yumaq üçün dəsman aparırlar. Meymunlar parik, maska və xüsusi geyimlər geyinirlər.

Restoranın sahibi Kaoru Oçuka deyir ki, onun sevimli meymunu Yat-çan sahibinin hərəkətlərini eynilə təkrarlamağa başlayıb. Bu da ona ideya verib ki, meymunlardan ofisiant kimi istifadə etsin. Qonaqlar deyirlər ki, meymunlar onlara yaxşı xidmət göstərirlər və gətirilən içkiləri, yeməkləri dəyişik salmırlar.

Xatırladaq ki, heyvan hüquqları haqqında qanuna görə meymunlar gündə iki saatdan çox olmayaraq işləyə bilərlər.

mənbə: publika.az

Meymun ofisiantlar (Fotolar)Meymun ofisiantlar (Fotolar)Meymun ofisiantlar (Fotolar)Meymun ofisiantlar (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 6157   Tarix: 29 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti