Qapalı şəhərin görüntüləri (Fotolar)

26 Fevralda Şimali Koreyalı operator Korvolink xaricilər üçün 3G şəbəkəsinə çıxış yaratdı. İndi ən adi turistlər də dünyanın ən qapalı ölkəsində mobil telefonlardan istifadə edə biləcəklər. Əvvəllər telefonları gömrükdə alırdılar. Düzdür, bir ay sonra əlaqəni bir qədər məhdudlaşdırdılar. Bunun səbəbi isə ya Cənubi Koreya ilə münasibətlərin korlanmasıdır, ya da Şimali Koreya həyatından fotoların internetdə çox yayılmasıdır.

İlk dəfə Pxenyanda Instagram-dan Associated Press agentliyinin Koreya bürosunun rəhbəri Cin Li istifadə edib. Amma onun kolleqası Devid Quttenfelderin fotoları isə əsl pop-fenomen oldu. Instagramdakı bu çox sadə fotolara baxdıqda niyəsə daha yaxşı başa düşürsən ki, Şimali Koreya heç də zülm mpersiyası və ya SSRİ-nin qəddar versiyası deyil. Associated Press işçilərinin çəkdikləri fotolara baxanda bunu çox aydın görmək olur.

Pxenyan geniş küçələri və böyük meydanları ilə 1950-ci illərin tipik Sovet şəhərini andırır.

Şəhərdə yüz mərtəbəli "Ryugen" oteli gözə çarpır. Onu 1980-ci illərin sonunda inşa etməyə başlayıblar, sonra iqtisadi böhran başlayıb və tikinti 16 il dayandırılıb. İndi oteli Misirli investor tikdirir.

Şimali Koreyada demək olar ki, benzin, şəxsi maşın və tıxaclar yoxdur. Pxenyanın geniş prospektləri çox vaxt boş olur. Hələ də əsas nəqliyyat vasitəsi velosipeddir.

Svetaforlarla bağlı problem olduğundan Pxenyanda onlar nadir hallarda çalışırlar. Yol hərəkətini əsasən qızlar idarə edirlər.

Rusiyada olduğu kimi Şimali Koreyada da Böyük Vətən müharibəsi sevgisi var. Ordu cəmiyyətdə üstün mövqe tutur. Az qala fotoların yarısında hərbçiləri görmək olar.

Ölkədə ən mühüm mədəniyyət kino deyil, məhz baletdir və o niyəsə ənənə halını alıb.

mənbə: publika.az

Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)Qapalı şəhərin görüntüləri (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2517   Tarix: 30 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az