Gözəllik naminə xəstəlik qazanmaq

Gözəllik naminə xəstəlik qazanmaqBir çox hallarda kosmetik vasitələr insan orqanizmi üçün təhlükəli olur. Çoxlarımız tez-tez şəxsi təcrübəmizdə parfümeriya və kosmetika bazarında qiymətindən asılı olmayaraq, saxta, keyfiyyətsiz məhsulların çoxluq təşkil etdiyinin şahidi oluruq. Bu da orqanizmdə, xüsusilə də dəridə müxtəlif səpkilər, xəstəliklər yaranmasına səbəb olur. Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən istifadə edir. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərlərsizdir. Kosmetik vasitələrin harada gəldi satılması narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər tövsiyə edir ki, açıq satılan yerlərdə boya vasitələrindən mümkün qədər uzaq durmalı, alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir.
Dermatoloqlar bu vasitələrin tərkibində əks təsirə malik, əsasən sonsuzluq və digər xəstəliklər yaradacaq kimyəvi maddələrin olduğunu deyirlər. Mütəxəssislərin sözlərinə görə, pomadadan həddən artıq istifadə etmək dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur. İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına və sonda dəridə səpkilərin yaranmasına bais olur.
Bəs keyfiyyətli kosmetik məhsulları necə seçməli? Bunun üçün nələri bilmək lazımdır? Suallarımızı daima kosmetik vasitələrlə işləyən vizajist və kosmetoloqlara ünvanladıq.
Stlist-vizajist Elyanə Məmmədovanın sözlərinə görə, kosmetik vasitələrin qablaşdırma quruluşuna fikir verməklə məhsulun keyfiyyətindən xəbər tutmaq mümkündür. Belə ki, onların seriya nömrəsi, hansı ölkənin istehsalı olduğu qeyd olunmayıbsa, deməli məhsul keyfiyyətsizdir: "İstifadə etdiyimiz kosmetikaya barmağımızla toxunanda da onun keyfiyyətinin hansı səviyyədə olmasını bilmək olar. Əgər pudra, kirşan, krem və ya tuj istifadə zamanı üzə hopmursa, kənardan üzə nəyinsə vurulduğu ləkələr şəklində bilinirsə, bu, artıq malın keyfiyyətsiz olduğundan xəbər verir. Tuju gözə vurduqdan sonra gözdə acılanma, qaşınma, sulanma olarsa, həmin məhsul keyfiyyətsizdir. Kosmetikanı seçərkən hansı firmadan olması önəmli deyil. Sadəcə vaxt lazımdır ki, qadınlar üzlərinin tonunu seçib ona uyğun vasitədən istifadə etsinlər. Məsələn, qadın saçını ən ucuz firmanın rəngi ilə boyadıqda belə, istədiyi nəticəni ala bilər. Ola da bilər ki, ən bahalı firmanın rəngindən istifadə etdikdə isə, o, qaşınma verər və bozarmış rəng alına bilər. Kosmetik vasitələrin üzə düşüb-düşmədiyini dəfələrlə sınayıb, sonra seçmək lazımdır. Pudradan istifadə etdikdən sonra qırmızı sızanaqlar, səpkilər əmələ gəlirsə, dəridə quruma gedirsə, o pudradan istifadə etmək düzgün deyil. Əsasən, layner, tuj və pomadadan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Dodaq ağıza yaxın olduğuna görə zəhərlənmə verə bilər. Bir də ki, özünə güvənməyən firmalar adətən həmin məhsulun test üçün nümunəsini istifadəyə vermirlər. Belə ki, test nümunəsi olduqda, qadınlar rahatlıqla ondan istifadə edib keyfiyyətindən xəbərdar olur".
Stilist Anar Ağakişiyev keyfiyyətsiz kosmetik vasitələrin tez qocalma və dəridə müxtəlif xəstəliklərin yayılmasına səbəb olduğunu bildirdi: "Keyfiyyətsiz kosmetik vasitə üzdə yaranan sızanaqları örtə bilmir və onlar qalıcı deyil. Həmin kosmetik vasitələrdən istifadə etdikdən 2-3 dəqiqə sonra yox olur. Yəni üzdə dayana bilməyib axır. Kosmetika istifadə etməmişdən öncə dəriyə nəmləndirici krem vurmaq lazımdır. Kosmetikanı alarkən tərkibini oxumaq və hansı ölkənin istehsalı olduğunu bilmək vacibdir. Çünki keyfiyyətsiz kosmetik vasitələr qırışlanmaya səbəb olur və bu, heç də gözəl görünmür. Bundan əlavə, o vasitələr üzdə müxtəlif allergiyalar yaradır. Kosmetik vasitə alarkən onların test nümunələrindən istifadə etmək vacibdir. Məhsulu almazdan öncə onun həmin dəriyə uyğun olub-olmadığını bilmək də önəmlidir. Firmaların kosmetik vasitələri insanların dərisinin rənginə görə dəyişir. Belə ki, Chanel firmasının məhsulu bəzi dəriyə düşür, bəzilərinə isə düşmür. Dəridə qabıq qoyur, ya da üzə yaxşı hopmur. İnsanlar fərqli olduğu kimi, dəriləri də fərqlidir".
Həkim kosmetoloq Təranə Seyidovanın sözlərinə görə, fabrikdə hazırlanan kosmetika vasitələri dəriyə daha çox ziyan vurur: "Hansısa bir firmanın kosmetikasını pisləmək də olmaz. Kosmetikanın keyfiyyəti dərinin o vasitəni qəbul etməyindən asılıdır. Kosmetik vasitələrin görünüşünə görə istifadəsi düzgün deyil. Ola bilər, hansısa üzə düşən kosmetik vasitə başqa üzdə allergiya yaratsın. Dərinin növündən asılı olaraq, hər maskaların təsir xüsusiyyəti var. Ona görə mütəxəssisdən məsləhət almaları yaxşıdır ki, effektini də görə bilsinlər. Yeniyetmələrin kosmetikadan istifadəsi məsləhət deyil. Mövsümlə əlaqədar olaraq müxtəlif kosmetikalardan, maskalardan istifadə etmək lazımdır. Dəridə allergiya, sızanaqlara daha çox yay aylarında təsadüf olunur. Çünki günəşə qarşı çəkilən kremlər ləkəyə meyilli olur".
Mütəxəssislərin sözlərinə görə, kosmetik vasitələrin saxlanma müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilməli və bu müddət ərzində malların keyfiyyətinə təminat verilməlidir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.
İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, bir nəmləndirici kremdə 30, bir ətirdə isə 400-dən çox kimyəvi maddə var. Tədqiqatda iştirak edən qadınların 71%-i orqanizmlərinin məruz qaldığı kimyəvi maddələrdən xəbərsizdir. Qadınların sadəcə 1/10-i tərkibində kimyəvi maddələrin olmadığı kosmetik vasitələrdən istifadə edir.
Biz qadınlar hətta kosmetikanın zərərli tərəflərini bildiyimiz halda da, yenə ona müraciət edir və bunu "Gözəllik qurban tələb edir" deyə əsaslandırırıq. Amma sağlamlıqla gözəlliyi tərəzinin ayrı-ayrı gözlərinə qoymaq düzgün deyil. Axı ən böyük gözəllik elə sağlamlıqdır.

mənbə: stenoqram.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3567   Tarix: 28 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1243
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 460
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1176
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 914
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1031
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 838
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1434
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1266
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 767