"Dolu" Şimali Kiprdə də nümayiş etdirildi (Foto)

Yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında çəkilmiş film Şimali Kiprdə də nümayiş etdirilib.
Yakın Doğu Universitetinin minlərlə tələbəsi filmi izləyib, yazıçı ilə görüş təşkil olunub.

Qeyd edək ki, ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov olan film "Azərbaycanfilm" kinostudiyası tərəfindən lentə alınıb. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin nümayişindən dərhal sonra tələbələrlə fikirlərini paylaşan yazıçı bu mövzuda çəkilən filmlərin çox olmasını istədiyini bildirib.

"Gəncliyin doğru məlumatlandırılması vacib amildir. Mən istərdim ki, gəncliyimiz rusca bilsin, amma rusca düşünməsin. Tarixi faktlar, məlumatlar rus ədəbiyyatlarında çox geniş şəkildə var, nə ingiliscə, nə də qeyri bir dildə bundan dolğun materiallar yoxdur və bu səbəbdən dili bilməyin tərəfdarıyam".

Eyni zamanda tələbələrin suallarını cavablandıran şair "Vətən qəbiristanlıqdan başlayır" şüarı ilə çıxış edib.

mənbə: publika.az

"Dolu" Şimali Kiprdə də nümayiş etdirildi (Foto)"Dolu" Şimali Kiprdə də nümayiş etdirildi (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1357   Tarix: 22 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti