Nə üçün "Wikipedia"nı erməni tarixçiləri zəbt edib?

Nə üçün "Wikipedia"nı erməni tarixçiləri zəbt edib?Özünü "açıq ensiklopediya" kimi təqdim edən "Wikipedia" virtual məlumat bazasında digər yazılarla yanaşı "Naxiçevan" başlıqlı məqalə də var.

Diqqətimizi adın yanlışlığı üzərində cəmləşdirməyək, çünki bu torpağı Sovet dövründə və ondan əvvəl ruslar "Naxiçevan" adlandırıblar. Bu gün dünyada ölkənin – sözgedən halda Azərbaycanın - rəsmi şəkildə istifadə olunan orijinal yer adlarının tətbiqi təcrübəsi qəbul edilib. Məsələn, Çinin paytaxtı çoxdandır Pekin deyil, Beytszindir.

Bu qaydaya əsasən, Azərbaycanın Ermənistan, Türkiyə və İranla əhatə olunan muxtar respublikası da ensiklopediyada "Naxçıvan" kimi göstərilməldir.

"Vikipediya"dakı mətnə baxaq. Təəccübümüzə rəğmən, onun əksər hissəsinin erməni müəlliflərin yazdığı məlum olacaq. Əslində, burada təəccüblü heç nə yoxdur, "Wikipedia" azad ensiklopediya olduğundan arzulayanlar burada mətn yarada bilərlər. Əlbəttə, müəllifin bunun üçün səlahiyyəti olmalıdır. Nəticədə bütün dünyada Naxçıvan barədə rus dilində məlumat almaq istəyən hər kəs öyrənir ki, bu ərazinin eramızın birinci onilliyindəki tarixi "erməni tarixidir".

Əgər "Wikipedia"da məqalələr ən müxtəlif müəlliflərlə "birlikdə" yazılırsa, niyə Azərbaycan tarixçilərinin səylərinin izi görünmür?

Arif Yunusov "Məshəti türkləri" (2000), "Sülh mədəniyyəti" (2002), "Azərbaycanda İslam" (2004), "Qarabağ: keçmiş və indi" (2005) kimi məşhur tədqiqat əsərlərinin, eləcə də çoxsaylı məqalə və monoqrafiyaların, müasir dünya, o cümlədən Qafqaz problemlərinin təhlilli ilə bağlı materialların müəllifidir. O, sualımı eşidib təəccübləndi və "çox ağrılı məsələyə toxunursınuz" - dedi: "Sizi "Wikipedia"da yalnız Naxçıvanın taleyi narahat edir? Orada Azərbaycan haqqında bütün digər məqalələr qaydasındadır ki? Bizim tarix institutundakı ailmlərimizə baxın, onların, xüsusilə yaşlı nəslin internet və kompüter barədə anlayışları dumanlıdır. Onlar öz dünyagörüşlərinə görə hələ də Sovet İttifaqında yaşayırlar, mental mənsubiyyətlərinə görə, onlar hələ də sovet tarixçiləridir. Sovet tarixçisi kimdir? O, yalnız partiya və hökumətin tapşırığı ilə nəsə yazır. Onlara internetdə nəsə yazmaq tapşırılsa, yazacaqlar və yardım üçün xahiş edəcəklər.

Maraqlanın, Azərbaycanın müstəqilliyinin 20 illik dövrü ərzində nə çap ediblər? Nə hazırlayıblar? Bu zaman ərzində nə qədər hadisə baş verib, neçə prezident dəyişib... Və bütün bunlar harada əksini tapıb? Onlar əvvəldən necə özlərini sığortalayıblarsa, indi də elə o cür hərəkət edirlər. Mən tarix institutunda 20 il çalışmışam, həmişə də orada təşəbbüs göstərməkdən qorxmalarına hirslənirdim. Guya nəsə iş görürlər, nəşr edirlər, dissertasiya müdafiə edirlər, amma əslində, hər şey sovet modeli ilə həyata keçirilir.

Əvvəllər Kommunist Partiyasını və onun müdrik rəhbərliyini mədh etmək, ABŞ-ı və imperialistləri söymək lazım idi, haqqında danışdığımız "alimlər" bunu həyata keçirirdilər. İndi isə əsas partiya və onun rəhbərliyini tərifləmək, başqalarını söymək lazımdır, bunu da həyata keçirən "alimlər" var. Necə ki şou-biznesdə ulduz var, ifaçı yoxdu, bu gün Azərbaycan elmində də alim və elmlər doktorları var, amma əsl tarix elmi yoxdur".

A.Bakıxanov adına Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor İradə Bağırova razılaşır ki, "Wikipedia"nın rusdilli versiyasında Azərbaycan tarixçilərinin məqalələrindən az istifadə olunur, hərçənd bu materiallar ora göndərilir: "Amma sizin mənə göndərdiyiniz versiyada belə, Naxçıvanın Azərbaycana məxsus olması təkzib olunmur, hətta Qars müqaviləsi ilə bağlı adi erməni isteriyası da müşahidə olunmur, halbuki məqalənin qədim və orta əsrlər haqqındakı birinci hissəsi ermənilərin göndrədiyi materiallar əsasında hazırlanıb".

İ.Bağırova fikrinin belə yekunlaşdırdı: "Wikipedia"nın Azərbaycan versiyasında siz tamam fərqli mətni görə bilərsiniz. Amma razıyam ki, bu informasiya resursu ilə daha fəal işləmək lazımdır".

Məşhur tarixçi, elmlər doktoru Fərda Əsədov da "zəhmetkeş ermənilərin" internet məkanında üstün olduqlarını etiraf edir. Azərbaycanlı alimlərin "Wikipedia"ya marağı yoxdur, çünki burada onun əməyi məmurların gözünə görünməyəcək, yəni heç bir divident gətirməyəcək, mənəvi təminat isə kifayət deyil.

Naxçıvan haqqında konkret məqaləyə toxunan F.Əsədov deyir: "Məqalədə bir ziddiyyət var. Müsəlman mənbələri pozitiv mənzərə yaratdıqları halda, ermənilər hər zaman faciələrdən bəhs edirlər. Bu yazıda saxtakarlıqla yazılıb, obyektiv deyil, burada kiçik və gizli erməniyönlü məqamlar. Məsələn, göstərilir ki, Şah Abbas Naxçıvanı işğal etdikdən sonra Ermənistan boş bir əraziyə çevrilib". Lakin tarixçinin fikrincə, müəllifləri mənzərəni faktları təhrif etməkdə qınaqmaq olmur, çünki abidələrin fotoşəkilləri arasında Azərbaycan memarlığı və mədəniyyətinə aid olanlar üstünlük təşkil etsə də, naxçıvanlılar arasında az da olsa, erməni əsilli mədəniyyət xadimləri olub.

Bununla belə, günahın böyük hissəsi Azərbaycanın rəsmi Elmlər Akademiyasının Tarix İnstitutunun kollektivinin üzərinə düşür. Çünki tarixlə bağlı fəaliyyətlərinə görə onlar maaş alırlar. Halbuki A.Yunusov və F.Əsədova dövlətdən bir qəpik də olsun, çatmır. Amma hər şey məgər pulla ölçülür?

Hər halda, hörmətli Fərda Əsədov "Wikipedia"dakı yazının linkini İradə Bağırovaya göndərib (Əsədov müəllifin artıq Bağırova ilə əlaqə saxladığını bilmirib): ."Professor İradə Bağırova - Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdirinə yazının surətini göndərdim. Orada Naxçıvanın öyrənilməsi üzrə xüsusi sahə var. Hər şeydən əvvəl institut rəhbərliyi öz mövqelərinin təqdim olunması internetdən istifadəni gücləndirməldir. Bunu elmi əsasda, savadlı şəkildə etmək lazımdır, söyməklə yox. Əks halda, bizə inanmayacaqlar və bunu təbliğat kimi bir kənara atacaqlar". Fərda Əsədov məktubunda belə yazıb.

Bizim tarixçilərlə mübahisə etmək çətindir. Onlar hələ sözlərini deməyiblər. Bizim analoqsuz gəlirlərimizlə nəinki "Wikipedia"nı sistematik olaraq məlumatlarla zənginləşdirmək, ümumilikdə bu resursu almaq imkanlarımız var. Nəhayət, Elmlər Akademiyası müvafiq ştat ayıra bilər: bu ştata götürülən mütəxəssis dünya resurslarını öyrənə, oranı Azərbaycan həqiqətlərilə zənginləşdirə bilər. Bu heç də çətin deyil.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1946   Tarix: 26 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181