• Sübh namazı 06:01
  • Gün çıxma vaxtı 07:36
  • Zöhr namazı 12:27
  • Əsr namazı 14:58
  • Axşam namazı 17:18
  • İşa namazı 18:48
 Bakı
  • Gündüz +7
  • Gecə +4
AZN məzənnəsi
USD
0.7844
EUR
0.9723
RUR
0.0172

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)

Azərbaycanın xalq artisti Amaliya Pənahovanın imicini dəyişməsi, xeyli arıqlaması və 20 yaş cavanlaşması ilə bağlı məlumat daxil olub. Hətta bunları sübut edən fotolar da əldə etmişik. Həmin şəkillərdə Amaliya xanımın həqiqətən dəyişdiyi hiss olunur.

Qeyd edək ki, xalq artistinin köməkçisi Press24.az-a Amaliya Pənahovanın sadəcə pəhriz saxladığını və bununla əlaqədar bir neçə kq arıqladığını söyləyib.

Aktrisanın indiki fotolarını əvvəlkilərlə müqayisə etsək, bu dəyişikliyin xalq artistinə plastik əməliyyatsız başa gəlmədiyini söyləyə bilərik.

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995- ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- "Şöhrət" ordeni ilə təltif edilib.

Həyat yoldaşı diktor Yusif Muxtarov 2il bundan əvvəl dünyasını dəyişib.

Amaliya Pənahova həmçinin sənətşünaslıq elmləri doktoru adını alıb. Ötən il dekabrın 28-də "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini uğurla müdafiə edib. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını allb.


mənbə: xeber24.az

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)

Amaliya Pənahova 30 yaş cavanlaşıb (Fotolar)
Paylaş:
Bölmə: Tanınmışlar Müəllif: ramalqarabaqli Oxunub: 2633 Tarix: 21.04.2013
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
Bölmələr
Pulsuz elanlar sayti

Mobil pulsuz yukleme sayti