At çapmaq həqiqəti dərk etməkdir...

At çapmaq həqiqəti dərk etməkdir...Ata qarşı kobud mövqedə olmasan, o da sənə qarşı yaxşı münasibət bəsləyəcək.Azərbaycanda ata sevgi qədim dövrlərdən olub. Sürətli yerişə, qüvvə və davamlılığa, gözəlliyə, ağla malik olan atlar fermer təsərrüfatının ayrı-ayrı sahələrində kənd təsərrüfatı işlərinin görülməsində böyük rol oynayır. Atların məişət işlərində faydası ilə yanaşı, onlardan idman növlərində də geniş istifadə olunub. Əvvəllər çox məşhur olan atçılıq idman növü bu gün də aktuallığını itirmir.

Müasir dövrdə həm Azərbaycanda, həm də başqa ölkələrdə bu idman növünə maraq çoxalır. Atçılıq idman növü olmaqla yanaşı, həm də aktiv istirahət və əsl əyləncədir. Bunun şahidi olmaq üçün Bakı Dövlət Cıdır Meydanına üz tutduq.

Atı insanın ən yaxın dostu sayan atçılıqla məşğul olan Ayxan Babaşov deyir ki, at çaparkən insanın əsəbləri sakitləşir. Atçılıq insanı gündəlik qayğılarından, problemlərdən uzaqlaşdırır. "Atla təmasda olarkən sən də təbiətin bir hissəsi olduğunu anlayırsan. Mənim üçün at çapmaq hormoniyaya qovuşmaq və həqiqəti dərk etməkdir".

Bakı Dövlət Cıdır Meydanında məşqçi kimi çalışan, respublika dərəcəli hakim Vidadi Tağıyev nəsillikcə atçılıqla məşğul olduqlarını bildirib: "Mən bütün həyatımı atlara həsr etmişəm. 50 ildir ki, bu sahədə çalışıram. Atları çox sevirəm. Düşünürəm ki, atların yalnız dili yoxdur, şüuru iləsə onlar insanlardan belə fərqlənmirlər. Həm də atlar çox hissiyyatlı olur. İnsanın ona qarşı hansı niyyətlə yaxınlaşmasını hiss edirlər. At aqressiv insanı asanlıqla seçir".

Həmsöhbətimizə görə, yaxşı at çapmaq üçün uşaqlıqdan bununla məşğul olmaq lazımdır. Dediyinə görə, uşaqlara 10-12 yaşından etibarən at çapmağı öyrətmək olar. Yaşlı adamlar üçünsə məktəb yoxdur. "Kimin ata məhəbbəti, at sürməyə həvəsi varsa, fərdi məşğul olmağa gəlirlər".

Atçılıq həm də dincəlmək üçün yaxşıdır deyən müsahibimizin sözlərinə görə, onlara gəzinti, dincəlmək üçün at çapmaq istəyənlər də müraciət edirlər. "Bura gələnlərin at çapıb-çapa bilmədiklərini yoxlayırıq. Yeni gələnlər məşqçilərin nəzarəti altında olur. Heç vaxt at çapmayanlar üçün daha sakit atları ayırırıq. Çünki sakit atı sürmək rahatdır".

V.Tağıyev onu da deyir ki, atçılıq idman növü sağlamlıq üçün də xeyirlidir. Belə ki, at çapan insan dırnağından tutmuş saçına kimi hərəkətdə olur. Həm də ata minmək üçün fiziki qüvvə və diqqət tələb olunur. "Atla maneələri dəf etmək isə daha çətindir. Məsələn, at maneəni dəf etmək üçün yerindən bir metr yuxarı qalxır. Bu, gözəl idman növü olsa da, çətindir. Atçılıq üçün diqqət və həvəs lazımdır. Bu idman növündə zəhmətsiz heç nə alınmır. Atla münasibət isə sevgidən, ata qulluqdan başlayır", - deyən məşqçinin sözlərinə görə, ata qarşı kobud mövqedə olmasan, o da sənə qarşı yaxşı münasibət bəsləyəcək.

Atçılıq Cıdır Meydanında müxtəlif növ atlar var. Burada Qarabağ, ərəb, ingilis və başqa cins atlara rast gəlmək olur. Ata qulluq edənlərin dediyinə görə, elə atlar var ki, onlara uzun saçlar yaraşmır, onda onların saçlarını kəsib, forma verirlər. "Bütün atların gözəl görünməsi üçün əlimizdən gələni edirik".

Onların bildirdiklərinə görə, atları ot, vələmir, arpa, kəpək, köklə qidalandırırlar. Yayda onlara qarpız da verilə bilər. "Gün ərzində at 8-10 kiloqram otla, 5-6 kiloqram qüvvəli yemlə qidalandırılır. Yarışa çıxan atlar üçün yem azaldılır".

Mehtərlər onu da qeyd edirlər ki, atların su içmək, yemək vaxtları gələndə onlara qulluq edən mehtəri görən kimi kişnəməyə başlayırlar. Hətta bəzən hansısa ata yem vermək yaddan çıxanda, mehtər həmin atın yanından keçərkən at vurnuxub, kişnəyir. "Ümumiyyətlə, hər gün atlar təmizlənir, sulanır, yemlənir. Minilməmişdən qabaq yəhərlənir. Məşqdən qayıdandan sonra isə yenə də təmizlənir. Atlar istədiyi qədər su içirlər. Gün ərzində 50 litr su içən, 80 litr çay içən atlar da var. Atların yatmaq qaydası isə fərqlidir. Yatmaq atın sağlamlığından asılı olur. At var ayaq üstə yuxulayır, at da var uzanıb yatır".

Ümumiyyətlə, atlar qadınları daha çox sevir. Əsasən bütün dünyada ata qulluq edən mehtərlər qızlar və qadınlardır. Səbəbi isə qadınların daha incə, daha rəhmli, daha mərhəmətli olmasıdır. Bütün dünyada atçılıq idman növlərində qadınlar kişilərdən geridə qalmır.

Qeyd edək ki, atların Axal-təkə, Qarabağ, ərəb və ingilis cinsləri yarışlarda istifadəsinə görə ən çox məşhur olan cinslərdir. Məşqçi V.Tağıyevin sözlərinə görə, Qarabağ atı boyu, gözəlliyi, şuxluğu ilə seçilir. "Ərəb bizim Qarabağ atlarına çox oxşayır, amma nisbətən hündür olur. Axal-təkə Orta Asiya atıdır. Bu atlar ərəb atlarından hündür və arıq olurlar. İngilis atları isə sürətli olması ilə seçilir".

mənbə: veteninfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5665   Tarix: 29 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489