Emin Ağalarov: "Mən ayaqqabı satırdım"

Emin Ağalarov: "Mən ayaqqabı satırdım""Pul qazanmağın müxtəlif üsulları vardı, o cümlədən eBay. İlk olaraq, Şeremetov aeroportundan 100 dollara 10 saat aldım və onları üç yüzə satdım"

"Crocus Group"un prezidenti Araz Ağalarovun oğlu Emin Rusiya mətbuatına müsahibə verib. "Qafqazinfo"nun məlumatına görə, Ağalarov "Krokus Siti Moll"la bağlı sualları, ilk biznes fəaliyyəti, eyni zamanda musiqi karyerası haqqında danışıb:

"Mən bu biznesə dərhal gəlmədim, öz işlərim var idi. On səkkiz yaşım olanda Manxettendə kiçik bir yer icarəyə götürdüm və mağaza açdım. Belə ki, "Krokus"a qədər mən bilirdim ki, bütün bu işlər necə gedir, sifarişlər necə formalaşdırılır.

Mən ayaqqabı satırdım, paralel olaraq internet maqazin açdım. Orada sovet saatları "Raket", "Palyot" və fotoaparatlar satırdım. Ümumiyyətlə, mən Amerikaya 15 yaşım olanda getmişəm. Nyu-Cersi ştatında adi məktəbdə oxumuşam. Daha sonra biznes menecment universitetində 4 il oxudum. Pul qazanmağın müxtəlif üsulları vardı, o cümlədən eBay. İlk olaraq, Şeremetov aeroportundan 100 dollara 10 saat aldım və onları üç yüzə satdım. Daha sonra biz eBaya həftəyə 1500 aksionlar çıxardıq. Bütün malları anbarda saxlayırdım və şəkillərini özüm çəkirdim. Aylıq dövriyyəmiz təxminən 30-40 min dollar idi. Bu səbəbdən artıq 18 yaşım olanda özümə maşın aldım. Əlbəttə, əgər valideynlərim mənim yaşayış və universitet üçün pulumu ödəməsəydilər maşını almazdım".

Ağalarov jurnalistin "Yəni siz orada məktəbə Conversedə, Kurt Kobeynin maykalarında getmirdiniz? Yoxsa birbaşa Bergdorf Goodmandan italyan köynəkləri alırdınız?" sualına da maraqlı cavab verib:

"Xeyr, Bergdorf Goodmana anam gedirdi və hələ də ora gedir. "Krokus Siti Moll" daha çox Mayamidəki Bal Harbour kimidir. Biz ora nə vaxtsa gedib təəccüblənmişdik ki, belə ulduz brendləri necə bir damın altında toplamaq olar. Daha sonra özümüz də bunu etdik.

Jurnalist kiçik, lakin maraqlı bir fakta da diqqət çəkib. "Korkus Siti Moll"da uçuşan quşlar təsadüfdür, yoxsa müştəri cəlb etməyin fərqli üsulu. Ağalarov isə bunun sırf təsadüf olduğunu deyir: "Xeyr təmiz təsadüfdür. Biz "Krokus Siti Moll"un şüşələrini quraşdıranda bir neçə quş içəridə qaldı və indiyə qədər çoxalıblar. Biz də onları yemləyirik".

Bəs quşlar hansısa kübar xanımın şubasını korlayıbmı sualına cavab olaraq Emin belə bir hadisə barədə eşitmədiyini deyir: "Lakin bu baş versəydi belə, düşünürəm ki, qorxulu heç nə yoxdur. Bu həyatdır"

Emin Ağalarov sonda musiqi karyerası barədə danışıb. Musiqiçi Ağalarov uzun iş saatında sonra musiqiyə necə vaxt ayırmasından bəhs edib: "Evə gələn kimi artıq tam gücümlə məşqlərə başlayıram. Budur, mən bu gün də işim bitən kimi evə gedəcəm, cinsimi, T-shirt və idman ayaqqabılarımı geyinəcəm, mikrafona yaxınlaşıb oxumağa başlayacam.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7112   Tarix: 21 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505