Azərbaycanda mədədən qida borusu düzəldildi (Ekskluziv)

Azərbaycanda mədədən qida borusu düzəldildi (Ekskluziv)Milli Onkologiya Mərkəzinin həkimləri unikal əməliyyata imza atıblar

Azərbaycanın Milli Onkologiya Mərkəzində həkimlər mədədən qida borusu düzəldiblər. Bu barədə məlumatı Milli Onkologiya Mərkəzinin Baş-Boyun Şişlər şöbəsinin müdiri Nazim Quliyev verib. Onun sözlərinə görə, artıq 1,5 ildir ki, mərkəzdə bu tip əməliyyatlar keçirilir.

"Ən çətin lokalizasiya (şişin yeri) olan xəstələr qida borusunun boyun hissəsinin şişləridir. Onları əvvəllər şüa, kimya terapiya ilə müalicə edirdilər. Demək olar ki, heç yerdə əməliyyat etmirdilər. Belə xəstələr çətin, hətta demək olar ki, ümumiyyətlə şəfa tapmırdılar. Çünki şüa müalicəsi xəstələrin 10 faizinə 1 il kömək edirdi. Əməliyyat edəndə isə xəstənin boynunda 3 dəlik qalırdı. Onlardan biri nəfəs, biri qida borusu (qida boyundan verilirdi), digər isə ağız boşluğu üçün olurdu. Əməliyyatdan sonra xəstə əlil olurdu, ona qida belə zondla verilirdi. Nəticədə insanlar çox əziyyət çəkir, cəmiyyətdən, ailədən təcrid olurdular", - deyə şöbə müdiri bildirir.

Lakin artıq vəziyyət dəyişib. Bu gün mərkəzdə bu tip əməliyyatları aparmaq üçün yaxşı mütəxəssislər və əməliyyatdan sonra reablitasiya keçmək üçün şərait yaradılıb.

Şöbə müdirinin sözlərinə görə, bu tip unikal əməliyyat zamanı xəstənin qırtlağı, qida borusu ilə birlikdə çıxarılır. İkinci mərhələdə mədə bağırsaq şöbəsinin əməkdaşları ilə qarın boşluğuna açılır. Mədədən qida borusu düzəldilir və qarın boşluğundan, döş qəfəsindən-yəni köhnə qida borusunun yerindən aparılaraq boyunda udlaq dəliyinə birləşdirilir.

Bununla da əməliyyat bitir. Əməliyyat təxminən 8 saat davam edir. Bu əməliyyat nəticəsində qırtlaq çıxarılaraq, boyunda bir dəlik qalır.

"Adinal bölmənin də əməliyyatı çox mürəkkəbdir. Mədədən qida borusu düzəltmək çox məsuliyyətlidir. Bu zaman hər hansı damar bitişməməlidir. Çünki belə olarsa, düzəldilən qida borusu çürüyə bilər. Bu çox mürəkkəb əməliyyatdır. Xəstələrimizin hamısı sağalıblar. Biz bu işlərimizi ancaq ixtisaslaşmış jurnallarda dərc etdirmişik".

N.Quliyev əməliyyatdan sonra xəstənin radikal müalicə aldığını və əməliyyatdan təxminən 8-10 gün sonra ağzı ilə yemək yeyə bildiyini deyib. "MDB məkanında bu əməliyyat demək olar ki, heç yerdə aparılmır. Ancaq Avropada olur". Həkimin sözlərinə görə, bu vaxta qədər bu yolla 6 xəstə əməliyyat edilib. Hazırda sonuncu xəstənində vəziyyəti normaldır.

Onkoloq azərbaycanlı xəstələrlə bağlı əsas problemin həkimə gec müraciət etməsi ilə bağlı olduğunu deyirlər. Xəstələr bundan sonra nə qədər yaşasalar da cəmiyyətdən təcrid olmur, normal insan kimi yaşayırlar".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3454   Tarix: 12 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 96
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 199
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

12:22 33
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 139
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 241
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 94
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 112