Tələbələrin nəzərinə!

Tələbələrin nəzərinə!"Xaricdə Təhsil sərgisi" keçiriləcək

Bakıda 2013-cü ilin ən böyük "Xaricdə Təhsil sərgisi" keçiriləcək.

13-14 aprel tarixində Bakıda təşkil olunacaq tədbirdə 50-dən artıq xarici universitet və dil kurslarının nümayəndələri iştirak edəcək.

Sərgidə Təhsil Nazirliyinin, diplomatik korpusun nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur. Sərgi zamanı tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar və pulsuz təhsil imkanları haqda ətraflı məlumatlar veriləcək.

Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.

Sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, təhsil sərgisi 13-14 aprel saat 13:00-dan 18:00-dək Hilton otelində keçiriləcək.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4068   Tarix: 11 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040