"Google" indi də İslam dünyasında

"Google" indi də İslam dünyasındaİran Ünsiyyət və Texnologiya naziri Məhəmməd Həsən Nami, İslam "Google Earth" layihəsini dörd ay ərzində həyata keçirəcəklərini bildirib. "theiranproject" saytının xəbərinə görə Nami, İslam "Google Earth"ın adının "Basir" olacağını açıqlayıb. "Google Earth" və "Vikipedia" kimi saytların məqsədinin digər ölkələrin təhlükəsizlik məlumatlarına çataraq pul qazanmaq olduğunu bildirən Nami, "Basir"in isə mənfəət məqsədli olmayacağını tək məqsədinin insanları həqiqətə istiqamətləndirmək olduğunu söyləyib. Nami saytın həm İran həm də İran xaricindəki istifadəçilərə xidmət verəcəyini deyərək, dünyanın harasında olursa olsun Müsəlmanların bu saytı istifadə edərək qibləni tapa biləcəklərini bildirib.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2211   Tarix: 12 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040