Azərbaycanlı müğənni əsgərliyindən danışdı

Azərbaycanlı müğənni əsgərliyindən danışdı

Ötən il hərbi xidmətə yollanan müğənni Azad Şabanov məzuniyyətinə gəlib.

O, əsgərliyindən danışıb:

“Vətənə borcumu yerinə yetirirəm. Ən çox valideynlərim üçün darıxıram. Məzuniyyətə gələn kimi ilk işim sənətimlə bağlı yenilik etmək oldu. “Dostum” adlı mahnı yazdırdım. Sözləri mənə, musiqisi Tural Yusibova aiddir. Bu bəstəni bir dostuma həsr etmişəm. Əvvəl yaxın dost olsaq da, indi onu sevirəm. Amma bunu özünə etiraf etməyəcəm. Belə daha yaxşıdır. Əsgərlikdə çoxlu mahnı sözləri yazmışam”.

Qeyd edək ki, Azad oktyabr ayında hərbi xidmətini başa vurub, qayıdacaq.


mənbə: axsam.az
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2548 Tarix: 12.04.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol