"Atası məni hədələdi ki, qızıma yaxın dursan..." (Fotolar)

Bu dəfə "Uşaqlıqdan reportaj"da tanınmış aparıcı, bəstəkar və prodüser Murad Arifdir. Xarizmatik insandır, hər kəsin nəzərlərini cəlb etməyi bacarır. Həm mahnı bəstələyir, həm prodüserlik edir, həm də məşhur aparıcılardan sayılır. Maraqlıdır, görəsən necə uşaq olub; şuluq, cəsarətli, ünsiyyətcil, utancaq, arıq, kök, sakit, qapalı? Suallar o qədər çoxdur ki, heç bilmədim, haradan başlayıb, harada qurtaram. Amma sağ olsun, özü köməyimə çatdı. O qədər də uzaqda olmayan uşaqlığı haqqında bir həvəslə danışdı ki…Aradabir kövrəlməyini də gördüm. Xüsusən də orta məktəb illərini -sinif yoldaşları və sevimli müəllimlərini xatırlayanda. Balaca vaxtı xasiyyətcə utancaq olan Murad hələ ilk görüş və ilk öpüşündən də danışdı. Kəsəsi, qoyun özü danışsın.
"Atası məni hədələdi ki, qızıma yaxın dursan..." (Fotolar)Anasının muradı…

"Sumqayıtda doğulmuşam...Evin sonbeşiyi və yeganə oğluyam. Anamın ən böyük muradı idim, ona görə də adımı Murad qoydular. Atam isə adımı Zaur qoymaq istəyirmiş...Yaxşı ki, qoymayıb. İndi sevmədiyim adlardandır.
Elə Sumqayıtda böyümüşəm, əvvəl 15, sonra isə 28 saylı məktəbdə oxumuşam. 5-ci sinfədək rus bölməsində, sonra isə Azərbaycan bölməsində təhsil almışam".

Arıq uşaq birdən-birə niyə kökəldi?

"musiqili uşaq olmuşam...Mən kino və musiqi xəstəsi idim. Bacılarım, atam nəyə həvəs göstərirdisə, əzbərləyirdim, canıma hopdururdum.
Məktəbə gedənədək şuluq və arıq idim. Tez-tez dalaşırdım, ağaclara dırmaşırdım, çox hərəkətli idim. I sinfə gedən kimi, eqoizmim azaldı. Sakitləşdim və kökəlməyə başladım".

"Mənə uşaqlar "yadplanetli" kimi baxırdılar"

"Böyük bacım Natəvan fransız, italyan artistlərinin şəkillərini toplayardı...Mən də atamın kinoteatrındaki "Sovetskiy Ekran" jurnallarından o şəkilləri "lezva" ilə kəsib, bacıma gətirərdim...Ən çox da Alen Delonun şəkillərini axtarırdım. Bütün Avropa aktyorlarını tanıyırdım. Sofi Loren, Marcelo Mastroyani, Klaudiya Kardinale, Ani Jirardo, Jan Pol Belmondo, Jan Gaben, Jan Mare... Bu adlar 5-10 yaşlarımdan dilimdən düşmürdü. Məhlədə hamı Əmrah və Brus Lidən danışanda mən Alen Delon kinolarından danışırdım. Mənə uşaqlar "yadplanetli" kimi baxırdılar."
"Atası məni hədələdi ki, qızıma yaxın dursan..." (Fotolar)"Yemiş-qarpız qabıqlarından mikrafonum da vardı"

"Mən özümü səhnədə müğənni kimi görürdüm. Hər zaman əzbərlədiyim rus, hind, Avropa mahnılarını güzgünün qabağında oxuyardım. Yalançı mikrofonum isə dezodorantlar, ya da yemiş-qarpız qabıqları idi...Bacılarım bütün günü fortepiano ifa edirdilər".

"Anam məni bankir görmək istəyirdi, atam isə…"

"Atam Arif də kinoteatr və mədəniyyət sarayının direktoru olduğu üçün mənim incəsənətə həvəsimi səbrlə qarşılayar, hətta Bülbülün, Rəşidin romanslarını əzbərlədərdi. Mən də fəxrlə onun uçün "Sənsiz", "Sevgili canan" ya da "Qızıl Üzük" romanslarını oxuyardım...

Lakin anam Sənubər müəllimə, məni iqtisadçı, bankir, menecer görmək istəyirdi. Hamısı da mənə deyərdi ki, "Kişinin əli pulla oynayar, artistin isə pulu olmaz"...

Gah Michael Jackson, gah "Sprut" filmindəki Komissar Katani, gah da ORT-nin aparıcısı Vlad Listyev və "215 KL"in aparıcısı Çingiz Mustafayev kimi olmaq istəyirdim... Axırda da, TV və Musiqi mənim taleyim oldu!"
"Atası məni hədələdi ki, qızıma yaxın dursan..." (Fotolar)"Müəlliməm dedi ki, sən "qaraçıların içinə düşmüş ingilis" uşaqlarına oxşayırsan"

"İbtidai sinifləri Rus bölməsində oxudum. Evdə hər zaman Azərbaycan dilində danışdığımız üçün, rus dili dərsini zəif öyrənirdim. 5-ci sinifdə Azərbaycan bölməsinə keçdim. Bu dəfə də, ibtidaini rusca oxuduğum üçün, Azərbaycan dili dərsindən çox geriləyirdim. Amma yuxarı siniflərdə artıq qabaqcıl şagirdlərdən idim. Elə sevmədiyim fənlər fizika və kimya idi.
Məktəbdə konfliktli uşaq olmamışam. Azərbaycan bölməsində isə, sinif yoldaşlarımla konfliktlərim olurdu. Onların məndə sevmədikləri fərqliliyim və rusdilli olmağım idi...Mən həmişə seçilmişəm. Özüm istəməyərək belə, hər zaman seçilirdim. İstər düşüncələrdə, istərsə də zövqdə, davranışda tam anlamadığım şeylər var idi. Bir dəfə bir müəlliməm dedi ki, sən "qaraçıların içinə düşmüş ingilis" uşaqlarına oxşayırsan... Mən isə bunun mənasını anlamırdım".

Sinifdə mentalitet qorxusu, gizlin baxışlar…

"Beşinci sinfədək oxuduğum illəri çox dəyərləndirirəm. Rus bölməsində təhsil aldığım vaxtları deyirəm. Hətta 11-ci sinfədək ilk sinfim, ilk sinif yoldaşlarım üçün çox darıxırdım. Yadımdadır ki, hər ayın sonu sinif rəhbərimiz Tamara Vitalyevna həmin ay doğulan uşaqların ad gününü qeyd edərdi. Hədiyyə üçün pul yığardıq. Səbəbkarlar tort və maqnitafon gətirərdi…Çox kövrək xatirələrdir. 6-cı sinifdə oxuyarkən, 28 saylı məktəbə keçdim, Azərbaycan bölməsinə. Demək olar ki, mehriban, şən, əyləncəli günlərim bir də təkrarlanmadı. Artıq burda başqa bir mentalitet hökm sürürdü, oğlan və qızlar sən deyən mehriban deyildi. Amma o sinifdə də çox bağlandığım dostlarım oldu. Emin İbrahimov, Elman Eminov, Emil Bayramov, Faiq, Qərənfil, Vüsalə, Aytən, Səmayə...Hamısını tez-tez xatırlayıram..."
"Atası məni hədələdi ki, qızıma yaxın dursan..." (Fotolar)Bağçada alınan ilk öpüş

"İlk görüş və ilk öpüş bağçada baş verib. Gözəl bir qız uşağı vardı, adı da Lida. Milliyyətcə erməni idi... Amma evdə Lida ilə münasibətlərim barədə atama bir söz demirdim. Çünki həmişə tapşırırdı ki, birdən çaşıb erməni, ya rus qızı alarsan ha! Atam cox milliyyətçi idi və mənim azərbaycanlı qızla evlənməyimi israrla yadıma salırdı".

"Canımın qorxusundan ondan uzaq durdum"

"Ümumiyyətlə, dalaşqan uşaq olmamışam. Heç dava etməyimi də xatırlamıram. Məhəlləmizdə bir qız vardı; sarısaç, göygöz, şıltaq. Çox gözəgəlimli bir qız idi, məhəllənin bütün oğlanları ona vurulmuşdu. Mənim də ondan xoşum gəlirdi. Eyni məktəbdə oxuduğumuz üçün məktəbə bir yerdə gedib-gəlirdik. Bütün məhəllə və məktəb uşaqları bu qıza görə mənə qısqanclıqla yanaşırdı.

O mənə balkondan Whitney Houstonun mahnılarının sözlərini yazıb göndərirdi. Bir gün mənim Rəhiməyə olan xüsusi diqqətimi atasına xəbər verdilər. Atası məni məhəllədə tutub dedi ki, bir də qızımın yanında səni görsəm "bir yerini" kəsəcəm. Təbii ki, mən də "canımın" qorxusundan ondan uzaq durdum..."

"Oğlanlar dərhal reaksiya verərdilər ki, bəs "Muradın qızı" gəlir"

"Yuxarı siniflərdə oxuyarkən, bizdən bir sinif aşağı oxuyan, Günel adlı qızın arxasınca düşürdüm. O, mənim üçün gözəl təəssürat bağışlayırdı. Saçları, qısa, üzündə də xalı vardı. O dövrdə mən "Leon" filminə baxmışdım. O filmdə Natalie Portmanın canlandırdığı Matilda obrazını çox sevirdim. Bax həmin o Günel mənə Matildanı xatırladırdı. Bütün günü yarpız kimi qızın getdiyi yolda qabağına çıxırdım. O bizim sinfin dəhlizindən keçərkən, sinifdəki oğlanlar dərhal reaksiya verərdilər ki, bəs "Muradın qızı" gəlir".

"Əsl sevgini həyat yoldaşımla kəşf etdim"

"Amma onun arxasınca çox düşsəm də, ürəyimi açmağa cürət etmirdim. İnandırıcı olmasa da, o vaxtlar qızlarla münasibətdə çox utancaq idim. Qəribədir ki, uzun illərdən sonra Bakıda "Space" radiosunda işləyəndə həmin Günellə təsadüfən telefon bağlantısında danışdım. O, radioya zəng etdi ki, filan mahnını kim oxuyur, mən də qızı söhbətə tutdum; "xanım, qəşəng səsiniz var". Xeyli davamlı telefon ünsiyyətindən sonra hətta görüşdük də. Uşaqlıq xatirələrimdən gələn qonaq məni çox təəccübləndirmişdi. Lap hind filmlərindəki kimi. Amma illər sonra anladım ki, bunlar sevgi deyil, uşaqlıq simpatiyalarıdır. Əsl sevgini həyat yoldaşımla kəşf etdim".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7801   Tarix: 04 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043