Azərbaycanda saatların çəkilməsi bəzi xəstəliklərin güclənməsinə təsir edir

Azərbaycanda saatların çəkilməsi bəzi xəstəliklərin güclənməsinə təsir edirAzərbaycanda saatların əqrəblərinin il ərzində bir dəfə irəli çəkilməsi insanların psixoloji durumuna ciddi təsir göstərir.

Bu hal onlarda, xüsusilə də yaşlı insanlarda ürək-damar, sinir sistemi xəstəlikərinin güclənməsinə gətirib çıxarır. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva deyib.

Onun sözlərinə görə, saatların irəli və ya geri çəkilməsi vaxt rejiminin süni şəkildə dəyişdirilməsidir. Pisxoloq bildirib ki, hər bir insanın özünün uyğunlaşdığı bioloji ritm var. İnsan orqanizmi gün işığına əsaslanan daxili bioloji saat üzrə işləyir, bu bioloji ritmə uyğun həyatını qurur. Ancaq saatlar irəli, yaxud geri çəkildə bu bioloji ritmlər pozulur. Nəticədə də insanların, daha cox isə yaşlı insanların təzyiqi dəyişir, onlarda yuxusuzluq yaranır.

"Məsələn, hansısa insan hər gün saat 11-də yatmağa vərdiş edir. Ancaq saatlar irəli çəkildə o, planlaşdırdığı işləri vaxtında görə bilmədiyi üçün saat 12-də yatmalı olur. Artıq onun gün ərzində planlaşdırdığı işlərin vaxtları ilə yeni rejim uyğun galmir. Bu da onu əsəbiləşdirir",-Mirzəyeva deyib.

O qeyd edib ki, saatların irəli və yaxud geri çəkilməsi insanın psixi enerjisinin boş yerə xərclənməsinə səbəb olur. Bu da insanlarda stresin, nevrozun yaranmasına gətirib çıxarır.

Mirzəyeva bildirib ki, saatların əqrəblərinin geri və ya irəli çəkilməsi yeni doğulmuşlara o qədər də təsir göstərmir. Ancaq illərlə adət etdiyi gündəlik rejimə öyrəşmiş insanın neyrofiziologiyası üçün saatların əqrəblərinin çəkilməsi stress amilidir.

Mirzəyeva hesab edir ki, yay və qış vaxtına keçiddən imtina edən ölkələr kimi Azərbaycan da bunu dayandırmalıdır və insanlar da həmişə adət etdikləri vaxt rejimi ilə həyatlarını qurmalıdırlar.

Qeyd edək ki, saat əqrəblərinin çəkilməsi Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli, 21 saylı qərarı əsasında həyata keçirilir. Qərara əsasən, Azərbaycan ərazisində hər il mart ayının son bazar günü "yay", oktyabrın sonuncu bazar günündə "qış" vaxtına keçirilir.

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2436   Tarix: 02 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662