Qida sodasının hansı faydaları var?

Qida sodasının hansı faydaları var?Qida sodasının çoxlu faydalı xüsusiyyətləri var. Onu evdə və məişətdə möcüzəvi vasitə hesab etmək olar. Soda toksik olmadığına görə, hətta hamilələr də onu təmizləyici vasitə kimi istifadə edilə bilərlər.

1. Qida sodası çox asanlıqla hər cür qoxunu aradan qaldıra bilir. Məsələn, soyuducuda, zibil vedrəsində, avtomobildə, ayaqqabı dolabında və başqa yerlərdən gələn pis qoxulara qarşı soda çox effektiv təsir göstərir. Qoxunun qarşısını almaq üçün sodanı suda həll edib ehticac olan yerlərə püskürtmək lazımdır.

2. Qida sodası mədə turşuluğunun aradan qaldırılmasında faydalıdır. O, həmçinin qidaya əlavə olunan kimyəvi və süni aşqarları neytrallaşdırır. Mədə qıcqırması zamanı bir stəkan suya 1 çay qaşığı soda əlavə edib içmək məsləhət görülür.

3. Qida sodasından vanna üçün yumşaldıcı duz kimi istifadə etmək olar.
Belə bir vanna dəri qaşınması və iltihabı zamanı da effektiv təsirə malikdir.
Ağır iş günündən sonra vannaya bir neçə xörək qaşığı soda və hər hansı bir efir yağından bir neçə damcı əlavə edin. Beülə bir vannadan sonra dəri çox yumşaq və hamar olur.

4. Qida sodasınının köməyilə demək olar ki, hər şeyi təmizləmək olar. O, toksik deyil, lakin effektivdir. Məsələn, metal çanaqda olan kirəcləri mükəmməl təmizləyir. Onu qəhvə və tünd çay qəbulundan sonra dişi ağartmaq üçün də istifadə etmək olar.

5. Sodadan ilə heyvanları darama zamanı da istifadə edə bilərsiniz. Əgər onu çimizdirmədən tez bir zamanda qaydaya salmaq istəyirsinizsə onun tüklərini daramazdan öncə həll edilmiş soda püskürdün. Tükləri daramaq asan olacaq, həm də təmiz görünəcək və pis qoxu da gəlməyəcək.

6. Soda paltar yuma zamanı da köməyə gəlir. Paltar yuyarkən bir stəkan sodanı yuyucu toza əlavə etsəniz, paltar daha parlaq rəngdə olacaq və cod su yumşalacaq. Bəziləri sodanı yaxalama zamanı da əlavə edirlər. O, bahalı vasitələrdən də daha yaxşı təsir göstərir.

7. Soda bəzi hallarda saç şampununu da əvəz edə bilər. Sodaya bir qədər su əlavə edib, pasta halına gətirmək, sonra saçları onunla yumaq və su ilə yaxşıca yaxalamaq lazımdır. Saçlar təmiz, yumşaq və parlaq görünəcək. Bundan başqa, soda saçda olan lak, muss və digər kosmetik vasitələri də yaxşı aparır.

8. Sodadan skrab kimi üz və bədən dərisini ölü hüceyrələrdən təmizləmək üçün də istifadə edirlər. Bunun üçün, eyni miqdarda (1-2 xörək qaşığı) soda və duzu bir nəlbəkiyə yerləşdirib, nəm əlinizlə əvvəlcədən islatdığınız dərinizi bir neçə dəqiqə ərzində masaj edin. Sonra isə su ilə yaxşıca yuyun. Dəriniz uşaq dərisi kimi yumşaq və parıltılı görünəcək.

9. Soda xalçaların yuyulması zamanı da təsirlidir. Xalçalarınızı təmizləmək və ya pis qoxulardan azad etmək istəyirsinizsə, həll olunmuş sodanı onun üzərinə püskürdün və ya, soda tozunu yarım saat xalçada saxlayın. Sonra isə tozsoranlayın. Bu vasitədən yeni xalçanın kimyəvi iyini yox etmək üçün də istifadə edə bilərsiniz.

10. Əgər hovuzunuz tez çirklənir və onu mütamadi olaraq yumalı olursunuzsa, bu zaman da soda izin köməyinizə çata bilər. Soda suyu uzun müddət təmiz saxlayır və onu çirklənməyə qoymur. O, göz və dəri üçün zərərsiz olduğuna görə, rahatlıqla sodalı hovuzda üzə bilərsiniz.

11. Soda ilə tez bir zamanda alovu söndürmək olur. Qaz plitəsini yanında bir qutu soda saxlayın. Gözlənilməz yanğın olan zaman o, dərhal sizin köməyinizə gələr.

12. Qida sodası həşəratların sancması zamanı qaşınma və qıcığı aradan götürür. Sodadan pasta düzəldib iltihablı dəriyə, arı, ağcaqanad və digər həşəratların sancdığı yerlərə sürtün.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6895   Tarix: 31 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882