Azərbaycanda cinsiyyətini dəyişdirmək neçəyədir?

Azərbaycanda cinsiyyətini dəyişdirmək neçəyədir?"Qadın olmaq əladır. Hətta ifritə sözü belə "alçaq"dan yaxşı səslənir".

Bu Faina Ranevskayanın sözləridir.

Mən qadınam. Halımdan məmnunam. Amma həmişə belə olmur. Cinsiyyətindən narazı olub narazılıqla kifayətlənənlər də var. Söhbət müəyyən yaşdan sonra cinsiyyət orqanını dəyişməkdən gedir.

Cinsiyyətini dəyişmək təkcə cinsini yox, bütün həyatını dəyişmək deməkdir. 20-30 və ya daha çox il yaşadığı həyatı, seçimlərini dəyişmək yəqin ki, asan məsələ deyil.
Belə bir qərara gəlmək, həqiqətən də, böyük risk tələb edir.

Pis yerdən qərar

Cinsi seçimləri dəyişmək istəyinə seksapotoloq alimlər müxtəlif münasibətlər bildirirlər. Məşhur seksapotoloq Karren Horniyə görə cinsiyyətini dəyişmək istəyi bir günün içində yaranmır. Bu anadangəlmə və sonradan qazanılmış hormonal problemlərdən irəli gəlir.
Bəzi seksapotoloqlar bunu fiziki xəstəlik, bəziləri isə psixiki pozuntulardan, daxili sarsıntılardan yarandığını deyir.

İnsanın daxilən yaşandıqlarının ictimai təzahürü və nəticəsi olaraq isə son qərar cinsiyyət orqanının dəyişməsi olur.
Cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı bir statistika aparılmayıb. Qeyri-rəsmi rəqəmlərə görə 2012-ci ildə Azərbaycanda 12 kişi cinsi orqanını dəyişib.
Müasir dünya üçün burda elə də qeyri-adi hadisə yoxdur. Yalançı insan haqları, insanın öz bədəni ilə istədiyini etmək azadlığı buna çoxdan icazə verib. Məsələ burasındadır ki, insan haqlarının beşiyi olan Amerika və Avropa ölkələri yox, Şərq ölkələri cinsiyyət orqanının dəyişdirilməsi statistikasında birinci yerdədir.

İran dünyada cinsiyyət orqanını dəyişənlərin siyahısında birinci yerdədir. Din amili, mentalitet İranda bu dəyişikliyə mane ola bilmir. İranın "Sazmane-Behzistiye-Keşvər" (Firavan və Xoşbəxt Həyat) təşkilatı ölkədə cinsiyyətini dəyişənlərə 5 milyon tümən (təxminən 5 min dollar) həcmində vəsait ayıracağını bəyan edib.

Təşkilat rəsmilərindən biri jurnalistlərə açıqlamasında bu məbləğin 4 milyon tüməninin kredit, 1 milyon tüməninin isə əvəzsiz yardım olduğunu söyləyib.

Təşkilatın statistikasına görə, ötən il İranda 147 nəfər öz cinsiyyətini dəyişib, 300 nəfər isə hazırda cinsiyyətini dəyişmək üçün növbə tutub.

İranda cinsiyyət orqanını dəyişmək üçün aparılan cərrahiyyə əməliyyatı müştəriyə 5 min dollara başa gəlir.

Azərbaycanda cinsi orqanı dəyişdirmək məqsədi ilə müraciət etmək üçün bircə nəfər belə mütəxəssis yoxdur. Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim-Camal Əzimzadə olub. O da bir il öncə dünyasını dəyişib. Maraqlı fakt burasındadır ki, cinsiyyətini dəyişmiş 12 nəfərin 8-i cinsiyyətini məhz Azərbaycanda dəyişib. Bu da o deməkdir ki, hazırda cinsi orqanın dəyişdirmək sahəsində mütəxəssis olmayan həkimlər bu işi görür.

Şok ucuz qiymətlər

İran cinsiyyət orqanını dəyişdirməyin ən ucuz olduğu ölkədir. Burda qiymətlər çox ucuzdur: Qadını kişiyə çevirmək 8 min, kişini qadına çevirmək isə 6 min dollardır. Azərbaycanda isə bu qiymət 12 min manatla 30 min manat arasında dəyişir. Mütəxəssis olmamasına baxmayaraq, Azərbaycanda keçirilən plastik cinsiyyətin dəyişdirilməsi əməliyyatlarından Türkiyə vətəndaşları da faydalanır. Türkiyədə cinsiyyət orqanının dəyişdirilməsinin qiyməti nə az, nə çox 140 min manatdır. Türkiyədə cinsiyyət orqanının dəyişdirilməsi ilə bağlı qanun ciddi olduğuna, həm də qiymətlərin baha olmasına görə bu əməliyyat üçün Azərbaycana üz tutanlar da var.

Kişi olmaqdan bezənlər

Təkcə Azərbaycanda yox, bütün dünyada cinsiyyət orqanını dəyişənlər ən çox kişilərdir. Ümumi statistikaya gəldikdə isə cinsiyyət orqanlarını dəyişənlərdən çox bizdə transseksuallar daha çoxdur. Onlar isə özlərinin bildikləri səbəblərə görə cinsiyyət orqanlarını dəyişmək niyyətində olmurlar.

Ən gənc cinsini dəyişən oğlan

Böyük Britaniya vətəndaşı olan 16 yaşlı Bradley Cooper adlı gənc oğlan cinsiyyətini dəyişməyə qərar verib. Britaniya ictimaiyyəti onun bu qərarı vermək üçün olduqca gənc olduğunu düşünür, hətta daha əvvəl bu tip əməliyyat keçirən insanlar da onun bu qərardan peşman olma ehtimalının yüksək olduğunu vurğulayıblar. Lakin 12 yaşından başlayaraq qadın olmaq arzusu ilə yaşadığını və qadın paltarları geyindiyini bildirən Bradley Cooper bu əməliyyata hazır olduğunu bildirib. Həmçinin gənci müayinə edən psixoloqlar onun əməliyyata hazır olduğu qənaətindədirlər.

Maraqlısı odur ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən olan NHS (The National Health Service) sığorta şirkəti onun bu əməliyyatı üçün 10 min sterlinq ödəməyi qəbul edib.
Əgər əməliyyat həyata keçsə, Bradley Cooper cinsiyyətini dəyişən ən gənc insan olaraq tarixə düşəcək.
Xatırladaq ki, bu günədək cinsiyyətini dəyişən ən gənc insan 18 yaşlı Almaniya vətəndaşı Kim Petras olub.

Azərbaycanda əsgərlik yaşı 18-dir. Bu yaşa qədər isə cinsiyyət orqanını dəyişdirmək xarici ölkələrdə mümkündür.

Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən LGBT-nin (Lezbiyan, gey, biseksual və transeksualların təşkilatı ) 2011-ci ildə Azərbaycanda nümayəndəliyi yaradıldı. Nümayəndəliyin rəhbəri (adı gizli saxlanılır) deyir ki, təşkilatın fəaliyyəti müxtəlif problemlərlə qarşılaşsa da, 11 ölkə ilə birgə layihə həyata keçirir. Adıçəkilənlərin Azərbaycandakı hüquqlarının müdafiəsi sahəsində seminarlar keçirir, video roliklər, sayt hazırlanır. Təşkilatın sədri isə bildirir ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda cinsi azlıqlara, eləcə də cinsiyyət üzvünü plastik cərrahiyyə yolu ilə dəyişənlərə münasibət xeyli tolerantlaşıb. Əvvəllər ailələrin və ictimaiyyətin münasibəti kəskin idisə, indi bir qədər yumşalıb. Özü isə heç bir problemlə qarşılaşmır. Ətrafı onu olduğu kimi qəbul edib sevir.

Cinsiyyət üzvünü dəyişənlərə gəlincə, müsahibim deyir ki, indiyədək tanıdığı 3 qadın və bir kişi cinsiyyətini dəyişib. Qadınlara cinsiyyətini dəyişmək isə daha asandır. Çünki qadınların kişi paltarları geyinməsi ətrafdan elə də diqqət çəkib hər hansı problemə səbəb olmur. Kişilərin isə müəyyən ehtiyaclardan cinsiyyət orqanını dəyişdirməsi diqqət çəkir və müxtəlif problemlərə yol açır. Cinsiyyət orqanını və cinsi seçimlərini dəyişmək ehtiyacının xəstəlik olub olmamasına isə LGBT sədri belə bir münasibət bildirdi ki, Beynəlxalq İnsan Haqları Konvensiyası şəxsin cinsi azadlıqlarına hörmətlə yanaşmağı, nəinki mühakimə, müzakirə belə etməyi, məcburi tibbi müayinəni də qadağan edir. Azərbaycan da Konvensiyanı ratifikasiya etdiyi üçün bu qaydalara əməl etməyə borcludur.

Cinsiyyətini dəyişdirmiş şəxslərin sonrakı həyatındakı sənəd dəyişikliyinə gəlincə isə, Azərbaycan Qanunvericiliyində bununla bağlı hansısa müddəa nəzərdə tutulmayıb. Sadəcə olaraq sərhəddi keçəndə, bir ölkədən başqa ölkəyə getdikdə problemlər, anlaşılmazlıqlar olur. Sərhəd xidməti bir anlıq şoka düşsə də, az sonra anlaşılmazlıq aradan qaldırılır.

LGBT sədri deyir ki, şəxsən özü cinsiyyətini dəyişdirməyə ehtiyac görmür. Cinsiyyətini dəyişdirənlər haqda isə belə deyir: "Kiminsə cinsi istəklərini, tələbatını, öz bədəni ilə istədiyini etməyi normal qəbul etməliyik. Cinsiyyətini dəyişirsə, deməli, ona belə xoşdur. Belə özünü daha yaxşı ifadə edə bilir. Bunu mühakimə etmək qanunlara ziddir".

Millət vəkili, Milli Məclisin sosial siyasət komisiyasının sədr müavini Musa Quliyev isə Azərbaycanda cinsiyyətini dəyişənlərin kütləvi olmadığına görə bu məsələni Milli Məclisdə müzakirəsinə ehtiyac olmadığını deyir. Ümumilikdə isə millət vəkili deyir ki, Azərbaycan Qanunvericiliyində cinsiyyətini dəyişdirməklə bağlı konkret qanun yoxdur. Eləcə də, bu haqda hər hansı bir qadağa olmadığına görə heç bir cinayət məsuliyyəti daşımaqdan söz gedə bilməz. Qeyri-mütəxəssis həkimlərin cinsiyyət orqanının plastik əməliyyat aparmasına gəlincə isə, bu haqda danışılsa da, konkret narazı qalıb şikayət edənlər yoxdur.

Musa Quliyev deyir ki, şəxsən özü cinsiyyətini dəyişdirənlərə çox pis baxır. Onları təbiətin ziddinə getməkdə, milli dəyərlərimizə hörmət qoymamaqda qınayır.

Cinsiyyətini dəyişdirmək istəyi xəstəlikdir, yoxsa insan azadlığı?

Tanınmış cərrah Vaqif Qələndərlinin isə cinsiyyət orqanının dəyişdirilməsinə münasibəti birmənalıdır: "Cinsiyyət orqanını dəyişdirmək üçün bizə kifayət sayda müraciət edənlər olur. İlk növbədə belə pasiyentləri psixoloqa göndəririk. Bu fikrə düşən insanlar daha çox hansısa sosial problemlərin nəticəsində belə qərar verir. Onları psixoloji yardıma istiqamətləndirmək daha çox fayda verir. Cinsiyyət orqanlarının anomaliyasında isə hər cür əməliyyatlar aparırıq. Anadangəlmə cinsiyyət üzvündə problemlər olduqda, ikili cinsiyyət olduqda həmin əməliyyatları həyata keçiririk. İkili cinsiyyət olduqda isə analizlər, müayinələr aparılır. Şəxsdə hormonlar XX çıxarsa kişi cinsiyyət orqanı, XY çıxarsa qadın cinsiyyət orqanı saxlanılır.

Türkiyədə cərrah işlədiyim vaxtlar cinsiyyət orqanı əməliyyatı həyata keçirmişəm. Avtoqəzada cinsiyyət orqanı qırılıb düşən insanın qolundan toxuma götürərək yerinə bərpa eləmişəm. Heç bir cinsi, fiziki problemi, anomaliyası olmayan insanı isə ağlı başında heç bir həkim əməliyyata qəbul etməz. Ola bilər ki, bu qanunvericiliklə qadağan deyil. Lakin bu tibbə ziddir. Cinsiyyət üzvündə problem, anomaliya olmayan insanın cərrah yanına gəlib cinsiyyət üzvünü dəyişdirmək müraciəti sadəcə olaraq psixoloji problem nəticəsində yaranır. Bunun da yeganə yolu həkim-psixoloqun köməyindən faydalanmaqdır. Cinsiyyətini dəyişdirmək istəyən insanın ünvanı cərrah yox, psixoloqdur Azərbaycanda belə bir əməliyyatı həyata keçirən həkim isə yoxdur. Bu dəqiq məlumatdır".

Cinsiyyətini dəyişdirmək və ya avropalıların təbirincə desək, "unisex" olmağa tibb də, qanunvericilik də imkan verir. Lakin əsas məsələ illərlə qadın, yaxud kişi kimi yaşayan insanın belə bir qərar verməsinin sosial amillərdən doğması düşündürücü məsələdir. Böyük maddiyyat tələb edən əməliyyatı etdirənlərin çoxunun maddi vəziyyəti elə də yaxşı olmayan insanlardır. Türkiyə musiqisinin divası hesab edilən Bülənt Ərsoy müsahibəsində deyir ki, cinsiyyətini dəyişdirmək üçün əməliyyata pul toplamaq məqsədi ilə 2 il ən ucuz pavilyonlarda oxumağa belə razı olub. Nəhayət, 1982-ci ildə lazım olan 40 min dolları toplayıb Londonda əməliyyat keçirib. Səbəbini isə belə izah edir: "Kişi kimi heç vaxt xoşbəxt olmamışam. Layiq olduğum qiyməti isə qadın olduqdan sonra alacağımı düşünmüşəm".
İnsanlara layiq olduğu qiyməti cinsiyyətinə görə verməyək.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6549   Tarix: 31 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222