ANS TV Berezovskinin öldüyü evi çəkməyə müvəffəq olub (Video)

ANS TV Berezovskinin öldüyü evi çəkməyə müvəffəq olub (Video)Polis mərhum biznesmenin evini nəzarətə götürüb.ANS TV Berezovskinin öldüyü evi çəkməyə müvəffəq olub. Bununla bağlı məlumat verən ANS TV-nin London bürosunun müxbiri Fuad Mustafayev qeyd edib ki, hazırda mərhum biznesmenin evi polis tərəfindən nəzarətə götürülüb: "Hal-hazırda Berezovskinin Londona yaxın Askot, Berkşirdə yerləşən imarətinin önündəyik. Gördüyünüz kimi, ev polislərin nəzarəti altındadır. İçəri heç kəs buraxılmır". Qeyd edək ki, Berezovskinin cəsədi keçən şənbə bu evin hamamında tapılıb.

İndi ən çox müzakirə olunan məqam məhz Berezovskinin ölümü ilə bağlı ortalıqda olan qaranlıq məqamlardır. Belə ki, məşhur biznesmenin yaxınları intihar versiyasını qəbul etmirlər. Mərhumun dostu, biznesmen Mixail Çernoy bildirib ki, Berezovski ona ölümündən bir neçə gün əvvəl İsrailə səfər etməyə hazırlaşdığını deyib. Berezovskinin daha bir dostu da bu məlumatı təsdiqləyib.

Berezovskinin meyidinin tibbi ekspertizası ilk olaraq, mərhumun boğularaq öldüyünü ortaya çıxarmışdı. İndi isə ekspert qrupu rusiyalı Maqnat Boris Berezovskinin ölümündən əvvəl qabırğasının sındığını müəyyənləşdirib. Bununla belə, Berezovskinin bədənində digər zorakılıq izləri aşkarlanmayıb.

İlkin məlumata görə, biznesmenin dəfn mərasimi altı həftədən tez baş tutmayacaq. Polis bütün istintaq hərəkətləri başa çatdıqdan sonra dəfnə icazə verəcək. Oliqarxın harada dəfn olunacağı isə hələlik dəqiqləşməyib.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2254   Tarix: 30 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390