Bakı metrosunda qorxulu anlar (Video)

Bakı metrosunda qorxulu anlar (Video)Vaqonların hərəkət cədvəlində problemə səbəb yeni gətirilən vaqonların birində yaranan nasazlıq olub

Bakı metrosunda bu səhər yaranan problemin səbəbi məlum olub. Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Trend-ə bildirib ki, vaqonların hərəkət cədvəlində problemə səbəb yeni gətirilən vaqonların birində elektrik qidalanma sistemində yaranan nasazlıq olub və qatar gərginlikdən açılıb. Ona görə də vaqonların hərəkətində problem yaranıb.

Onun sözlərinə görə, həmin vaqon xəttdən aparıldıqdan sonra digər vaqonların hərəkəti bərpa olunub.

Tağızadə qeyd edib ki, yeni gətirilən vaqonların test rejimində işləməsi zamanı indiyə qədər hər hansı problem yaranmamışdır. Yeni vaqonda yaranan texniki problem araşdırılacaq.

Bu gün səhər saat 10:00 radələrində Bakı Metropolitenində qorxulu anlar yaşanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində hərəkət edən qatar yarım saatdan çox tuneldə qalıb. Qatar tuneldə qalan zaman isə əsl dəhşət sərnişin sıxlığı nəticəsində yaranmış havasızlıqdan yaşanıb.

Sonradan qatar "İnşaatçılar" stansiyasında platformaya gətirilib və sərnişinlər boşaldılıb. Daha sonra "İnşaatçılar" stansiyasında sərnişin sıxlığı olduğu üçün insanlar stansiyadan çölə çıxarılıb. "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində isə qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenindən verilən məlumata görə, hadisəyə qatarda yaranmış texniki nasazlıq səbəb olub. Hazırda həmin qatarın xəttdən çıxarılması istiqamətində işlər aparılır. Xoşbəxtlikdən hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sadəcə "Dərnəgül" istiqamətinə qatarların hərəkətində ləngimələr var. Lakin həmin istiqamətdə hərəkət tam olaraq dayandırılmayıb. Yaxın saatlarda, nasaz qatarın xəttdən çıxarılaraq depoya aparılmasından sonra qatarların normal hərəkəti təmin olunacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 13433   Tarix: 29 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390