Berezovskinin ölümü ilə bağlı sensasion iddia (Video)

Berezovskinin ölümü ilə bağlı sensasion iddia (Video)Tibbi ekspertiza oliqarxın ölümündən əvvəl qabırğasının sındığını müəyyənləşdirib.Londonda dünyasını dəyişən məşhur oliqarx Boris Berezovskinin ölümünü araşdıran tibbi ekspertizanın nəticələri açıqlanıb. Ekspertiza nəticəsində məşhur biznesmenin qabırğasınin sındığı məlum olub. Bu barədə Britaniyanın "Guardian" qəzeti onun ailə üzvlərinə istinadən xəbər yayıb.

Bununla yanaşı, ekspertiza mərhumun bədənində heç bir qançır izləri də aşkar etməyib. Oliqarxın ailəsinin bildirdiyinə görə, dəfn 6 həftədən tez baş tutmayacaq. Polis bu müddətdə bütün lazımi ekspertizaları aparacaq.

Bu yaxınlarda oliqarxın boğularaq öldürülməsi ilə bağlı da xəbərlər yayılmışdı. Həkimlər buna görə toksikoloji və histoloji araşdırmaların lazım gəldiyini bildirirlər.

Əlavə edək ki, Rusiya hökuməti Berezovskinin Rusiyada dəfn edilməsinin mümkünlüyünü bəyan edib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun bildirdiyinə görə, əgər bununla bağlı hər hansı müraciət olunsa, Kreml bunu nəzərdən keçirəcək.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1777   Tarix: 29 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740