2013 Formula 1 Malaziya Qran Prisi

Əslində hər şey hər qran pridə olduğu kimi başlamışdı.Cümə günü 2 sərbəst yürüşlər,sonra sıralama və yarış.Bazar günü isə Formula 1 dünyası tarixi və unudulmaz hadisələrə şahid oldu.Startdan etibarən hər şey başlamış oldu.

Ferrari pilotlarının 2-ci 3-cü sıradan yarışa başladığı yarışda,yarış templərinin də yüksək olması ilə əlaqədar,yarışı 1-ci 2-ci sırada bitirəcəkləri ehtimal olunurdu.Gəl ki,hər şey trasda məlum olur.Yarışın ilk hadisəsi Alonsodan gəldi.Keçən ili yüksək səviyyədə keçirən,hətta pilotlar içində ən az cəza alan pilot idi.2ci döngədə Vettelin bolidinə təmasla ön qanadı zədələndi.Öz dediyinə görə Vettel o döngədə yavaş qaldı,aramızda ən azı 10km/s fərq var idi.Alonso sürətli girdi o döngəyə,yoxsa Vettelmi çox yavaş qaldı?!Alonso kimi pilotunda buna diqqət etməsi lazım idi.

Ön qanad qırılandan sonra hamı Alonsonun pitstop edəcəyin düşünürdü,amma əksi oldu.Ferrari Alonsonu qırıq qanadla trasda saxladı.Düşününcə Ferrari yaxşı strategiya tapmışdı.Ən azından 3-4 tur dayanıb sonra pitstop edib,zərəri ən aza salmağı düşünürdülər,ilk tur hər şey qaydasında idi.Qırıq qanad döngələrdə və düzlüktə ağırlığa tab gətirə bilirdi,amma yanınızda bir bolid gələnə qədər.Onun türbülansından ön qanad nizamsız hərəkət etməyə başlayar,Webber də ötməyə məhz Alonsonun sol tərəfindən,qanadın qırıq olduğu yerdən başlamışdı.Təbii ki,bu da qanadın qırılıb bolidin altına girməsinə səbəb oldu.Alonso 200cu qran prisində ilk turda yarış xarici qaldi.

2013 Formula 1 Malaziya Qran PrisiMassanın da startda geridə qalması ilə,meydan Vettellə Webberə qalmışdı.Yarış içərisində Hamiltonun yüksəlişi var idi.Çata bilərdimi?Mercedesin təkərdən istifadə edə bilməməsi tezlikə suala aydınılıq gətirdi.

2013 Formula 1 Malaziya Qran PrisiYarışda hamının üzündə gülüş yaradan hadisəsi,Hamilton ilk pitstopa girəndə səhvən Perezin pitstopu üçün hazır dayanan mclaren pit komandasının arasına girməsi oldu.Təbii ki,6 il Mclaren pilotu olub,onu da başa düşmək lazımdı.Bəlkədə köhnə komanda yoldaşları üçün darıxmışdı.Mclaren rəsmi tvitter hesabından Hamiltona zarafat şəklində "nə vaxt isdərsən gəlib salam verə bilərsən" mesajı atıldı.Daha sonra mexaniklərin xəbərdarlığı ilə öz pit komandasına doğru hərəkət etdi.
Force İndia yeni təkər bağlama sistemi yarışda pilotları üçün tam bir kabus oldu.Komanda pitstoplarda vaxt qazandıracagını düşündükləri yeni təkər bağlama sistemi bu həftə pilotlarını ön sıralardan etdi.Avstralyada və burda,sərbəst yürüşlərdə problem yaşamamışdılar.Komanda hesab edir ki,buna səbəb havanın isti olması olub.
2013 Formula 1 Malaziya Qran PrisiBaşqa pitstop qurbanı olan pilot da Button oldu.Liderliyə qədər yüksəldiyi yarışda pitstopdan sonra ön təkərin bağlanmamasına görə pitdə dayandı,geriyə qaytarılıb düzəltdikdən sonra yarışa qayıtdı.12ci sıraya qədər yüksəldi.Amma yarış sonlarında təkərdə vibrasiya olduğuna görə yarışı dayandırmalı oldu.
2013 Formula 1 Malaziya Qran PrisiGələlim yarışın ən çox danışılan hissəsinə.Komanda əmrləri.İlk Mercedesdən danışacam.Rosberg yarışda Hamiltondan sürətli idi.Hətta yarışın son turunda,Rosberg düzlüktə ayagını qazdan çəkdi.Amma komandadan gələn təlimatla yarışı bu pozisiyada bitirmələri deyilmişdi.Kimisinə görə səhvdi,yarış ruhun öldürür,kimisinə görə haqlı idilər.Mercedes komandası bu əmri çox etirazlara səbəb oldu,amma bunu da qəbul etmək lazımdı.Komanda uzun müddət idi bu ilki qədər rəqabətçi deyildi,ötmə anında olası bir təmas hər iki pilota dəyərli vaxt itkisinə səbəb bilərdi.Amma pilotlar bir birləri ilə nə qədər mübarizə aparacaqları ayri bir sualdı.Yarış bitdikdən sonra Ros Braunun komanda radiosunda Rosbergi yaxşı yarış üçün təbrik etdikdə,Rosbergdən gələn cavab "Bunu unutmayın" oldu.Podyumun son pilləsi məhz onun haqqı idi.Hamiltonunda dediyi kimi.

Redbull,xüsusilədə Vettel formula 1 tarixində undulmaz hadisənin baş rolunda oldu.Yarışın orta hissəsinə qayıdaq.Vettel komanda radiosunda "Webber məndən yavaşdı onu önümdən çəkin" dedi.Bir anlıqda olsa ağıllara məhşur 2010 Almaniya qran prisində Ferrari komandasının Massaya "Alonso faster than you" mesajı gəldi.Təbii ki,bu olan fərqlidi.3 dəfə çempion olmuş pilot üçün bu xoşa gəlməz haldı.Çempionluq bir qırağa hər bir pilot üçün bu qəbul edilməz bir şeydi.Komanda yoldaşına qarşı hörmətsizlikdi.Ötməyə imkan verən,üstəlik 2 DRS zonası və hələ sezonun 2ci yarışında bunu etmək nə qədər düzgündü,maraqlıdı.Vettelin məhz bu danışığından sonra komandadan "səbirli ol" açıqlaması gəldi.Nə oldusa son pitstoplardan sonra oldu.Vettel düzlüktə Webberi ötməyə çalışdı.Az qalmışdı pit divarı ilə təmas olsun.

2013 Formula 1 Malaziya Qran Prisi1 sektor boyunca mübarizə davam etdi,ilk sektorun sonunda Webberin ayagını qazdan çəkməsi ilə Vettel birinciliyə çıxdı.Radiodan Vettelə bunun "axmaqca" oldugun dedilər.Yarış bitənə qədər heç kim komanda içindəki vəziyyətdən xəbəri yox idi.Damalı bayraqda Webber pit komandası dayan tərəfdən keçmək əvəzinə trasın sol tərəfi ilə getməsi,pit divarında dayananların sevinməməsi,artıq hər şeyi yavaş yavaş şəkilləndirirdi.Webber yarış bitəndən sonra podyuma çıxmagı belə rədd edirmiş,komanda güclə razı salıb. podyum öncəsində isə Red bull komandasında vəziyyət açıq görünürdü,Newey,Vettel sakit,gərgin görünürdülər,sanki 1ci 2ci yerləri qazanmayıblar kimi.Webberin də gəlməsiylə hər şey tamamlandı.Markla danışmaq istəyən Vettel cavabında "Multi21 Seb Multi21"dedi."Multi21" məsələsinə isə az sonra qayıdacam.
Vəziyyət olduqca gərgin idi.Son dövürlərin ən səssiz podyumu idi,bir yandan Redbull komandasındaki gərginlik,digər yandan komanda əmri ilə podyuma çıxan Hamilton.Üzlərdə məcburi gülüş ifadəsi var idi.Mükafatlar veriləndən sonra şəkil çəkdirəndə Webber sanki komanda yoldaşı deyil,2 düşmən kimi dayandı.Sakit,əlləri yanında.

2013 Formula 1 Malaziya Qran PrisiWebber podyumda verdiyi musahibədə hər şey az çox məlum oldu.Webber açıqlamasında "Komanda son pitstoplardan sonra motoru qənaət rejiminə keçirib,yarışı bitirməyimi istədi.məndə eynisini etdim.Daha sonra mübarizə başladı.

Qayıdalım "Multi21"ə.Bu ifadə işlədilərkən pilotlar trasda yerlərini qorumaq kimi başa düşülür.Hətta Webber yerinin qorunması ilə əlaqadar komandadan 2 dəfə söz alır.Amma necə olur ki,Vettel bütün komandanı heçə sayaraq bu qərarın üstündən xətt çəkir və öz qərarıyla hərəkət edir.Nəticədə bu bir komanda oyunudu və sən o komandanın bir pilotusansa verdiyin sözə də əməl etməlisən.Bundan sonra komanda Vettelə necə inanacaq,maraqlı məqamdi.Bundan sonra aralarında dostluq munasibəti də ciddi şəkildə sarsıldı.Webber verdiyi açıqlamalarda da Vettelə olan munasibətini bəlli etdi.Bu hadisə onu çox sarsmışdı.

Nə olursa olsun,Malaziya qran prisi son illərin ən yadda qalan hadisələrinə şahid oldu.
Komanda əmrləri və komanda əmrinə tabe olmayan pilot.

mənbə: zamigsalahov.blogspot.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2364   Tarix: 28 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24.03.2024 538
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 192
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 428
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 652
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1868
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 390
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 321
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 539
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 216