Emin Ağalarov: "Musiqi də mənim üçün biznes layihədir"

Emin Ağalarov: "Musiqi də mənim üçün biznes layihədir"«Forbes» jurnalının əlavəsi olan «Forbes Life» Rusiyada yaşayan azərbaycanlı milyarder, «Crocus Group»un prezidenti Araz Ağalarov və oğlu, həmin şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarovla müsahibə dərc edib. Bu il Araz Ağalarov dünyanın ən varlı adamları siyahısında 1,8 milyardla 831-ci yeri tutub.

Axşam.az Azadlıq Radiosuna istinadən müsahibədən bir hissəni dərc edir:

- Oğlunuz oxumaq istədiyini deyəndə atası onunla biznesi atmayacağı barədə şərt kəsmədi ki?

Araz Ağalarov: Bizim ailədə şərt kəsmək söhbəti yoxdur. Onsuz da ona əməl edən olmayacaq. (Hər ikisi gülür).

Emin Ağalarov: Atam musiqini çox sevir. Mən uşaq olanda, bir yerdə müxtəlif müğənnilərə qulaq asardıq, hansısa mahnılardan birgə zövq alardıq. Məncə, rəssam olmağa qərar versəydim, buna dəstək olmaya bilərdi. Bundan əlavə, musiqi də mənim üçün biznes layihədir. Dəli deyiləm ki, pulsuz oxuyum. Vaxtımın dəyəri var. Səhnəyə çıxıram, ancaq pul qazanmıramsa, deməli vaxtı boşuna keçirirəm. Oxumağın özündən aldığın həzz tez keçir. Valideynlərinin, bir-iki dostunun bəyəndiyi mahnını bəstələmək asandır. Ancaq adamların konsertinə bilet alması, ticarət mərkəzi tikmək, onu icarədar və alıcılarla doldurmaq üçün eyni qanunları bilmək və əməl etmək lazımdır. Çox işləmək heç də həmişə yaradıcılıqla məşğul olmaq demək deyil. Mən səhər altıda «musiqiylə məşğul olmağa» gedəndə, bir ofisdən digərinə keçirəm, yenə də məsələ həll edirəm: təşkilati, texniki və maliyyə məsələlərini. Rutin işlə məşğulam.

- Bəzən biznes sülaləsindən siyasi sülalə yaranır. Sizin ailədə hadisələrin belə bir inkişafı mümkündürmü?

A.A: Xeyr. Layihələrimiz bizim üçün siyasətdən daha maraqlıdır.

E.A: O, (siyasət-red.) azadlığını məhdudlaşdırır.

- Qərbdə bəzən varlılar varislərini mirasdan məhrum edirlər. Buna necə baxırsınız?

A.A: Deyərdim ki, bu variantı özümə yaxın saymıram. Bir tərəfdən, bu çətindir – sərhədi keçməmək, uşağı ərköyünləşdirməmək, onun həyata marağını itirməsinə gətirəcək imkanlar yaratmamaq, «hər şeyi» varsa, artıq işləməyə dəyməz. Digər tərəfdən – «daha çox çalışmağa» istənilən həddə səbəb yarana bilər. Kiminsə doyumluq həddi – mənzil, bir şüşə araq və bir qutu siqaretdir. Kimin üçünsə bu – maşın, benzin pulu və acından ölməməkdir. Ancaq bilirik axı, başqa cür də olur. «Crocus»un varsa, bundan daha böyük nə təsəvvür etmək olar. Özünün etdiklərini uşaqlara göstərmək və izah etmək olar ki, onlar bundan da artığını etməlidirlər.

- Güman etmək olar ki, nə vaxtsa şirkətə Emin Arazoviç rəhbərlik edəcək?

A.A. Ondan başqa kim ola bilər ki?

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5512   Tarix: 27 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb. Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı süni intellekt texnologiyası xəstələrin psixoloj

23.03.2024 299
.

Finlandiya yenə xoşbəxtdir

Finlandiya ardıcıl yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib. xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. "Dünya Xoşbəxtlik Hesabatı"na əsasən Skandinaviya ölkələri yenidən ən yüksək pillədə qərarlaşıb, Danimarka ikinci, İslandiya üçüncü, İsveç isə dördüncü yerdədir

20.03.2024 389
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 393
.

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər. Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 mi

17.03.2024 438
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

Həyatın necə başladığı məlum oldu: Tarixi kəşf...

Telefonlar, binalar və hətta insanlarsız bir dünya təsəvvür etmək bizim üçün çətindir, amma bir zamanlar dünya sadəcə maqmanın odlu şorbası idi. xarici KİV-ə istinadən xəbər verir ki, planetin soyumağa başlaması və maye su okeanlarının əmələ gəlməsi üçün bir neçə yüz milyon il lazım idi; Sonra, fotosinteti

10.03.2024 796
.

"Windows 11"də "Android" proqramlarını yükləmək mümkün olmayacaq

"Microsoft" şirkəti "Windows 11" üçün "Subsystem for Android" sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib. Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq. "Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları "Windows 11"də mobi

10.03.2024 398
.

Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki. İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur. Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçü

24.03.2024 2983
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 320