Söz-söhbətlə sənətə gələn müğənni (Video)

Söz-söhbətlə sənətə gələn müğənni (Video)Rəşad İlyasov sənətə gələrkən qohumlarının və dostlarının ona olan münasibətindən danışıb.Odessa şəhərində azərbaycanlılar üçün təşkil olunan Novruz şənliyində çıxış edən Rəşad İlyasov Bakıya gələr-gəlməz "Şoubiz"in mikrafonuna sənətə gələrkən qohumlarının və dostlarının ona olan münasibətindən danışıb.
Müğənni qeyd edib ki, sənətə gəlməyinin özü bir gündəmə çevrilib: "Mən kanon ifaçısı kimi gəlmişəm və oğlan kanon çalanlar dəli oldular. Mənim "Çağdaş" klipim gedəndə deyirdilər bu yunandır, italyandır. Titrlara baxmırdılar. bəzən deyirdilər qardaş mahnısıdır, 2 nəfər idik rolda".

Rəşadın sözlərinə görə, onun sənətə gəlişi çox söz-söhbətlər doğurub: "Qohumlarım da dedilər qız alətidir, bir iki nəfər ağzını büzdü. Ondan sonra başladım oxumağa, bu da maraqla qarşılandı. Kanon ifaçısının oxuması Azərbaycan səhnəsi üçün rast gəlinən bir şey deyil. Olub bizim ifaçılarımız, amma aləti atıb keçiblər oxumağa. Mənim ikisini də daşımağım, yürütməyim maraqlı addım oldu".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2742   Tarix: 27 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390