İtalyanların Parmedjano Redjanosu

İtalyanların Parmedjano Redjanosu Parmezan

Bu pendirlərin kralı və kralların pendiridir. İtalyanlar onu belə də adlandırır: "Parmedjano Redjano". Ölkə xaricində və bəzən İtaliyanın özündə "parmezan" deyəndə bunun bərk pendir növü olduğunu düşünürlər. Bərk pendiri italyanlar ta qədimdən hazırlayırdılar. Onlardan biri "qrana" adı ilə məşhurdur.
İtaliyada parmezanın bir-birindən fərqlənən bir neçə növünü hazırlayırlar. İlk parmezanı Parma ətrafında hazırlayıblar, elə burdan da onun adı götürülüb. 1364-cü ilə aid məlumatda bu şəhərdə parmezanın aktiv şəkildə ticarətdə istifadə olunması haqqında məlumat verilir.
Parmezan ən bərk pendir növləri arasında ən bərkidir, bununla bərabər, yağlı da deyil (quru maddədə 32% yağ).

Pendir zirzəmidən çıxarkən onları yoxlayan italyan pendir istehsalçıları kiçik çəkiclə pendirin keyfiyyətini yoxlayır və pendirin səsindən onun sağlamlığını və boşluqların yaranıb-yaranmadığını müəyyənləşdirirlər.

Əgər konsistensiyada hər hansı bir pozğunluğun olduğu aşkarlanırsa, pendir barabanını açır və zay olmuş məhsulu ovulmuş pendir istehsalına əlavə edirlər. Ovulmuş pendiri qurudur, daha sonra bükür və qablaşdırırlar. Düzdür, təzə ovulmuş parmezanın dadını qablaşdırılmış pendirlə müqayisə etmək olmaz.

Parmezanın yetişmə müddəti insanı heyrətə gətirir – o, 10 il və daha artıq müddətə yetişir. Buna baxmayaraq, mütəxəssislər söyləyir ki, o, öz keyfiyyətini itirmir, əksinə, daha da bərkləşir. O qədər ki, onu ancaq çəkiclə parçalamaq mümkün olur, bununla yanaşı, öz keyfiyyətini uzun müddət qoruyub saxlayır. Ancaq adətən, bu pendir 3-4 ilə yetişir və nəticədə xoş, kəskin ətir və şortəhər dad əldə edir. Bu pendirin istehsalı artıq çoxdandır ki, İtaliyanın sərhədlərini aşıb.

Parmezan demək olar ki, həmişə ovulmuş şəkildə istifadə olunur – onu müxtəlif yeməklərə əlavə edir və ya makaron üçün qarnir kimi istifadə edirlər.

"Qrana" və "parmezan" bərk pendirləri italyan pendirləri arasında ən çox istehsal olunan pendir növləridir. Üyüdülmüş pendir kimi bəzən italyan provolonesini də istifadə edirlər.

Qrüer

Qrüer - İsveçrə klassikası, möhkəm pendir, ilk dəfə Fribur kantonunda hazırlamağa başlayıblar. Bu səbəbdən fransızlar isveçrə qrüerini "fribur" adlandırırlar. Fransada "qrüer" sözünü, adətən sıxılmış, baraban formasında olan bütün növ bərk pendirlər kimi qəbul edirlər (Emmental, bofor, konte).
Qrüer pendirini inək südündən hazırlayırlar. Diametri orta hesabla 40-45 santimetr olan pendir barabanları təxminən altı ay müddətinə nəm zirzəmilərdə yetişir. Qrüer bərk ancaq elasatikdir. Qrüerin dadı meyvəli və azca şortəhərdir. "Doğma" isveçrə qrüeri özündə buynuzcuqda ifa edən musiqiçi möhürünü daşıyır. Qrüeri pendir məcməyisində verirlər və hər şeydən əvvəl, bu əsl fondyu üçün klassik pendirdir.

Rokfor

Rokfor – fransız pendirlərinin əsl patriarxıdır. Həqiqi rokforu ancaq qoyun südündən hazırlayırlar. Qoyun pendirlərindən yeganə rokfor dünya şöhrəti qazanıb. Pendirin hazırlanması üçün kütləyə kiflənmiş xırda göbələklər, penissilium rokforti əlavə edir və çovdar çörəyində yetişdirirlər. Bu pendirin adı Kambalu dağının xarabalıqlarında yerləşən Rokfor-syur-Sulzon adlı kiçik yerdən götürülüb. Məşhur rokfor elə ordakı qrotda əhəngdaşından olan zirzəmilərdə yetişir. Qayalardakı çatlar göbələklərin ideal şəkildə böyüməsi üçün lazımi dərəcəni (7°С) və rütubəti təmin edir.
Pendir diqqətlə və tələsmədən yetişir. Üç aydan sonra dələmə elastikləşir. Mavi venalar pendirə daxil olur və rokfor arzu edilən konsistensiya və dadı əldə edir. Qrotlarda hər il 16 min t. rokfor yetişir. Qrot sahibləri rokfor istehsalını öz monopoliyalarına çevirməyə nail olublar. Hələ VI Karl yerli ustalara, pendir istehsalçılarına bu pendir növünü hazırlamaq üçün bütün hüquqları vermişdi. 1550-ci ildə Tuluzada isə rokfor adlı pendirin digər yerlərdə ticarətinə qadağa qoyan bəyanat qəbul edilmişdi.
Əsl rokforun qabında "mühafizə" nişanı olaraq ovalda olan qoyun təsvirli qırmızı möhür var.
Maraqlı dadı və incə ətirinə görə rokforu "aristokrat pendir" adlandırırlar. Bu xüsusi delikates pendiri makarondan olan istənilən salat və yeməyə müxtəliflik verə bilir. Rokforun analoqları arasında – Blyö d’ Overn, mavi kifli fransız pendiri var.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2328   Tarix: 25 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022