Valideynlər məktəblərdən niyə narazıdır? (Video)

Valideynlər məktəblərdən niyə narazıdır? (Video)Şagirdi məktəbdən uzaq salan amillərdən biri də dərs yükünün çoxluğudur. Hər halda birinci sinif şagirdləri valideynlərinin qənaəti belədir. Onlar körpələrinin kurrikulum proqramı əsasında dərs yükünün çox olmasından, hətta bəzən birincilərin balaca canları ilə bu yükün altında qalmasından giley edirlər. Repetitor yanına getməli olan balacalar da öz uşaqlıq çağlarını tamamilə unutmuş olurlar.

Valideynlər isə məktəblərdə dərs yükünün çoxluğundan şikayətlənir: "Əlimdəki çantanın təxminən 5-6 kiloqram çəkisi var, 2-ci sinif uşağına məxsusdur. Əgər 10-15 il bundan əvvəl şagirdlər bu ağırlıqda çantanı götürməkdə çətinlik çəkirdilərsə, müasir şagirdlərə qibtə ilə yanaşmaq lazımdır. Onlar bu qədər yüklə hər gün dərsə gedib-gəlirlər".

Əgər gün ərzində ibtidai sinifdə 4 və 5 dərs keçilirsə, əsas dərslik və dəftərlərlə yanaşı, əlavə ləvazimatlar da olur. Nəticədə azyaşlının çantasının çəkisi özünün çəkisinin təxminən yarısına bərabər olur. İbtidai sinif şagirdləri təkcə çantanın ağırlığından əziyyət çəkmirlər. Keçilən dərslərin çətinliyi də balacaları yoran əsas amildir. İnsanın biliyinin əsası hələ orta məktəbdə, xüsusən də ibtidai sinifdə qoyulur.

Başqa sözlə, məktəb təhsilin başlanğıcıdır. Maraqlıdır, görəsən, 45 dəqiqəlik dərs müddətində müasir uşaqlar nə qədər bilik əldə edir və ya kurrikulum sistemi ilə tədris balacaların qavrama səviyyəsinə nə qədər uyğundur?

Psixoloq Elnur Rüstəmovun fikrincə, hazırda tədris edilən proqramdan düzgün istifadə edilərsə, uşaqların həm psixoloji inkişafına, həm də biliyinə mənfi deyil, müsbət təsir göstərər: "Bu sistemin avantajı da var, yəni, müəyyən azadlıq verir, eyni zamanda, uşağın qarşısına vəzifələr qoyur. Psixoloji oyunlardan istifadə etməklə, əyləncəli, interraktiv dərslərin keçirilməsi mütləqdir. Bu həm də yaddaşı gücləndirir".

Tədris planının yaxşı mənimsəmələri üçün şagirdlərə əlavə tapşırıqlar da verilir. Lakin əlavə informasiyanın çoxluğu sonralar uşaqlarda yorğunluğa və aqressivliyə gətirə bilər. Bunun üçün isə məktəblilərin istirahət saatlarını düzgün təşkil etmək lazımdır. Bu məsələdə də əsas yük valideynlərin üzərinə düşür.

mənbə: xeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2382   Tarix: 21 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946